Alcatel OS 6250 proqram təminatının bərpası

Alcatel OS 6250 “Firmware”-nin bərpası

Alcate OS6250 gərginiyin verilmə keyfiyyətinə qarşı çox həssasdır.Yəni əksər hallarda gərginliyin birdən birə kəsildiyi halda avadanlığın yaddaşı silinir.

Bu, avadanlığın yenidən qoşulduğu halda periodik “yenidən başlama” (циклическая перезакрузка) ilə müşahidə olunur. Avadanlıq flash yaddaşdan yüklənmək istəyir amma alınmır.

Switch-i əvvəlki işlək vəziyyətinə qaytarmaq üçün bizə ilk növbədə onu “miniboot” rejiminə keçirmək lazımdır.Bunu switch yüklənməyə başladığı ilk andan “S” düyməsinə sıxmaqla etmək lazmdır.

AOS BootSelector Version: 6.6.1.636.R01
Creation Date: Oct 10 2009 11:49:10.
 Press x to choose XMODEM...
 Press s to STOP AT MINIBOOT...
 S Key was pressed

Bunun üçün vendor bizə 4 saniyə verir!!!
İndi isə Switch-in proqram təminatını tam sıfırdan yeniləmək lazımdır.Bunun üçün flash yaddaşı tam formatlayıb yeni kataloqlar “working” və “certified” yaradırıq və “working” kataloquna keçirik.

[Miniboot]->sysNewfs “/flash”
[Miniboot]->mkdir “working”
[Miniboot]->mkdir “certified”
[Miniboot]->cd “working”

Sonra faylların öturulmə sürətinin yüksək olması üçün COM portun sürətinin 115200-ə qaldırırıq.

[Miniboot]->asciiBootParamsParseInteractive
Type '?' for help, 'exit' to exit the boot param parser.
Boot >boot serialbaudrate 115200
Boot >commit system

COM portun parametrlərini təsdiqlədikdən sonra Switch-lə əlaqə kəsiləcək.Qorxmuruq və Putty bağlayaraq HyperTerminal-ı açırıq. HyperTerminal bizə faylları avadanlığa z-Modem protokolu ilə göndərmək üçün lazımdır.
Hyperterminal ilə avadanlığa 115200 port sürəti ilə qoşulduqdan sonra dərin boot rejimindən çıxaraq z-Modem rejiminə keçirik.

Boot >exit
[Miniboot]->sysStartZmodem
Upload directory: /flash/working
rz ready to receive file, please start upload (or send 5 CTRL-X's to abort).
**B0100000023/be50

 

Göndərmə rejiminə keçib (Передача -> Отправить файл) proqram təminatının 5 faylını növbə ilə avadanlığa göndəririk.Faylların göndərilməsi prosesi 30-45 dəq. çəkəcək.Fayllar aşağıda göstərilmişdir.
· KFbase.img
· KFdiag.img
· KFos.img
· KFsecu.img
KFeni.img
12
Hər bir göndəriş sonunda “Enter” basırıq. Bütün 5 faylı göndərib qurtardıqdan sonra əsas “flash” kataloquna “kfminiboot.bs” faylını yükləyirik.Bu Alcatel şirkətinin dediyinə görə gələcəkdə avadanlığın bucür çökməsinin qarşısını alacaq.
Növbəti mərhələdə avadanlığa “working” direktriyasından yüklənmək əmri veririk.və yenidən yüklənmə (перезагрузка) baş verir.

[Miniboot]->setNextRunningVersion 2
value = 1 = 0x1
[Miniboot]->reboot

Yenidən yüklənmədən sonra COM port-un ayarları öz vəziyyətinə qayıdacaq.Avadanlıq yeni proqram təminatı ilə açıldıqdan sonra bu komandaları yerinə yetirik. Proqram təminatını susmaya görə (default) papkasına köçürürük.

-> copy working certified

SUN DEC 31 21:42:08 : CSM-CHASSIS (103) info message
+++ == CSM == CERTIFYing software process started
+++ == CSM == Setting CERTIFY Timeout for 800 seconds
from /flash/working to /flash/certified
Copying boot.cfg                             ....................          completed
from /flash/working to /flash/certified
Copying KFbase.img                           ....................          completed
from /flash/working to /flash/certified
Copying KFdiag.img                           ....................          completed
from /flash/working to /flash/certified
Copying KFos.img                             ....................          completed
from /flash/working to /flash/certified
Copying KFsecu.img                           ....................          completed
from /flash/working to /flash/certified
Copying KFeni.img                            ....................          completed
+++ == CSM == Stack 1 Certify process Completed
SUN DEC 31 21:42:34 : CSM-CHASSIS (103) info message:
+++ == CSM == CERTIFY process completed successfully

Miniboot yeniləyirik.

-> update miniboot all
SUN DEC 31 21:45:04 : SYSTEM (75) info message:
+++ ---->SSACTION_UPDATE_MINIBOOT
SUN DEC 31 21:45:04 : CSM-CHASSIS (103) info message:
+++ == CSM == Application & Watchdog Monitoring Stopped
-> +++ == CSM == Update default miniboot on all slots
+++ == CSM == sysUpdate begin
SUN DEC 31 21:45:05 : SYSTEM (75) info message:
+++ NI 1 software update started
Done
SUN DEC 31 21:45:08 : SYSTEM (75) info message:
+++ NI 1 software update completed -- file /flash/kfminiboot.bs copied
SUN DEC 31 21:45:16 : CSM-CHASSIS (103) info message:
+++ == CSM == timer_r:simplex---- session end ----
+++ == CSM == UPDATE COMPLETED
+++ == CSM == Application & Watchdog Monitoring Started
sysStartWatchdog() Starting watchdog timer to INTERRUPT after 60 secs.

Və budur nəticə-artıq bizi yeni proqram təminatı və yenilənmiş “loader”-ə malik “switch” əldə etmiş oluruq!!!
PS: Alcatel avadanlıqları üçün bütün proqam təminatını rəsmi səhifələrindən yükləyə bilərsiniz.
http://support.alcadis.nl/downloads/Alcatel-Lucent/OmniSwitch/OS6250/Firmware
Bugünlük bu qədər.Umüd edirəm faydalı məqalə olacaq.
Nahid Suleymanlı

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Nahid Suleymanli

Şərh yazın