Bilgisayarımızda yer tutan artıq faylları necə təmizləmək olar? Disk CleanUp

Əməliyyat sistemindən istifadə etdikcə, müəyyən zamandan sonra diskdəki həcmin tədricən azaldığının şahidi oluruq. Diskdə artıq faylların yer tutması bəzən narahatlıq bəzən isə ciddi problemlər yarada bilir. Məsələn: Disk həcmi 100Gb-dır. Şəxsi faylların həcmi 50 Gb, amma disk ağzına kimi dolu göstərir. Bu necə olur? Belə ki, əməliyyat sistemi istifadə zamanı özü log fayllar yarada bilir, cache-də məlumat saxlayır, yüklənmiş update faylların nüsxəsini və s. saxlayır və getdikcə bu fayllar bizim diskimizdəki yeri azaldır. Bu faylları təmizləmək üçün Windows əməliyyat sistemlərində Disk CleanUp adlı balaca proqramın köməyindən istifadə edə bilərik.

Proqramı açmaq üçün bir neçə üsul var.

  1. Start düyməsini klikləyib, “disk clean up” və ya “cleanmgr.exe” yazırıq. Proqram siyahıda çıxacaq işə salırıq.
  2. Proqramı açmaq üçün Disk üzərində (məs: C: diski) sağ düyməni klikləyirik, açılan menyuda Properties-ə daxil oluruq. Açılan pəncərədə Disk CleanUp düyməsini görəcəksiniz onu klikləyirik.
  3. 7/8 versiyalarda System Tools qovluğunda tapa bilərsiniz bu proqramı.

clean up1

 

2. Proqram işə düşərkən, seçdiyiniz diski analiz etməyə başlayır, normalda bir neçə saniyə çəkir bu proses. Əgər diskin həcmi çox böyükdürsə və çoxlu informasiya varsa içində o zaman bu müddət bir neçə dəqiqəyə qədər uzana bilər.

clean up2

 

3. Analizdən sonra silə biləcəyimiz həcmi və faylları görürük. Silmək üçün bölmə qarşısına işarə qoyub, Ok düyməsini basdığımız zaman proqram həmən bölmədə faylları silib diskdə yer boşaldacaq. Bu etapda əsasən istifadəçinin fəaliyyəti ilə bağlı fayl bölmələri çıxır qabağımıza.

  • Setup log files – Quraşdırma zamanı əmələ gələn log fayllar
  • Downloaded program files – İnternet üzərindən endirilmiş proqram faylları
  • Temporary Internet files – Müvəqqəti İnternet faylları
  • Offline web pages (cached) – Oflayn veb səhifə faylları (keşdəki fayllar)
  • Compression of old files – Sıxlaşdırılmış fayllar
  • Error reporting files – Xətalar haqqında hesabat faylları
  • Recycle Bin – Zibil qutusu
  • Temporary Windows files – Müvəqqəti Windows Əməliyyat sisteminin faylları
  • Thumbnails – Kompüterdə olan sənəd, video və şəkillərin kiçik ölçülü şəkillərini(eskiz) yaradıb saxlayır. Silindiyi təqdirdə, o faylları yenidən açdığımız zaman thumbnaillər yenidən yaradılır.

clean up3

4. “Clean up system files” bu düyməni basaraq biz Əməliyyat sisteminin özünün yaratmış olduğu/istifadə etdiyi/yüklədiyi faylların içində artıq yer tutan faylları axtarmış olacağıq. Düyməni basırıq.

clean up4

5. Diqqət etdinizsə, bayaq 64.1 mb disk həcmi boşalda bilirdiksə, indiki halda 843 mb disk həcmi boşaltmaq imkanımız yarandı. Bizə lazım olmayan lazımsız faylları seçib silirik və diskimizdə yer boşaldırıq. Bəzən istifadəçilərin xəbəri olmur amma bu həcm GB-larla ölçülür. Əsasən də Service Pack və Əməliyyat Sistemi yeniləmələri zamanı çox böyük həcm lazımsız fayllarla zəbt olunur.

  • Windows Defender
  • Windows Upgrade log files – Windowsun qurulması və yeni versiyaya yüksəldilməsi zamanı yaranan problemlər haqqında loglar faylları
  • System memory error dump files
  • Device driver packages – Əməliyyat sistemi Windows Update və digər mənbələrdən yüklədiyi bütün driver fayllarını və versiyalarını saxlayır. Silindiyi zaman köhnələr silinir. Yeniləri saxlanılır.
  • Windows Update Cleanup – Əməliyyat sistemi Windows Update serverdən yüklənmiş Yeniləmə Paketlərinin bir nüsxəsini saxlayır. Qurulmadan sonra bu setup fayllara ehtiyacımız olmur. (Restart tələb edilə bilər.)
  • Service pack backup files – Service Pack yazıldıqdan və ya Əməliyyat sistemi yeni versiyaya upgrade edildikdən sonra köhnə sistem faylları diskdə çox böyük yer tutur. Bu fayllar silinərsə, downgrade etmək imkanını yəni köhnə sistemi qaytarmaq imkanını itirmiş olacağıq.

clean up windows updates

 

6. Seçim etdikdən sonra Ok düyməsini basırıq, dialoq pəncərəsi bizdən soruşur ki, biz bu faylları silmək istədiyimizdən əminikmi? Əgər siz əminsinizsə, öz məsuliyyətiniz altında Delete files düyməsini basıb diskdə həcm boşalda bilərsiniz.

clean up6

Faydalı olması diləyi ilə.

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərh yazın