Exceldə ? və * işarələrinin başqa simvolla əvəz edilməsi

Başqa proqramlardan Excel sənədinə məlumatları eksport etmisinizsə “ə” hərfinin əvəzində “?” işarəsi olmuş olur. Exceldə Replace (Ctrl + H) menyusundan istifadə etmisinizsə, xanalara yazılan ? və ya * işarələrini digər simvolla əvəz edəndə təkcə bu simvilların “ə” simvolu ilə əvəz edilməsinin deyil, bütün simvolların “ə” simvolun ilə əvəz edilməsinin şahidi olarıq. Nümunə üçün aşağıdakı misala diqqət edək.

Fərz edək ki, aşağıdakı kimi məlumatları eksport etmişik.

ps1

Bizə lazımdır ki, “?” simvollarını “ə” simvolları ilə əvəz edək.

ps2-300x168

Yuxarıdakı kimi nəticə alınacaqdır. Belə ki, Find what hissəsinə yazılan “?” işarəsi bütün simvollar başa düşüldüyündən hamısını (bizim misalda 67 ədədini) ə simvolu ilə əvəz etdi.

Lakin bizə lazımdır ki, ancaq “?” işarəsini “ə” simvolu ilə əvəz edək. Bunun üçün Find what hissəsinə “~?” şəklində yazmaq lazımdır.

ps3-300x173

Yuxarıdakı şəkildən göründüyü kimi cəmi 6 simvol “ə” simvolu ilə əvəz edilmişdir. Bəli, eyni yolla biz “*” simvolunun da qarşısına ~ işarəsini qoymaqla lazımı dəyişikliyi edə bilərik. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu simvolu Shift və Tab düyməsinin yuxarısında olan düymədən insert edə biləriniz.

Ümid edirəm faydalı oldu.

#BilikPaylashdiqcaArtar

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Nahid Nesirov

Şərh yazın