Debian/Ubuntu əməliyyat sistemlərində şəbəkə kartlarının quraşdırılması
Debian/Ubuntu əməliyyat sistemlərində şəbəkə kartlarının quraşdırılması
-
Şəbəkə kartlarının haqqında informasiya əldə etmək üçün “ifconfig -a” əmrini daxil edirik
nurlan@ubuntu:~$ ifconfig -a eth0 Link encap:Ethernet HWaddr 00:0c:29:c4:39:23 inet addr:192.168.245.145 Bcast:192.168.245.255 Mask:255.255.255.0 inet6 addr: fe80::20c:29ff:fec4:3923/64 Scope:Link UP BROADCAST RUNNING MULTICAST MTU:1500 Metric:1 RX packets:1971 errors:0 dropped:0 overruns:0 frame:0 TX packets:1200 errors:0 dropped:0 overruns:0 carrier:0 collisions:0 txqueuelen:1000 RX bytes:164610 (164.6 KB) TX bytes:186349 (186.3 KB) eth1 Link encap:Ethernet HWaddr 00:0c:29:c4:39:2d BROADCAST MULTICAST MTU:1500 Metric:1 RX packets:5 errors:0 dropped:0 overruns:0 frame:0 TX packets:26 errors:0 dropped:0 overruns:0 carrier:0 collisions:0 txqueuelen:1000 RX bytes:1331 (1.3 KB) TX bytes:2900 (2.9 KB) lo Link encap:Local Loopback inet addr:127.0.0.1 Mask:255.0.0.0 inet6 addr: ::1/128 Scope:Host UP LOOPBACK RUNNING MTU:65536 Metric:1 RX packets:16 errors:0 dropped:0 overruns:0 frame:0 TX packets:16 errors:0 dropped:0 overruns:0 carrier:0 collisions:0 txqueuelen:0 RX bytes:1184 (1.1 KB) TX bytes:1184 (1.1 KB)
Göründüyü kimi “eth0” və “eth1” şəbəkə kartlarımız və “lo” loopback interfeys kartımız var. “eth0” şəbəkə kartımız konfiq edilib. Gəlin biz də “eth1” şəbəkə kartını konfiq edək
-
“eth1” şəbəkə kartını DHCP klient olaraq konfiqurasiya edək. Təbii ki, bunun üçün şəbəkimizdə DHCP server mövcud olmalıdır
Qeyd: Hər bir əmrin qarşısında yazılan “sudo”, bu əmri yerinə yetirməyə ixtiyarı olmayan istifadəçilər üçün istifadə olunur. “nurlan” istifadəçisi kimi. ROOT istifadəçisi üçün “sudo”-ya ehtiyac qalmır
nurlan@ubuntu:~$ sudo dhclient eth1
DHCP-dən İP ünvanı alıb almadığımızı yoxlayaq
nurlan@ubuntu:~$ ifconfig eth1 eth1 Link encap:Ethernet HWaddr 00:0c:29:c4:39:2d inet addr:192.168.199.129 Bcast:192.168.199.255 Mask:255.255.255.0 inet6 addr: fe80::20c:29ff:fec4:392d/64 Scope:Link UP BROADCAST RUNNING MULTICAST MTU:1500 Metric:1 RX packets:8 errors:0 dropped:0 overruns:0 frame:0 TX packets:37 errors:0 dropped:0 overruns:0 carrier:0 collisions:0 txqueuelen:1000 RX bytes:2075 (2.0 KB) TX bytes:4292 (4.2 KB)
Göründüyü kimi DHCP serverdən 192.168.199.129/24 ünvanını aldıq
-
eth1” şəbəkə kartına DHCP klientin həmişəlik tətbiqi üçün aşağıdakı sətirləri /etc/network/interfaces faylına yazmaq lazımdır və ya dəyişiklik etmək lazımdır
nurlan@ubuntu:~$ sudo nano /etc/network/interfaces # eth1 shebeke kartinina hemishelik dhcp klient qurashdirmasinin tetbiqi auto eth1 iface eth1 inet dhcp
-
“eth1” şəbəkə kartına Statik ip ünvanı təyin edək
Şəbəkə kartında DHCP klient servisini dayandıraq
nurlan@ubuntu:~$ sudo dhclient -x eth1
Statik İP ünvanı təyin edək
nurlan@ubuntu:~$ sudo ifconfig eth1 192.168.199.129/24
Yoxlayaq. Göründüyü kimi yeni ip ünvanı təyin olunmuşdur
nurlan@ubuntu:~$ ifconfig eth1 eth1 Link encap:Ethernet HWaddr 00:0c:29:c4:39:2d inet addr:192.168.199.129 Bcast:192.168.199.255 Mask:255.255.255.0 inet6 addr: fe80::20c:29ff:fec4:392d/64 Scope:Link UP BROADCAST RUNNING MULTICAST MTU:1500 Metric:1 RX packets:21 errors:0 dropped:0 overruns:0 frame:0 TX packets:47 errors:0 dropped:0 overruns:0 carrier:0 collisions:0 txqueuelen:1000 RX bytes:4082 (4.0 KB) TX bytes:5624 (5.6 KB)
-
Şəbəkə kartına Statik İP ünvanını həmişəlik təyin edək ki, yenidən-yüklənmədən(reboot) sonra da yadda qalsın. Bunun üçün aşağıdakı sətirləri /etc/network/interfaces faylına yazmaq lazımdır və ya dəyişiklik etmək lazımdır
nurlan@ubuntu:~$ sudo nano /etc/network/interfaces # eth1 shebeke kartinina hemishelik statik ip qurashdirmasinin tetbiqi auto eth1 iface eth1 inet static address 192.168.199.129 netmask 255.255.255.0
-
Ubuntu maşınına Default Gateway vermək üçün aşağıdakı əmri daxil edirik
nurlan@ubuntu:~$ sudo route add default gw 192.168.245.2 eth0
Routing cədvəlini yoxlayaq. Gördüyümüz kimi maşınımız eth0 şəbəkə kartı vasitəsi ilə 192.168.245.2 ip ünvanı üzərindən dünyaya çıxır
nurlan@ubuntu:~$ netstat -rn Kernel IP routing table Destination Gateway Genmask Flags MSS Window irtt Iface 0.0.0.0 192.168.245.2 0.0.0.0 UG 0 0 0 eth0 192.168.199.0 0.0.0.0 255.255.255.0 U 0 0 0 eth1 192.168.245.0 0.0.0.0 255.255.255.0 U 0 0 0 eth0
-
Default Gateway-i həmişəlik əlavə etmək üçün /etc/network/interfaces faylında müvafiq şəbəkə kartı konfiqurasiyasının altına əlavə etmək lazımdır.
nurlan@ubuntu:~$ sudo nano /etc/network/interfaces # Esas shebeke karti auto eth0 iface eth0 inet static address 192.168.245.145 netmask 255.255.255.0 # Default gateway ucun istifade olunmali setir ashagida qeyd olunmusdur gateway 192.168.245.2
-
Static routing əlavə etmək üçün (misalçün 10.0.0.0/24 şəbəkəsinə 192.168.199.2 ip-i üzərindən)
nurlan@ubuntu:~$ sudo route add -net 10.0.0.0/24 gw 192.168.199.2
Routing cədvəlini yoxlayaq
nurlan@ubuntu:~$ netstat -rn Kernel IP routing table Destination Gateway Genmask Flags MSS Window irtt Iface 0.0.0.0 192.168.245.2 0.0.0.0 UG 0 0 0 eth0 10.0.0.0 192.168.199.2 255.255.255.0 UG 0 0 0 eth1 192.168.199.0 0.0.0.0 255.255.0 U 0 0 0 eth1 192.168.245.0 0.0.0.0 255.255.255.0 U 0 0 0 eth0
-
Static routing-i həmişəlik əlavə etmək üçün /etc/network/interfaces faylında qeyd etmək lazımdır
nurlan@ubuntu:~$ sudo nano /etc/network/interfaces # Static Routing-i hemishelik elave etmek ucun "up route"-la başlayan setri elave etmek lazimdir auto eth1 iface eth1 inet static address 192.168.199.129 netmask 255.255.255.0 up route add -net 10.0.0.0/24 gw 192.168.199.2
-
DNS Serverlərin ünvanlarının konfiqurasiyası üçün aşağıdakı sətirləri /etc/resolvconf/resolv.conf.d/base əlavə etmək lazımdır
# Google-un public DNS serverleri nameserver 8.8.8.8 nameserver 8.8.4.4