C# ilə qovluq və fayl silmə

Salam,

Bu məqaləmizdə  sizlərə qovluq və fayl silməni  izah etməyə çalışacağam.

Biz qovluq və faylarla işləmək üçün System.IO namespaces-dən istifadə edəcəyik.

Biz sadə kodla içi boş olan qovluğu silə bilərik. Bunun üçün aşağıdakı koddan istifadə etməliyik.

---------------------- KOD ----------------------
if (Directory.Exists(qovluq))
 {
 Directory.Delete(qoluq);
 }

Bu kod yalnız içi boş olan qovluğu siləcəkdir. Qovluq içində hər hansə fayl və ya qovluq olarsa o zaman bizə qovluğun boş olmadığı səhvini verəcək .

Biz əgər qovluq daxilində olan qovluqları və faylları silmək istəyiriksə onda həmin qovluğun daxilində olan fayl və qovluqları silməliyik və sonra əsas qovluğu silməliyik. Bunun üçün aşağıdakı koddan istifadə edirik.

---------------------- KOD ----------------------
private void QovluguSil(string yol)
 {
 if (Directory.Exists(yol))
 {
 //Qovluq daxilində olan faylları silirik
 foreach (string fayl in Directory.GetFiles(yol))
 {
 File.Delete(fayl);
 }
 //Qovluq daxilində olan qovluqları
 foreach (string qovluq in Directory.GetDirectories(yol))
 {
 QovluguSil(qovluq);
 }
 //Bu bölmədə isə qovluğun özünü silirik.
 Directory.Delete(yol);
 }
 }

Directory.Exists(yol) ilə qovluğun olub olmadığını yoxlayırıq.

Yoxlamaq üçün Form1 Load Events-ində bu metodu çağırıb yoxlaya bilərsiniz.

Məsələn “D” diskində “e” adlı qovluq və daxilində bir neçə qovluqlar və fayllar var onları bu şəkildə silmək olar.

---------------------- KOD ----------------------
private void Form1_Load(object sender, EventArgs e)
{
string path = @"D:\e\";
QovluguSil(path);
}

 

Proyekti Yüklə : Qovluq Silmə
İnşAllah yararlı olar kimlər üçünsə.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Yusifli

Şərh yazın