PfSense – DHCP Server+Static Mapping
- DHCP Policy
DHCP-nin Windows Server 2012-dən Windows Server 2016-ya miqrasiyası
Routerdə DHCP-nin sazlanması
DHCP Failover sazlanması
CISCO routerdə DHCP sazlanması | TechNet TV
DHCP Haqqında və Qurulumu
DHCP Policy sazlanması
PfSense - DHCP Server+Static Mapping
DHCP Snooping
Cisco router-in DHCP relay agent kimi istifadə olunması
DHCP Relay Agent nədir?
Linux server üzərindən DHCP serverin konfigurasiyası
Cisco Router-də DHCP sazlanması
DHCP Failover Cluster
Salam, Əziz Dostlar. Bu günki məqaləmizdə “PfSense” üzərində “DHCP” server qurulmasına və “Static Mapping” funksiyasına nəzər salacağıq. “PfSense” üzərində DHCP sazlaması olduqca sadədir.
“Web interface” üzərindən “Services -> DHCP Server” yolunu izləyərək tənzimləmələrimizə başlayaq.
Əgər bir neçə şəbəkə kartımız mövcuddursa, “DHCP” funksiyasını aktiv edəcəyimiz şəbəkəni seçirik. Bizdə yalnız bir şəbəkə istifadə olunduğu üçün, yalnız “LAN” başlığı görünməkdədir.
“Enable DHCP server on LAN interface” qutucuğunu işarələyərək seçilmiş şəbəkə üçün “DHCP” funksiyasını aktiv edirik.
“Deny unknown clients” qutucuğunu işarələsək “DHCP” serverimiz yalnız bizim təyin etdiyimiz client-lərə xidmət göstərəcək.
“Subnet” – “PfSense”-in ilkin sazlamaları zamanı daxili şəbəkəmizə uyğun təyin etdiyimiz Subnet görünməkdədir.
“Available range” – başlığı qarşısında şəbəkəmizə uyğun yarada biləcəyimiz aralıq göstərilməkdədir.
“Range” – Bölməsində isə “DHCP” serverin hansı aralıqda IP ünvanı paylayacağını təyin edirik.
“Additional Pools” – tələbə uyğun olaraq “+” işarəsini sıxaraq əlavə aralıqlar da yarada bilərsiniz.
Növbəti addımlarda başlıqlara uyğun olaraq “WINS” və “DNS” server ünvanlarını qeyd edirik.
“Gateway” – burada gateway pfsense-in daxili IP ünvanıdır.
“Domain Name” bölümünə domain adını daxil edirik.
“Lease time” – IP ünvan icarəsi zamanı olaraq tərcümə edə bilərik. “Default lease time” – Deafult olaraq 7200 saniyə ərzində client şəbəkədə aktiv olmazsa, ona təhkim olunmuş IP ünvanı artıq boşda qalar. “Maximum lease time” – isə icarənin maksimum müddətidir.
“Failover peer IP:” – Əgər şəbəkəmizdə iki ədəd PfSense qurulubsa və “failover” tənzimlənibsə ikinci PfSense serverin IP ünvanı yazıla bilər.
“Static ARP” – qutucuğunu işarələdiyimiz zaman, “DHCP” server deaktiv vəziyyətdə olsa belə yalnız bizim təyin etdiyimiz client-lər IP almağa davam edər.
Bundan əlavə “NTP” server ünvanı, “LDAP” ünvanı, “MAC” ünvanı yoxlama, “Network boot” kimi tənzimləmələri də apara bilərik.
“Save” deyərək “DHCP” serveri işlək vəziyyətə gətirək.
“Status -> DHCP Leases” yolunu izləyərək IP ünvanı ilə təmin olunmuş istifadəçiləri görə bilərik.
“PC” adlı client komputer “DHCP”-dən 192.168.1.3 IP ünvanını almışdır. Əgər hər hansı bir IP ünvanını xüsusi bir client üçün rezerv etmək istəyiriksə (Static Mapping), o zaman həmin client qarşısında olan “+” işarəsini sıxaraq davam edə bilərik.
Biz “DHCP” serverin IP aralığını 192.168.1.1-dən 192.168.1.150-ə kimi təyin etmişik. Diqqət yetirməli olduğumuz bir nüans var. Əgər bu client-in daima eyni IP ünvanına sahib olmasını istəyiriksə belə, bu IP ünvanı təyin etdiyimiz aralıqdan kənar olmalıdır. Yəni biz hal-hazırda 1.3 IP ünvanına sahib istifadəçi üçün rezerv edəcəyimiz IP ünvanı 1.150-dən sonrakı IP ünvanlarından biri olmalıdır. Əks təqdirdə yuxarıdakı kimi xəta ilə qarşılaşarıq.
Uyğun olaraq 1.151 təyin etdiyimizdə isə heç bir xətasız əməliyyatımız yerinə yetmiş olur.
Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.