Value(Dəyər): Faydalılıq (Utility) və Zəmanət (Warranty)

Value(Dəyər):  Faydalılıq (Utility) və Zəmanət (Warranty)

Salam dostlar. Bu məqaləmizdə Sizə dəyər haqqında məlumat verməyə çalışacam

 

Xidmətin dəyəri dedikdə – müştərinin gözləntilərini qarşılanması üçün  təklif etdiyi dəyər  nəzərdə tutulur.  Xidmətin dəyəri- xidmətinin çatdırılmasının neçəyə başa gəlməsi deyil, müştərinin bu xidməti əldə etməsi üçün təklif etdiyi məbləğ (dəyər) ilə ölçülür.

Xidmətin dəyəri 2 əsas elementdən ibarətdir: Faydalılıq və Zəmanət

Faydalılıq (Əlverişlilik) – xidmətin imkanlarının, ehtiyyaclarının qarşılanması üçün   təklif olunan məhsulun funksionallığıdır. Funksionallıq və ya faydalılıq – Xidmət nə edir?  sualına cavab verməklə təyin edilir və xidmətin tələb olunan nəticəni vermə bacarığının  dərəcəsini təyin edir.

Məhsuldarlıqda məhdudiyyətlərin aradan qaldırılması da xidmətin faydalılığının artmasına imkan yaradır.  Məhsuldarlıq  daha az vaxt sərf etməklə və ya daha az resurs cəlb etmək, daha az maliyyə xərcləməklə və s.  tələb olunan nəticəni əldə etmək imkanlarını özündə birləşdirir.  Məsələn: Müasir printerlərin məhsuldarlığı çoxdur dedikdə, onların müəyyən  vaxtda  daha çox çap etmə imkanları, çap etməyə sərf olunan maliyyə və s ilə ölçülür. Bu istifadəçiyə öz bizness həllərini daha ucuz və tez həll etməyə imkan verə bilər.

Məhdudiyyətlərin aradan qaldırılmasına misal olaraq tur paketlərin əldə olunmasını göstərmək olar. Məsələn müştəriyə daha çox istirahət imkanlarının təklif edilməsi o halda mümkündür ki tur agentliyin turpaketləri sifariş verməsi üçün birneçə turoperatorların sistemdə sifariş vermək imkanı olsun. Bu imkanların bir İT xidmətdə birləşdirilməsi, tur agentliyin tur operatorların sayına  olan məhdudiyyətlərini aradan qalıdırır və daha çox tələblərin qarşılanmasına şərait yaradır.

 

Zəmanət dedikdə xidmətin lazım olan zaman əldə edilə bilən  olması (available enough?), tələb olunan gücə (Capacity enough?) malik olması, Kəsilməməzliyi (Continuous enough?)və təhülkəsizlik (Secure enough?) imkanları nəzərdə tutulur. Zəmanət- xidmət necə çatdırılır? Sualına cavab verməklə təyin edilir.

itil_v3_utility_and_warrant_pic

Faydalılıq və Zəmanəti misal üzərində izah edək.

Məsələn internet xidmətinin faydalılığı aşağıdakılar ola bilər:

İnternetdən istifadə edərək xərclərin ödənilməsi

İnternetdən istifadə edərək şəhərlərarası və ya beynəlxalq telefon danışıqlarına qənaət etmək üçün lazımi proqramlarla (skype, whatsapp vəs) internet vasitəsilə  danışıqların aparılması

Daim iş yerində olub bizness işlərini görmək əvəzinə, biznesə aid bəzi işləri evdən də internet vasitəsilə həyata keçirmək

 

İnternet xidmət provayderinin zəmanətinə misal aşağıdakılar ola bilər:

İnternin qoşulma sürəti

Şəbəkə əhatəliliyi və dalğa tutumu

Müştəri xidmətinin əlçatanlılığı

  

Xidmətin iqtisadi dəyəriI(economic value of a service)

Xidmətin iqtisadi dəyərinin hesablaması bəzi hallarda  sadəcə maliyyə şərtlərilə aparılsa düz olar.  Başqa  hallarda, çətin olmasına baxmayaraq iqtisadi dəyərin hesablanması üzrə ixtisaslaşma  bu sahədə köməkçi ola bilər. Dəyərin formalaşması  yalnız müştərinin bizness nəticəsləinin əldə olunması üçün  lazım olan attributlardan deyil, həm də müştərinin anlayışından asılıdır.

Marketinq düşüncəsi (Marketing midset)

Marketinq düşüncəsi adi injiner və ya əməli düşüncədən çox fərqlənir. Belə ki xidmətin yaradılmasına fokuslanmaq yox, xidmətə sifarişçi gözü ilə baxmaq lazım gəlir. Marketinq düşüncəsi bir neçə sadə suallara cavab verir:

  1. Bizim bizness nədən ibarətdir? Bizim müştərilər kimlərdir?
  2. Bizim xidmətlərimizdən kimlər asılıdırlar?
  3. Bizim xidmətlərdən onlar necə istifadə edirlər? Nə üçün xidmətlərimiz onlarçün dəyərlidir?

Dəyərin formalaşmasına qısa misal: imkanlı  insanlar  yazını  adı qələmlə yaza biləcəyi halda, Parker, Mont Black kimi istehsalçıların qələmlərindən istifadə edirlər. Bu halda dəyərin formalaşmasına tək yazı yazmaq imkanı  deyil, həm də müştərinin qələm markası ilə cəmiyyətdə üstünlük əldə etmək istəyi təsir edir.

Hər hansısa dəyərin formalaşmasına bizim bazardakı rəqiblərimizin və eləcə də istinad (reference) faktorunun təsiri böyükdür.

Növbəti məqalələrimizdə görüşənədək, salamat qalın

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Elxan Əliyev

Şərh yazın