RMAN Recovery Catalog

Hər bir Oracle bazasında RMAN vasitəsilə bazanın ehtiyat nüsxəsi (backup) alınarkən ehtiyat nüsxə barədə məlumatlar (metadata) controlfilelarda saxlanılır. Lakin bir çox şirkətlərdə bir neçə baza olduqda bu məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması daha əlverişli olur. RMAN Recovery catalog istifadə edərək həm bazanın ehtiyat nüsxəsi barədə məlumatları mərkəzləşmiş qaydada toplaya, həm də controlfilelar silindikdə və ya başqa bir problem yarandıqda catalogdan istifadə edərək problemi aradan qaldıra bilərik. Eyni zamanda bazada susmaya görə controlfileda ehtiyat nüsxə barədə məlumatlar yeddi gün müddətinə saxlanılır, recovery catalogda məlumatların controlfile-a nisbətən daha uzun müddətə saxlanılması mümkündür ki, bu da köhnə tarixə olan ehtiyat nüsxənin bərpa edilməsi zamanı işləri rahatlaşdırır. Recovery catalogda məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması inzibatçılar tərəfindən hesabatların hazırlanmasında və təhlillərin aparılmasında əlverişli rol oynayır.

Recovery catalogun daha bir üstünlüyü isə RMAN skriptlərindən istifadə etmək imkanının olmasıdır. Bunun vasitəsilə catalogda saxlanılmış RMAN skriptlərindən icazəsi olan istənilən bazada istifadə etmək olar.

Recovery catalogun digər bazalardan kənar serverlərdə yerləşdirilməsi tövsiyyə olunur

Recovery catalogda qeydiyyatdan keçirilmiş bazalar barədə aşağıdakı məlumatlar saxlanılır:

  1. Verilənlər bazasının stukturu
  2. Datafile və archive logların ehtiyat nüsxəsi
  3. RMAN skriptləri
  4. Datafile surətləri
  5. Archiveloglar və onların surətləri
  6. RMAN tənzimlənmələri

İndi isə praktiki olaraq Recovery Catalogla bağlı işləri icra edək.

İlk əvvəl Recovery Catalogda saxlanılan məlumatlar üçün tablespace yaradırıq.

CREATE TABLESPACE RCAT DATAFILE 'D:\APP\KA\ORADATA\ORCL\RCAT01.DBF' SIZE 20M;

 Catalog üçün istifadəçi yaradırıq.

CREATE USER RCAT IDENTIFIED BY rcat
TEMPORARY TABLESPACE temp
DEFAULT TABLESPACE rcat
QUOTA UNLIMITED ON rcat;

Yaratdığımız istifadəçiyə Catalog sxeması üçün sahiblik (RECOVERY_CATALOG_OWNER) imkanı verək.

GRANT RECOVERY_CATALOG_OWNER TO RCAT;

Digər əməliyyatları aparmaq üçün yeni yaratdığımız və icazə verdiyimiz istifadəçi (RCAT) ilə RMAN-a daxil olmaq lazımdır.

Birbaşa daxil olmaq üçün rman catalog rcat/rcat

RMAN üzərindən qoşulmaq üçün connect catalog rcat/rcat 

Catalogu yaratmaq üçün CREATE CATALOG; əmrini icra edirik. Recovery catalog created ekranda əks olunduqdan sonra catalogun yaranmış olur. Bundan sonra istədiyimiz bazanı cataloga əlavə edə bilərik. Bunun üçün əlavə etmək istədiyimiz bazaya rman target / catalog rcat/rcat@rcat  əmri ilə qoşularaq register database;  əmrini icra edirik. Ekranda nəticə əks olunur.

Catalogda olan bazanı catalogdan çıxartmaq üçün unregister database; əmrini icra etmək kifayətdir.  Controlfile və catalog arasında sinxronizasiya aparmaq üçün RESYNC CATALOG; əmrindən istifadə edilə bilər.

Recovery Catalogda qeydiyyatdan keçirilmiş bazalarla bağlı saxlanılan məlumatlara baxmaq üçün RC_ viewlarından istifadə edə bilərik.

Səs: +100. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərhlər ( 3 )

  1. Kenan tesekkur meqaleye gore. Kenan bildiyim qederile eger baza islek veziyyetdedirse onun ehtiyyat nusxesi RMANile almaq tovsiyye olunur. Oracle uzerinde basqa yolla backup etmisdik (oracle uzre mutexessis olmadiqimdan bilmirem usulun adini, amma oracle uzerinde olan imkan idi )bu yaxinlarda , geri qaytaranda problemler yasandi.

    • Çox sağ olun, Elxan müəllim. Oracleda baza archivelog və noarchivelog modeda ola bilər. Production bazalarda archivelog modda olması tövsiyyə olunur. Archivelog modda olan bazalar açıq olduqda da ehtiyat surətini almaq mümkündür. Ola bilər ki, həmin bazadan məlumatları data pump (exp və expdp utilitləri) ilə ixrac etmisiz. Bu zaman problemlər baş verə bilər. RMAN istifadə edən zaman problem olmur.

  2. Kenan bey elave melumatiniz ucun tesekkurler. Allah razi olsun

Şərh yazın