SQL Server-də Ehtiyat Nüsxənin Bərpa Olunması
SQL Server-də Ehtiyat Nüsxənin Bərpa Olunması
Salam dostlar yeni məqaləmdə xoş gördük sizləri.
Bundan əvvəlki məqaləmdə SQL Server ilə Avtomatik Ehtiyat Nüsxə çıxarma qaydası ilə tanış olduq. İndi isə bu məqaləmdə SQL Server-də Avtomatik çıxarılmış Ehtiyat Nüsxəninin necə bərpa etmək olar ona nəzər salaq.
Əvvəlki məqaləmə uyğun olaraq, yaratdığım Technet adli bazamın Maintenance Plan vasitəsi ilə gündəlik Avtomatik Ehtiyat Nüsxə yardılmasını quraşdırmışam. Gündəlik Technet bazamın ehtiyat nüsxəsi E:\SQLBackup ( siz hansı qovluq təyin etmisiniz orda yerləşdirilir) qovluğuna yerləşdirilir. İndi isə hər hansı qəza şəraitində son yardılan ehtiyat nüsxəni necə geri yükləmək olar ona baxaq.
Yerinə yetirəcəyimiz işləri görmək üçün SQL Managment Studio proqramına daxil oluruq və Technet ( siz isə bərpa etmək istədiyiniz bazanı seçirsiniz) üzərində sağ düyməni sıxaraq Tasks -> Restore -> Database.. seçirik .(Şəkil.1)
Şəkil.1
Açılan pəncərdə iki bölmə var Source və Destination. Source hardan bərpa edəcəyimiz yeri bildirir. Destination isə hara bərpa etmək istədiyimiz yeri göstərilir. (İstəsəniz bu bölmədə yeni bir baza adı qeyd edərək həmin bazaya bərpa etməkdə mümkündür). Bazamızın iki yolla bərpası mümkündür Bazanın özündən (Database) və Qurğudan (Device) . Biz qurğu seçirik çünkü yaratdığmız nüsxə faylı vasitəsi ilə bərpa edəcəyik.(Şəkil. 2)
Şəkil. 2
Yuxarıda gördüyünüz şəkildə Device qarşında olan … (üç nöqtə) vasitəsi ilə Select Backup Device pəncərəsini açırıq. Buradan isə faylımızı tapmaq üçün Add düyməsini vasitəsi ilə Locate Backup File pəncərəsi vasitəsi ilə faylımızın yerləşdiyi yeri taparaq ehtiyat nüsxə faylını seçib açıq pəncərələri Ok düyməsi vasitəsi ilə təsdiqləyirik. (Şəkil. 3)
Şəkil. 3
Yuxarıda göstərilən əməliyyatları yerinə yetirdikdən sonra Device qarşısında sizin faylın yolunu görəcəksiniz (Əgər səhv olsa yuxarıda sadalanan əməliyyatları edərək yenidən seçə bilərsiniz).Select the backup sets to restore panelindən bizə lazım olanı İşarələyərək Ok düyməsini sıxırıq. (Şəkil. 4)
Şəkil. 4
Burda bir diqqət ediləsi bir məqamda isə əgər mövcud baza üzərinə bərpa etmək istəyirsinizsə onda Options bölməsində Overwrite the existing database (mövcud bazanın üzərinə yaz) işarələyirik. (Şəkil. 5)
Şəkil. 5
Və sonda nəticə uğurla başa çatarsa aşağıdakı pəncərə ilə sizə məlumat veriləcək. (Şəkil. 6)
Şəkil. 6
Bununlada bu məqaləmizin sonuna gəldik. Diqqət ayırıb oxuyanlara xüsusi minnətdaram. Ümid edirəm işinizə yarayacaq. Hər birinizə uğurlar.
Hörmətlə,
Elvin Yusifli
Şərhlər ( 1 )
Elvin bəy, təşəkkür edirəm. Çox sadə və aydın izahdır. Hər kəs asanlıqla bundan yararlana bilər.