Windows 10-a aşağı versiyalardan keçid

Bildiyiniz kimi Microsoft şirkəti Windows 10 final versiyasını satışa çıxardı. Əvvəldən lisenziyalı Windows əməliyyat sistemi olanlar yeni versiyaya pulsuz keçid edə bilərlər. Yəni əgər sizin lisenziyalı Vista, Windows 7, Windows 8.1 varınızdırsa, o zaman əlavə xərc çəkmədən yeni versiyaya keçid edə bilərsiniz.

Windows 10 minimum sistem tələbləri bunlardır:

Prosessor: 1 gigahertz (GHz) və bundan sürətli digər prosessorlar

RAM: 32 bitlik ƏS üçün 1 gigabyte (GB), 64 bitlik ƏS üçün 2 gigabyte (GB)

Hard disk həcmi: 32-bitlik ƏS üçün 16 GB, 64-bitlik ƏS üçün 20 GB

Qrafik kart: DirectX 9 və bundan yuxarı (WDDM 1.0 driver ilə)

Ekran ölçüsü: 800×600 px

ƏS: Windows 10 keçə bilmək üçün cari ƏS-i minimum Windows 7 SP1 və ya Windows 8.1 ən son updateləri almış versiya olmalıdır.

Upgrade  zamanı internet üzərindən 3 GB quraşdırma faylı bilgisayarımıza yüklənəcək.

Aşağıdakı versiyalardan Windows 10-un müvafiq versiyalarına keçid mümkündür.

Yeniləməyə başlayaq. Məndə 64 bitlik ƏS dəstəkləyən laptop və içində də 64 bitlik Windows 7 Home Premium ƏS quruludur.

10

1. Bu keçidə https://www.microsoft.com/en-us/software-download/windows10 daxil olun və sizin cari əməliyyat sisteminizin versiyasına uyğun olanı seçin.

3

 

2. Yüklədiyimiz proqramı işə salırıq. “Upgrade this PC now” – seçirik. “Bu bilgisayarın əməliyyat sistemini yenilə“. Next düyməsini klikləyirik. İkinci seçim “Create installation media for another PC” seçsək o zaman başqa bilgisayara yeni əməliyyat sistemini yazmaq üçün quraşdırma diski hazırlamış olardıq.

1

 

 

3. “Downloading Windows 10” – Windows 10-u quraşdırılması üçün əvvəlcə lazım olan fayllar Microsoft serverlərindən bizim bilgisayara internet üzərindən yüklənir.

2

 

 

4. “Verifing your download” – Yüklənmə bitdikdən sonra proqram faylların düzgün endirildiyinə əmin olmaq üçün yoxlayır. Əgər hər şey qaydasındadırsa, növbəti etap başlayacaq.

4

 

 

5. Creating Windows 10 media – Windows 10 quraşdıra bilmək üçün lazım olan tədbirlər görülür.

5

 

 

6

 

7

6. Getting updates – İnternet üzərindən lazım olan yeniləmələr yüklənilir.

 

8

 

 

9

 

 

7. Update-lər yükləndikdən sonra növbəti addımda Microsoft istifadəçi ilə “şərti şumda kəsmək” üçün, “License Terms” təqdim edir. Bu yazıları normalda heç kim oxumur, amma çox vacib nüanslar burada qeyd edilir. Nəzərinizə çatdırıram ki, ölkəmizdə piratlara qarşı mübarizə getdikcə daha da şiddətlənir. Ehtiyyatlı olun 😉 Oxuyub razılaşdıqdan sonra Accept düyməsini kilkləyib davam edə bilərik.

11

 

 

13

 

9. Updatelər yükləndikdən sonra, biz “Ready to install” yəni quraşdırmağa hazır vəziyyətə çatırıq. Change what to keep üzərinə klikləyək və qərar verək görək quraşdırma nə cür getsin? Fayllarımız silinsin ya qalsın?

15

 

 

10. Choose what to keep. Bu addımda biz 3 seçim edə bilərik. Keep personal files and apps – Hər şeyo saxlayırıq olduğu kimi. ƏS yeniləndikdən sonra bütün proqram və fayllarımız yerində qalsın. Keep personal files only – bu seçim etdiyimiz zaman ancaq bizə məxsus informasiya qalacaq. Proqramlar silinəcək. Nothing – Hər şey silinəcək. Mən birinci seçimi edib davam edirəm.

 

 

16

 

 

11. Next düyməsini basırıq və quraşdırma başlayır.

17

 

12. Quraşdırma əsnasında sistem bir neçə dəfə restart edəcək. Bu normaldır.

19 20

 

 

13. Əvvəlki ƏSdə şifrəmiz ilə sistəmə daxil oluruq.

21

 

14. Use Express Settings klikləyib davam edirəm.

22

 

15. Next klikləyib davam edirəm.

23

Bununla da da sistemin quraşdırılması başa çatır.

24

 

 

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərh yazın