Sticky Keys nədir?
Hazırladı: Məhərrəmzadə Məhiş
Sticky Keys –fiziki əngəlli Windows istifadəçilərinə kömək etmək məqsədilə yaradılmış bir imkandır. Eyni zamanda Sticky Keys təkrarlanan xətaları azaltmaq üçün bir vasitə kimi başqaları tərəfindən istifadə olunur. Başqa sözlə bunu Emacs Pinky sindromu adlandırırlar.
Sticky Keys istifadəçilərə Shift, Ctrl, Alt, Windows düymələri kimi müxtəlif komandaları dəyişdirməyə imkan verir və o aktiv olduğu halda belə bir neçə düymədən istifadə oluna bilir.
Microsoft şirkəti ilk dəfə olaraq Windows 95 versiyasında Sticky Keys funksiyasını öz istifadəçilərinə təqdim etmişdi, Windows-un sonrakı versiyalarında da bu funksiya tətbiq edilir.
Sticky Keys funksiyasını aktiv hala gətirmək üçün Shift düyməsini 5 dəfə ard-arda və ya 8 saniyə boyunca basılı saxlamaq lazımdır. Bu zaman aşağıdakı kiçik pəncərə ilə qarşılaşırıq:
Egər biz bu funksiyanı aktiv və ya passiv rejimə keçirtmək istəsək, onda əvvəlcə Control Panel-ə daxil olmalıyıq. Bunun üçün Start menyusundan Control Panel-ə gəlmək lazımdır.
Növbəti addımda Ease of Access Center bölməsinə daxil oluruq.
Şəkildə qeyd etdiyim Make the keyboard easier to use əmrinə daxil oluruq.
Açılan pəncərədə turn on Sticky Keys funksiyasını aktiv edib OK düyməsini basırıq.
Sticky Keys funksiyasını passiv etmək üçün isə (Ctrl, Alt, Windows, Shift) düymələrindən hər hansısa birini 3 dəfə sıxmaq kifayətdir.
Sticky Keys funksiyası özünəməxsus səsə malikdir. Bu funksiya Windows kompüterlərində və laptoplarda xəbərdarlıq siqnalı, Mac və Apple kompüterlərində tıqqıltı səsi çıxarır.
QEYD: Sonda onu da qeyd edim ki, Mac kompüterlərində Sticky Keys funksiyasını aktivləşdirmək üçün Shift düyməsini bir dəfə bərk basmaq kifayətdir.
Ümid edirəm ki, bu məqaləm sizlər üçün faydalı olar.
Hazırladı: Məhərrəmzadə Məhiş
Şərhlər ( 2 )
Faydali melumatdi. Tesekkurler…..
Təşəkkür edirəm.