LastPass istifadəçilərinin nəzərinə: Şifrələrinizi dəyişdirin!

LastPass Blog-dan alınan məlumata görə həftənin 5-ci günü serverlərə kiber hücum təşkil olunub və bir çox şifrə “anbar”ları praktiki olaraq ələ keçirilib. Bazar günləri aparılan araşdırmada bu fakt təsdiqini tapıb. Şifrələrin oğurlanması faktoru aşkarlanmasa da, istifadəçilərin e-poçt ünvanları və şifrələrin bərpası üçün təsdiq kodlarını götürə biliblər.

TechNetə əlavə edilən məqalələrin birində LastPass haqqında məlumat verilib. Əgər onun istifadəçisisinizsə bu Bloqa yerləşdirilən məqaləni oxumağınız vacibdir.

“Biz əmənik ki, bizim kodlaşdırma çoxlu istifadəçiləri qorumaq üçün kifayət qədərdir. LastPass təsadüfi çətin şifrələrin verilməsini gücləndirib. Bu ələ keçirilmiş xeşlərə hücumu çətinləşdirir” – bloqdan alınan məlumatda yazılır. Bununla belə gücləndirilmiş şifrə generatorunun xakerlər tərəfindən əldə olunması, heç bir nəticəni əldə etməyə yaramayacaq.

“Çox illər ərzində biz istifadəçiləri qorumaq üçün müxtəlif təhlükəsizlik əməliyyatlarını yerinə yetiririk. Bundan əlavə biz məhkəmə və müxxtəlif ekspertizaları aparmaqda davam edirik.

Yaranmış problemə görə üzr istəyirik, lakin əsasən, inanırıq ki, master-şifrələrin dəyişdirilməsi sizə ən yüksək təhlükəsizliyi verəcəkdir” – sözləri ilə LastPass-ın komandasından olan Co Ziqrist məqalə/bildirişini bitirir.

Sadəcə giriş şifrənizi dəyişdirməyiniz, ilkin təhlükəsizlik üçün kifayətdir. Daha sonra isə ikifaktorlu giriş mexanizmini qoşa bilərsiniz.

P. S. O da qeyd olunur ki, daxildə olan şifrələri dəyişdirməyiniz məcburi deyil, yəni heç bir təhlükə yaratmır.

 

Səs: 0. Bəyənilsin Zəifdir

Şərh yazın