Delphi-də İndy kitabxanasından istifadə
Salam. İlk dərsimizdə İndy kitabxanası ilə internet üzərində olan hər hansısa bir “.gif” formatlı şəkili İmage componenti vasitəsilə ekrana çıxarmaq haqqında danışacağam. Başlayaq.
1. Delphi İDEsini giriş edirik və girişdən sonra sonra File -> New -> VCL Forms Application – Delphi yolunu izləyərək Form-umuzu yaradırıq.
2. Şəkildəki kimi dizayn qururuq.
3. uses sətirinə “GIFImg” kitabxanasını əlavə edirik və Projectimizi Build edirik.
4. Buttonumuzun üzərində double-click edərək OnClick Eventinə şəkildəki kimi kodlarımızı yazırıq.
Qeyd: Dərsimizdəki nümunənin istifadə olunması haqda danışmaq istərdim. Kiçik bir nümunə. RESTful APİ üzərindən çəkdiyimiz şəkillərin URL-lərini İdHTTP componentinin get() funksiyasındakı URL dəyəri ilə uyğunlaşdırırıq və RESTful APİdən çəkdiyimiz şəkilləri ekrana çıxarırıq. Diqqətiniz üçün təşəkkürlər!