Exceldə xanaların dinamik şəkildə sıralanması

Exceldə hesabatların daha da asan anlaşılması, oxunaqlı olması üçün istifadəçilər tərəfindən mütamadi olaraq sıralama əməliyyatları manual olaraq yerinə yetirilir. Sütunda hansısa dəyişiklik edilərsə məcbur qalınaraq yenidən manual şəkildə sıralama aparılmalıdır. Belə olduqda isə, həm əlavə vaxt sərf edilir, həmçinin hesabatlarda səhv edilmə ehtimalı artmış olur. Bu yazımda Sizə sıralamanın avtomatik olaraq A-dan Z-ə kimi aparılması haqqında danışacam. Keçək birbaşa olaraq nümunə üzərində izaha.

Fərz edək ki, bizə aşağıdakı şəkildə bir cədvəl verilmişdir və bizdən tələb olunan odur ki, adları avtomatik şəkildə sıralansın.

Adlar1

 

1. Sıralamanı aparmaq üçün ilk növbədə hər addan əvvəl gələn neçə adın olmasını tapaq. Adların qarşısına gələrək aşağıdakı funksiyanı yazaq. =COUNTIF($B$2:$B$6;”<=”&B2) Funksiyanın mahiyyəti odur ki, o B2 və B6 xanalarında B2dən əvvəldə gələn sözlərin sayını tapır.

adlar2

Beləliklə,  Biz hər sözdən əvvəl neçə söz olduğunu tapmış olduq.

 

2. Növbəti əməliyyat bu sözlərin başqa cədvəldə ardıcıl şəkildə yazılmasını təmin etməkdir. Bunun üçün həmin cədvəldə sözlər yazılacaq xananın qarşsına gələrək =ROW()-ROW($G$1) funksiyasını yazaq. Bu funksiya ilə biz ədədlərin sıralanmasını təmin etmiş olduq. Bunu sadəcə 1,2,3,4,5 yazaraq və ya Home Menyusunda olan Fill metodu ilə də edə bilərik. Funksiya ilə yazmaqda məqsəd bu sıralamanın dinamik olmasını təmin etməkdir.

adlar3

3. İndi isə VLookup funksiyasından istifadə edərək əvvəlki bazaya əsasən sıralamaya uyğun olaraq hansı adın xanaya yazılacağını tapaq.

 

Adlar4

 

Beləliklə, sol tərəfdəki cədvəldə hər hansı bir adı başqası ilə əvəz edərsək sıralama avtomatik olaraq yenidən aparıılmış olacaqdır.

Adlar5

Əlaqədar excel sənədini buradan yükləyə bilərsiniz.

 

#BilikPaylashdiqcaArtar

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Nahid Nesirov

Şərh yazın