Exceldə boş xanaların yuxarıdakı xanadakı dəyərlə doldurulması
Exceldə Pivot hesabatın və digər hesabatların nəticəsi olaraq aşağıdakı şəkildə hesabat forması alınır.
Şəkilə diqqət edərsəniz, görərsiniz ki, A sütununda bəzi xanalar boşdur. Biz bu boş xanaları doldurmaq üçün klassik metod aşağıdakı şəkildə göründüyü kimi yuxarıdakı xanaları tutub aşağıya doğru çəkməkdir.
Bu metodu bir neçə minlik sətrdə tətbiq edilməsi çox vaxt sərf edilən bir əmək olmaqla yanaşı, həmçinin effektli yol hesab edilmir.
Bu yazımda boş xanaları doldurmaq üçün ikinci alternativ yolu izah etməyə çalışacam.
1. Doldurulması lazım olan xanaları sahəsini seçək. (A2:A12)
2. Home-Find&Select-Go to special seçimini edin
3. Açılan pəncərədə Blanks seçinini edib OK düyməsinə tıklayın
4. Seçilən boş xananı ondan bir üst xanaya bərabər edərək Ctrl+Enter düymələrini birlikdə tıklayın
Nəticə olaraq boş xanaları doldurmuş olduq. Yuxarıdakı əməliyyatların xülasəsini aşağıdakı gif faylında görə bilərsiniz.
Qeyd: Pivot Hesabatlarda bu işi yerinə yetirmək üçün xüsusi seçim vardır ki, Pivot Hesabatlara aid olan yazımda bu haqda ətraflı yazmağı düşünürəm İnşəAllah
#BilikPaylashdiqcaArtar
Şərhlər ( 2 )
Nahid bəy, gözəl məqalə üçün təşəkkürlər. Çoxdandı Excell-i bir düz əməlli öyrənməyə çalışırdım..Demək məqam yetişib 😉
Zehninizə qüvvət.
Təşəkkürlər. İnşəAllah başlayın.