Şəbəkədə məlumatların ötürülməsi üsulları

Hörmətli oxucular bu günki məqalədə technet istifadəçilərindən birinin yazdığı sualdan ilhamlanaraq şəbəkədə məlumatların ötürülməsi üsullarından danışmağa qərar verdim.

Şəbəkədə məlumatların ötürülməsi üçün bir neçə üsul mövcuddur:

  • – Unicast
  • – Broadcast
  • – Multicast
  • – Anycast

Unicast – ötürmə üsulu şəbəkədə bir ötürücüdən digər bir qəbulediciyə məlumatın ötürülməsidir. Yəni ötürülən məlumat yalnız bir qəbulediciyə yönəlmiş olur.

PIC1_1

Hal-hazırda defakto routed protokol bildiyimiz kimi İP-dir. Bu səbəbdən də istifadə etdiyim misallarda İPdən istifadə edəcəyəm. Misal olaraq şəbəkəmizdə 192.168.0.0/24 subnetindən istifadə olunur. Bu subnetdə 254 istifadə oluna bilən host vardır. Lakin biz 192.168.0.200 hostuna daxil olub ping 192.168.0.11 yazırıqsa, bu İCMP məlumatı yalnız bir qəbulediciyə-192.168.0.11 göndərilir:

PIC1

PIC2

Broadcast – ötürmə üsulu isə ötürücü tərəfindən məlumatın şəbəkənin broadcast adresinə göndərilən və bütün qəbuledicilər tərəfindən qəbul edilən ötürmə üsuludur. Bu ötürülmə üsulundan ənənəvi radio və televiziya yayımlarında istifadə olunur.

PIC3

Misal olaraq istifadə etdiyimiz şəbəkənin (192.168.0.0/24) broadcast adresinə(192.168.0.255) hər hansı bir məlumat göndərək. Bu misalda da broadcast adresi – 192.168.0.255 ping edək:

PIC4

Bu misalda gördüyümüz kimi hal-hazırda şəbəkədə mövcud olan – 192.168.0.11, 192.168.0.33, 192.168.0.44 bizim broadcast məlumatı qəbul etmiş və bizə cavab göndərmişdir.

Multicast – ötürmə üsulu isə şəbəkədə mövcud olan bir qrup qəbulediciyə göndərilən məlumatdır. Bildiyimiz kimi D class multicast adres olub 224.0.0.0-239.255.255.255 aralığından seçilir. Həmin adreslər qrupu təyin edir və istifadəçi həmin qrupa qoşulur.

aaa

Misal üçün 224.10.10.10 adresinin təyin etdiyi qrupa qoşulan istifadəçilər həmin 224.10.10.10 adresinə göndərilən məlumatları əldə edəcəklər. Misal üçün hamıya yaxşı məlum olan routing protokollardan EİGRP istifadə edəcəyəm. EİGRP multicast adres kimi 224.0.0.10 istifadə edir. Əgər biz routerin hər hansı bir interface-də EİGRP sazlayırıqsa, həmin interface avtomatik olaraq həmin multicast qrupa daxil edilmiş olur və gələcəkdə həmin qrupa göndərilən məlumatları qəbul etmək imkanına malik olur:

PIC5

PIC6

Anycast – ötürmə üsulu bir host tərəfindən göndərilən və topologiya informasiyası daha yaxın olan qəbulediciyə göndərilən məlumatdır. Bir az qəliz izah oldu, deyilmi ? J Daha anlaşıqlı olsması üçün bunu hər hansı bir mağaza şəbəkəsi timsalında izah edim. Təsəvvür edək ki, XYZ Mağazalar şəbəkəsi mövcuddur və bu mağazanın eyni adda-XYZ adında müxtəlif ərazilərdə filialları vardır. Bu bizə həmin mağazadan istifadə zamanı bizə daha yaxın olan filialdan istifadə imkanı yaradır. Bu misalda XYZ bizim “anycast” adresimizdir.

anycast

Anycast ötürülmənin məqsədi hər hansı bir servisin müxtəlif yerlərdən əlçatan olmasıdır. Misal olaraq İnternetdə əsas (root) DNS serverləri göstərmək olar. Həmin əsas DNS serverlər anycast İP adres istifadə edir və sorğu istifadəçiyə ən yaxın serverə göndırilir. Anycast adreslərə aşağıdakı kimi daha bir misal göstərmək olar.


anycast2

Gördüyümüz kimi, misal olaraq unicast İP adres-192.168.111.111 təkrar olaraq müxtəlif yerlərdə istifadə olunmuşdur. R1 həmin İP informasiyasını 2 müxtəlif qonşudan alır- R2 və R3. Vektor üzrə R1, R2 dən 1 addım keçməklə, R3 və R4 dən isə 2 addım keçməklə arzuolunan 192.168.111.111 adresinə çatır. 1 addım daha yaxın olduğuna görə R1 R2-dən keçməklə 192.168.111.111 adresinə lazımi məlumatı göndərir.

Növbəti məqalələrdə görüşənədək.

Rizvan Bayramov

CCNA/CCNASEC/CCNP

Səs: +100. Bəyənilsin Zəifdir

Müəllif: Rizvan Bayramov

Şərh yazın