Anakart və digər qurğuların enerji təchizatı

Salam dostlar.

Son zamanlarda bir neçə dəfə bu sualla rastlaşdığım üçün, balaca bir araşdırma tipli məqalə yazmaq fikrinə gəldim. Düşünürəm ki, bu mövzuda elektrotexnika, fizika və s. bilikləri daha çox olan dostlarımız məqalənin genişləndirilməsi və daha aydın olması üçün Şərh hissəsində yardımçı olacaqlar.

Öncədən güc birləşdiriciləri haqqında olan bu MƏQALƏ-ni oxumanızda fayda var.

Məqaləmiz ilk hissəsi anakartın əsas güc təchizatçısı – Primary Connector-lar və ya P1 haqqındadır.

p1-power-connector

Bu birləşdiricilərin üzərində gördüyümüz müxtəlif rəngli naqillərin özlərinə uyğun elektrik ötürməyə xidmət edirlər. Rənglərə görə naqilləri seçə bilməyimiz üçün aşağıdakı şəkili diqqətlə nəzərdən keçirməmiz lazımdır.

Cedvel 01Siqnal bölməsində mavi rənglə işarələnmiş 8, 13 və 16 nömrəli naqillər idarəetmə siqnalları üçündür, qidalanmada iştirak etmirlər.

  • «Power On» bilgisayarı işə salarkən qida blokunu işə salır. Yəni yaşıl rəngli naqili istənilən bir qara (torpaqlama) ilə birləşdirdikdə qida bloku işə düşür. Bundan qida blokunu Multimetrlə test etmək istərkən istifadə olunur. Birləşdirmə üçün uyqun ölçülü istənilən metal naqil (clips, skrepka)  istifadə edə bilərik.
  • «Power good» və ya «Power OK» siqnalı qida blokunun tam hazır olduğunu bildirir. Belə ki, Power on siqnalından 0,1 -0,5 saniyə intervalında qida bloku “daxili özünü yoxlama” və enerji ötürməyə hazırlayır. Sonra bu siqnal ana karta ötürülür və bilgisayar işə düşür. Əgər bu hazırlıq tamamlanmadan bilgisayar işə düşsə idi, enerji çatışmaz və bu ciddi problemlərə, zədələnmələrə gətirib çıxara bilərdi.
    Əlavə olaraq bildirim ki, cüzi elektrik oynaması zamanı bilgisayarımızın özünü yenidən başlatması sırf bu siqnalın kəsilməsindən irəli gəlir.
  • «+3.3 V sense» Remote Sense elektrik ötürülməsi zamanı naqillərin müqaviməti səbəbəindən itən elektrikin konpensasiya edilməsi, bərpa edilməsidir. Aşağıdakı şəkildə göründüyü kimi + OUT və Remote + Sense-dən çıxan 2 naqil bir birləşdiriciyə, digər ikisi isə digər birləşdiriciyə bərkidilib. +OUT-dan çıxan 5 V LOAD (Yük) bölməsinə çatdıqda artıq naqilin uzunluqundan asılı olaraq müəyyən bir itki ilə üzləşir və həcmi Remote + Sense-dən gələn enerji ilə bərpa edirlər.
    Bu tip qoşulmalar “kritik” səviyyəli server və avadanlıqlarda, universitet labaratoriyalarında, telekommunikasiya qurğularında istifadə edilir.

3.3 sense

Bu itkinin hesablanması üçün aşağıdakı qaydadan istifadə edilir və ya xüsusi ölçmə cihazları vasitəsilə təyin edilir. (Videoda ölçü aləti göstərilmişdir).

1) Elektrik itkisini hesablamaq üçün öncə naqillərdəki müqaviməti hesablamalıyıq.

Müqavimət = (Naqilin uzunluğu (ft) \ 100 ft) * müqavimət dərəcəsi Om ilə (Cədvəl üzrə – 3 cü sıra).

Om qaydasın tətbiq edərsək Volt = Amper * Müqavimət

Məsələ qurğu güc qaynağından 25 fut məsafədədir, deməli ümumi naqil uzunluğu 50 futdur. Cədvəl göstərir ki, 12 nömrəli Amerikan Standartı Naqildə [American Wire Gauge (AWG)] 15 Amperdir.  Misalda, elektrik itkisini hesablayaq:

Müqavimət = 50 / 100 * 0.162 » 0.081W

Elektrik itkisi = 15 * 0.081 » 1.215 volt

Hesab-cedveli

QEYD: -5 (Ağ) və -12 (Mavi) yeni bilgisayarlarda demək olar ki, lazım deyil. -12 və +12 V COMport (Serial), -5 isə Floppy Disk Drive və İSA Bus Card kimi köhnəlmiş avadanlıqlar üçün istifadə edilirdi. Bunlardan bu gün demək olar ki, istifadə olunmur. COM Port (DB9) Switchlərin sazlanmasında istifadə edilsədə, adətən USB to COM istifadə olunur.

Digər avadanlıqların naqilləri nələri qidalandırması haqqında aşağıda ən əsaslarını şəkillərlə göstərməyə çalışacam. (*1)

4 PİN-li MOLEX 

molex-4-pin

molex-4-pin 01

SATA kabeli

sata

sata01

Güman edirəm ki, məqalə yararlı olacaq. Təşəkkürlər.

(*1) Mənbə olaraq şəkillərindən istifadə edilən SAYT.

Səs: +110. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Əmirov

Şərhlər ( 3 )

  1. Təşəkkür edirəm. Lazımlı informasiyadır.Ama -5 və -12 nə üçündür?

    • İbrahim bəy, salam.

       

      Sualınız uzun müddətdir cavabsız qalıb. -5 və -12 yeni bilgisayarlarda demək olar ki, lazım deyil. -12 və +12 V COMport (Serial), -5 isə Floppy Disk Drive və İSA Bus Card kimi köhnəlmiş avadanlıqlar üçün istifadə edilirdi. Bunlardan bu gün demək olar ki, istifadə olunmur. COM Port (DB9) Switchlərin sazlanmasında istifadə edilsədə, adətən USB to COM istifadə olunur.

       

      250px-FTDI_USB_SERIAL

       

      Bu suala daha ətraflı, fizikanın bütün imkanlarından istifadə edərək fərqli cavab da vermək olardı, amma ən gözəl izah olaraq bu kifayət edər. 😉

      P.S. Müəyyən bir hissəsin məqaləyə də əlavə edirəm.
      Uğurlar.

       

      Mənbə sayta keçid

       

       

Şərh yazın