Yeni YouTube pleyerinə hələ də keçməmisiniz?
Youtube öz yeni video playerini artıq sınaq versiyada istifadəçilərə təqdim edib. Amma proqramlaşdırma və krossbrauzerlik prosesinin hələdə davam etməsi səbəbindən update etmək sadə – daha dəqiq desək, HTML5 playerinə keçmə kimi asan deyil.
Yeni playerin görünüşü və dəyişikliklər:
Burada praktiki olaraq heç nə dəyişməyib. Sadəcə elementlərin üslubu və ümumi dizayn bir qədər modernləşdirilib: dörtbucaqlı çərtivə ilə əhatə olunmuş obyektlər indi şəffaf kənarlarla əvəz olunub və elementlər nisbətən, ortaya yaxınlaşdırılıb. Sağ və sol bucaqlar pleyerin elementləri ilə əlaqələnmir. Əvvəllər altyazılı (subtitles) tərcümə parametrindən istifadə etmək üçün istifadə edilən [cc] düyməsi hazırda yeni “mətn”ə bənzər piktoqramla əvəzlənib. Parametrlərə klikləyərkən və ya burada digər əməliyyatları quraşdırarkən “animasiyalı” keçidləri görə bilərsiniz.
Ümumi-aşağı menyu bir neçə saniyədən sonra bir qədər yığılmaq əvəzinə, ümumiyyətlə, yox olur.
Videoya tamekranlı rejimdə baxarkən button və düzənləmə obyekləri böyüyür ((aşağı və yuxarı) təxminən, monitorun 3/12 hissəsini təşkil edir). “Başqa vaxt izlə” düyməsi yuxarıya köçürdülüb. Paylaşım işarəsinə klikləyərkən (videonun içərisində) yeni POPup menyu açılır ki, burada da müxtəlif sosial şəbəkələrdə paylaşım imkanı var.
- Bütün bunlardan əlavə pleyerin yeni xüsusiyyətləri yaxın zamanda işıq üzü görəcək və birbaşa inteqrasiya olunacaqdır.
İndi isə gəlin Google Chrome-da bir iki dəyişiklik edək və yeni pleyeri “quraşdıraq”. Bunu etmək üçün sizə öncə xüsusi qoşma quraşdırmaq lazımdır. Cookie ilə işləmək üçün sizə uyğun olan qoşmanı Google Chrome Marketdən yükləyin. Və ya mənim istifadə etdiyim “EditThisCookie” (əlavənin üzərinə klikləyib) ekstenşnını quraşdırın.
Daha sonra YouTube-da hər hansı bir videoya daxil olaraq yuxarı sağ tərəfdə olan qoşmanının piktoqramına klikləyin və VISITOR_INFO1_LIVE kukisini tapıb üstünə basın. Açılan parametrlər hissəsində onun dəyərini (значения/value) Q06SngRDTGA ilə dəyişdirin. Nisbətən aşağıda olan təsdiqləmə düyməsini (yaşıl) klik edin.
Beləliklə, səhifəni yeniləyin. Hər şey hazırdır!