SQL Server 2016 public preview bu yay çıxacaq

Microsoft CEO (İdarə heyətinin sədri) Satya Nadella əsasən mobil və bulud texnologiyalarına üstünlük verən yeni SQL Server 2016 platformasının hazırlıq mərhələsi üçün nəzərdə tutulan ictimai versiyasının bu yay çıxacağı barədə elan edib. Microsoft-un flaqman verilənlər bazası platformasının növbəti versiyası kritik proqram təminatları üçün daha yüksək sürət, bulud və mobil texnologiyalarına daha sıx inteqrasiya vəd edir.  Yeni versiyanın əsas yenilikləri: Always Encrypted (İng. – Daim Şifrələnmiş) – məlumatların hərəkətdə və sabit halda daimi təhlükəsizliyini təmin edir; Stretch Database (İng. – Artırılan Verilənlər Bazası) – Microsoft Azure-da  verilənlər bazalarının dinamik artırmaq imkanlarını təmin edən yeni texnologiyadır; Real-time Operational Analytics & In-Memory OLTP – İn-Memory (operativ yaddaşında emal) texnologiyasının təkmilləşdirilmiş versiyası və daxili biznes analitika; Built-in Advanced Analytics, PolyBase and Mobile BI – təkmilləşdirilmiş daxili analitika və mobil biznes analitikası.

Qaynaq: SQL Server 2016 public preview coming this summer

Müəllif: Rauf Khalafov

Şərh yazın