Windows Server 2012R2 Shadow Copy Konfiqurasiyası
Bu məqaləmdə sizlərlə Windows Server 2012R2 əməliyyat sistemi üzərində Shadow Copy xüsusiyyətini araşdıracağıq. Shadow Copy xüsusiyyəti ilə birlikdə silinən və ya üzərində dəyişiklik edilən faylların daha əvvəl yaradılan kopyalarından geri dönmək mümkündür. Shadow Copy xüsusiyyəti NTFS olan bir volume üzərində qaldırılmalıdır. Buna ümumi olaraq baxdığımızda bir növ data bərpa prosesi deyə bilərik.
İndi isə sizə necə tətbiq olunacağını izah edəcəyəm.
1-Əvvəlcə tətbiq edəcəyimiz Volume yada Partition seçməmiz lazımdır.Yuxarıda qeyd etdiyim kimi NTFS bir mühitdə tətbiq olunması mütləqdir.Mən tətbiqi Shadow adında yeni bir disk üzərində göstərəcəyəm. Disk üzərinə gəlib sağ düymə tıklayıb Shadow Copies seçirəm.
2- Shadow Copies xüsusiyyəti default olaraq Disabled gəlməktədir.Biz burda E: \ Partition’ı üçün Enabled edirik
3- Yes deyərək Shadow Copy xüsusiyyətini enable edirik.
4- Shadow Copy ekranına geri gəldiyimizdə E: \ partition enabled olmuşdur və Next Run Time qisimində sonrakı işləmə vatı görülməkdədir. Settings qisminə girərək parametrləri təyin edəcəyik.
5- Settings qisimində Maximum size təyin edə yada No limit deyərək davam edə bilərsiniz. Schedule qisiminə girərək nə qədər zamandan bir kopya yaradılacağını konfiqurasiya edirik.
6- Schedule qisiminə gəldiyimiz Schedule Task ‘ımızı təyin edirik. (Günlük, həftəlik, aylıq olaraq schedule yarada bilərsiniz.)
7- Mən gündə bir dəfə saat 03:00 ‘te təkrarlamasını istəyirəm.
8-Yaratdığımız kopya maximum limit 1020MB ola bilər. İstədəsəniz No limit deyərək limiti söndürə bilərsiniz.
9-Create Now deyərək Taskı başladırıq.
10-Shadow copies of selected volume ekranında başlatmış olduğumuz surət zamanı görülməkdədir.
11-İndi tətbiq üçün Shadow diski içərisində IT qovluğu altında Shadow adında bir Text sənədi açdım sonra bunu səhvən Delete etdiyimizi düşünək.
12- IT qovluğunun üzərinə gəlib sağ tık Properties deyirəm.
13- Previous Versions> Folder versions hissəsində bu gün tarixli bir Shadow Copy var.Open deyərək açıram.
14- yaratdığımız Copy içərisində mənim silmiş olduğum Shadow adındakı Text sənədi yer almaktadır.Sağ tık Copy edirəm.
15- Faylın daha əvvəl istifadə zamanı yer aldığı IT papkasının içərisinə copy edirəm.
Faydalı olması diləyiylə ..
Şərhlər ( 1 )
tesekkurler