PfSense yeniləmə əməliyyatları

Salam, Əziz Dostlar. Bu günki məqaləmizdə “PfSense” üzərində “update” (yenilənmə) əməliyyatlarından bəhs edəcəyik.

Əvvəla onu qeyd edək ki, “PfSense” üzərində iki cür yenilənmə imkanı mövcuddur:

  1. Manual Update (Əllə yeniləmə)
  2. Auto Update (Avtomatik yeniləmə)

Əgər köhnə versiya istifadə ediriksə, web interfeysə daxil olarkən yeni versiyanın var olub olmadığı yoxlanılaraq bizə bildirilir.

PfsenseUpdate1

Göstərilmiş hissəyə tıklayaraq “Auto update” bölümünə keçid edə bilərik  və ya “System -> Firmware” yolunu izləməliyik.

  1. Manual Update

System -> Firmware” yolunu izləyərək keçdiyimiz bölmədə ilk başlıq “Manual update“-dir.

PfsenseUpdate3

 

Əllə yenilənməni aktiv etmək üçün “Enable firmware upload” seçirik. Bu səhifə artıq aşağıdakı hala keçəcək.

PfsenseUpdate4.1

Əllə yenilənməni qurmaq üçün ilk əvvəl “update” (yenilənmə) faylını “PfSense“-in rəsmi səhifəsindən yükləməliyik.

Yükləmə üçün: https://www.pfsense.org/download/

PfsenseUpdate4.2

Sonuncu yenilənməni seçərək yükləyirik. Bundan sonra “PfSense” üzərində yuxarıda göstərdiyimiz səhifədə “Choose File” deyərək yüklədiyimiz “.tgz” uzantılı faylı seçirik. Əgər əvvəlki versiyanın “backup“-nı almaq istəyiriksə, “Perform full backup prior to upgrade” qutucuğunu işarələməliyik. Daha sonra “Upgrade firmware” deyərək yükləməni həyata keçirə bilərik.

  1. Auto Update

Avtomatik yenilənmə zamanı ilk öncə “Updater Settings” bölümünə nəzər salıb, tənzimləmələri həyata keçiririk.

PfsenseUpdate5

Default Auto Update URLs” başlığı qarşısında sistemimizin  32 bit və ya 64 bit olmasını seçirik. Bizim istifadə etdiyimiz “PfSense” 64 bit-dir. Bu zaman “Firmware Auto Update URL” (yenilənmələrin yüklənəcəyi ünvan)  avtomatik olaraq https://updates.pfsense.org/_updaters/amd64 təyin edilir.

Unsigned images” qutucuğunu işarələsək əksik və ya etibarsız imza ilə olan yenilənmələrə icazə vermiş olaraq.

Dashboard check” qutucuğunu işarələyərək isə Dashboard səhifəsində sistem informasiyası başlığı altında yenilənmə ilə bağlı məlumatların bildirişini dayandıra bilərik. “Save” deyərək dəyişiklikləri yadda saxlayırıq.

PfsenseUpdate6

Auto Update” bölümündə isə hər şey daha sadədir. Backup almaq istəyiriksə qutucugu işarələyib, “Invoke Auto Upgrade” seçməyimiz kifayətdir ki, PfSense özünü yeniləsin.

PfsenseUpdate7

Şəkildən də göründüyü kimi yenilənmələrin yüklənilməsi başlamışdır. “Status” pəncərəsində hal-hazırki versiya, yenilənən versiya, yenilənmənin həcmi və hal-hazırki yüklənilmiş həcm və faiz göstərilməkdədir.

PfsenseUpdate8

Yenilənmələr yükləndikdən sonra əməliyyatın tamamlanması üçün “PfSense“-i yenidən başladırıq.

PfsenseUpdate9

Və gördüyümüz kimi artıq yeni versiya qurulmuşdur. “Auto Update” bölümündən də bunun şahidi ola bilərik.

Əgər yenilənmələrin qurulması zamanı, köhnə sistemin backup-nı almışıqsa həmin backup-lar “Restore Full Backup” başlığı altında görünər və istədiyimiz zaman həmin backup-lardan istifadə edərək sistemi əvvəlki vəziyyətinə qaytara bilərik.

PfsenseUpdate11

Bu günlük də bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın