Performance Monitoring

Salamlar

Kiçik və orta ölçülü firmaların öz serverlərinə nəzarət edə bilmək üçün Windows Server 2012R2 Performance Monitoring xüsusiyyətini istifadə edə bilərlər. Bu məqaləmdə Performance Monitoring  necə istifadə edə biləcəyimiz haqqında olacaq.

1-Performance Monitoring konsolunu  Search hissəsinə Performance yazaraq aça bələrik.Yada Administrative Tools içərisində Performance Monitoring olduğunu görə bilərik.

p1

2-Performance Monitor konsolunu açıldığında Data Collector Sets> User Defined> New> Data Collector Set deyərək yeni bir set yaradırıq.

p2

3-Yaratdığımız Set üçün bir ad təyin edirik. Manual seçim etmək üçün Create manually (Advanced) seçimini seçirik.

p3

4-Nələrin logunun tutulmasını istəyiriksə  burada seçim edirik.Mən yalnız Performance counter seçirəm.

p4

5- Bu addımda isə Add deyərək hansı performance counter məlumatlarını istəyirik daxil edirik.

p5

6-Available Counters qisimində istədiklərimizi əlavə edirik.Mən Added Counters qisimində olan Memory, Network Adapter, Processor və TCPv4 loglarının alınmasını istəyirəm.

p6

7-Performance counters qisimində seçmiş olduqlarımızı görə bilərik.Çıxartmaq yada əlavə etmək istədiyimizi bu ekranda əlavə edə bilərik.Sample interval qisimində isə hansı müddətfən bir logların  alacağını təyin edə bilərik.Mən 15 saniyədən bir alınmasını istəyirəm.

p7

8-Yaradılan verilənlər faylını saxlamaq üçün bir path təyin edirik.Mən default olaraq saxlıyıram.

p8

9-Save and close deyərək Set-i yaradıram.

p9

10-User Defined qisiminə təkrar baxdığımızda Technet set  gəldiyini görürük. Sağ klik Start deyərək başladırıq. Start etdikdən sonra bir neçə üeb  səhifə açaraq performansın dəyişməsini təmin edirəm.

p10

11- Lazımlı olan log datası yaranması üçün lazım olan müddət keçdikdən sonra Stop deyərək seti dayandırıram.

p11

12-Technet Set seti altında etmiş olduğum dəyənləndirmə Logu meydana gəlmiş olacaqadır.Sağ tıkladığımızda açılan qrafik ekranda lazımi analizləri görə bilərik.

Sadə bir şəkildə Windows Server 2012R2 Performance Monitoring necə istifadə edilir bunu izah etməyə çalışdım.

p12

Faydalı olması diləyiylə.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Cahangir HacIyev

Şərh yazın