Windows Server 2012 R2 Administrator Password Reset

Salamlar ,

Bu məqaləmdə sizlərə Windows Server 2012R2 Administrator Password Reset əməliyyatını izah etməyə çalışacam.Administrator hesabına aid parolu unutmaq mümkün olmasa  bəzi hallarda İT işçilərinin başına gələ bilər görə də bu məqaləni  paylaşıram.

Bu məqalə  tamamilə təhsil məqsədlidir.

1-Bu ekranda göründüyü kimi administrator hesabı ilə daxil olduğumuz  zaman şifrənin səhv olduğunu və yenidən cəhd edin xəbərdarlığı alırıq.

s1

2-Windows Server 2012R2 installation cd-sini serverə taxib və serveri restart edirik. Windows İnstall ekranını Next ilə keçərək bu adıma gəlirik.Burada olan Repair your computer  seçirik.

s2

3- Troubleshoot variantını seçərək davam edirik.

s3

4-Əmr sətirinə ehtiyacım olduğu üçün Command Prompt variantı seçirik.

s4

5-Əmr sətirinə aşağıdakıları yazırıq.

d:

cd windows \ system32

ren Utilman.exe Utilman.exe.old

copy cmd.exe Utilman.exe

s5

6-Əmr sətirini bağlayaraq Continue variantı ilə davam edirik.

s6

7-Serveri təkrar restart etdikdən sonra Windows düyməsi + U düyməsi ilə əmr sətirini təkrar açırıq.net user administrator Pa$$w0rd2        yazırıq.

s7

8-Serverə “ Pa$$w0rd2” şifrəsi ilə Log On olmağa çalışacağam.

s8

Ümid edirəm faydalı olacaq.

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Cahangir HacIyev

Şərh yazın