Kodların saxlanılması. Bitbucket #2

Bu kiçik məqalədə əvvəlki yazının davamı kimi 2-ci ən çox istifadə olunan və anlaşıqlı interfeysə malik olan kodların saxlanılması üçün hostinqin özəlliklərini öyrənəcəksiniz. Əlavə olaraq qeyd etmək lazımdır ki, Google kompaniyası Bitbucket-i özünün MigratingTo… səhifələrinin birində ona keçmək üçün Export-Import prosesini izah edib. Bu da istifadəçilər tərəfindən göstərilən rəğbət hissinin göstəricisidir.

Bitbucket – bu Mercurial və Git ərazilərinin yaradılması üçün hostingdir. Populyarlığa görə GitHub-dan geridədir, amma rahatlığı və bəzi funksiyaları onu əvəzsiz edir: Mercurial-ın dəstəkli; limitsiz olan pulsuz planın olması. – Bu funksiyalara baxmayaraq qiymət bölməsinin hazırkı tariflərində bu yaddaş yeri sadəcə 5 nəfərin izləməsi üçün mümkündür.

Bəzi xüsusiyyətləri:

  1. Bir lahiyə üçün yaddaş 2GB-dir;
  2. Saxlanın yerlərə (repositories) HTTP və SSH ilə qoşulmanın mümkünlüyü;
  3. Şəxsi domenə qoşulmanın mümkünlüyü (məs. technet.az);
  4. Səhvlərin qeyd edilməsi;
  5. Müxtəlif məşhur şirkətlərə inteqrasiya (Google, Twitter və s.)

Və bir çox əlavə imkanları siz rəsmi saytdan əldə edə bilərsiniz.

Qiymətlər isə yalnız istifadəçilərin artımına təsir edir. Yəni aldığınız plana uyğun olaraq müəyyən sayda istifadəçi sizin layihələrinizi izləyə və ya proqramlaşdırmada iştirak edə bilər.

 

Planlar:

  1. – 5 İstifadəçi
  2. 10 ABŞ Dolları. – 10 İstifadəçi
  3. 25 ABŞ Dolları. – 25 İstifadəçi
  4. 50 ABŞ Dolları. – 50 İstifadəçi
  5. 100 ABŞ Dolları. – 100 İstifadəçi
  6. 200 ABŞ Dolları. – Limitsiz sayda İstifadəçi

Bütün planlara isə məqalənin əvvəlində göstərilən xüsusiyyətlər daxildir.

Son üçün qısa rəy:

İnsanların GitHub kimi daima istifadə etmədikləri Bitbucket servisi ikinci pilləni yalnız private serverləri dəstəklədiyi üçün tutur, məncə. Amma ciddi (yeni kod) layihələrin işlənilməsinin mövcudluğu onu bu pilləyə layiq görür. Bir İT layihə üçün çox gözəl servisdir. Qeyd etsək ki, bir layihədə 2-3 proqramçı və menecer olur, pulsuz plan üzrə diqqətəlayiq bir təqdimatı reallaşdırmaq olar.

Beləliklə, bu “Kodlarınızı harada saxlaya bilərsiniz?” sualına cavab verən ikinci məqalənin sonuna gəlib çatdıq. – Həm də bu sonuncudur.

 

Səs: +10. Bəyənilsin Zəifdir

Şərh yazın