Windows Server 2012 R2 Distributed File System (DFS) Qurulumu

Salam Dostlar,

Bu məqaləmdə sizlərə Windows Server 2012 R2 Distributed File System (DFS) quraşdırılmasını izah etməyə çalışacam.

Əvvəlcə Distributed File System (DFS) nədir?

Bir fayl paylaşmasına daxil olmaq üçün, istifadəçilər tez-tez Universal Naming Convention (UNC) pathini yazaraq faylları görə bilirlər. Bir çox böyük təşkilatın daxilində coğrafi olaraq fərqli fərqli yerlərə dağılan yüzlərlə fayl serverlər var. Bu faylları məhsuldar bir şəkildə tapıb çatmağa çalışan istifadəçilər üçün bir çox çətinlik törətməkdədir.

Distributed File System (DFS) bir namespace istifadəsi UNC qovluğu quruluşunu sadələşdirmişdir. Ayrıca DFS namespace xüsusiyyəti ilə paylaşılan qovluq,şirkətdə birdən çox serverdə çoxaltıla bilər.

Distributed File System (DFS) rolu iki fərqli xüsusiyyətə malikdir;

DFS Namespace, Fərqli serverlər olan paylaşılan bir və ya birdən çox qovluqları məntiqi olaraq yaradılmış bir namespace-də qruplaşdırmasına imkan verir. Namespace istifadəçilərə bir sıra alt qovluğu olan tək paylaşılan qovluq olaraq təqdim edilir .Alt qovluqlar yəni alt paylaşımlar isə fərqli -fərqli serverlərdə və filiallarda  olur.

DFS Replication (DFSR), Local və WAN şəbəkə bağlantıları arasında faylları replikasiya edən bir xüsusiyyətdir. DFS Replication zamanı və traffik çoxluğunu azaltmağa imkan verir, faylların üzərində edilən yalnız son dəyişiklikləri replikasiya edir. DFS Replication xüsusiyyətini DFS Namespace ilə birlikdə ya da tək başına da istifadə edə bilərsiniz.

1- Distributed File System (DFS) quraşdırılması üçün Server Manager konsolu üzərində Add roles and features variantı ilə davam edirik.
Capture1

2- “Role-based or feature-based installation” variantını seçirik.

Capture2

3- Quraşdırma edəcəyimiz serveri seçirik.

Capture3

4- Roles ekranında File and Storage Services qisimindən DFS Namespaces və DFS Replication xüsusiyyətini seçirik.

Capture4

5-Features hissəsində hər hansı bir dəyişiklik etmədən davam edirik.

Capture5

6-Confirm ekranında seçimlərimizə nəzər yetirərək Install variantı ilə quraşdırılmanı başladırıq.

Capture6

7-DFS Quraşdırılması əməliyyatı müvəffəqiyyətlə tamamlanmışdır.

Capture7

8-Administrative Tools içərisində DFS Management konsolunun gəldiyini görürük.

Capture8

9-DFS Management konsolunu aşağıdakı kimi görə bilərik.

Capture9

Faydalı olması diləyilə.

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Cahangir HacIyev

Şərhlər ( 1 )

  1. tesekkur edirem

Şərh yazın