Kodlarınızı harada saxlaya bilərsiniz? #1

Mühafizə və etibarlılıq baxımından, proqramçılar öz kodlarını müxtəlif yerlərdə saxlayırlar. Çox vaxt bu sadəcə kompüterin sistem blokunda olan və ya USB ilə qoşulan sərt disklər olur, bəzən isə OneDrive kimi bulud xidmətləri.

Bu məqalələr ardıcıllığında sizinlə, “Kodlarınızı harada saxlaya bilərsiniz?” – sualına cavab verməyə calışacağam. Siz hələ də Bloknotda kodlarınızı saxlamaqdan bezmədiniz?

GitHub (Gist)

Bu servisi proqramçılar və Source Code istifadəçiləri arasında tanımıyan az insan az tapılar. Çünki GitHub bu sferada lider və ən məhşur pulsuz kod “anbarıdır” (storage). Pulsuz sözünə aydınlıq gətirəndə, məlum olur ki, bu kiçik bir xidmət üçün belədir. Əgər sizə daha yüksək texnologiyalı funksiyalar lazımdırsa, onda sizə aylıq 7 dollardan başlıyan paketə abunə olmaq gərəkdir. Bundan əlavə siz “free” seçimində öz kiçik portfolionuzu yaratmaq üçün lazımi resurslarla təmin olunursunuz.  – Nəticədə də, Bloknotdan azad ola bilərsiniz.

github

Başqa servislərdən fərqli olaraq siz burada xüsusi bir layihəni 2 və ya daha çox developer-lərlə birlikdə işləyə, düzənlənməsi tələb olan yerlərə görə digər koderlərin səhvlərini şərhdə göstərə və s. başqa xidmətlərdən istifadə edə bilərsiniz. Hətta Google Code-un bağlanması səbəbinə görə Google öz rəsmi blogunda və bildiriş səhifəsində bir mənalı olaraq GitHub-ı tövsiyyə edir. Bununla bağlı instruksiyanıda hazırlayan şirkət işçiləri bir daha GitHub-ın təhlükəsizliyini sübut edirlər.

GitHub Gist vasitəsilə isə siz öz kodlarınızı heç kimin görə bilməyəcəyi privat şəkildə saxlamaq imkanına nail olursunuz. Bu hələ son deyil! – bu servisdə əlavə edilmiş bütün public materiallarını siz axtara və istədiyiniz kod hissəsində istifadə etmək azadlığındasınız.

Digər məlumat və istifadə qaydalarını rəsmi saytda əldə etməl olar.

Səs: +10. Bəyənilsin Zəifdir

Şərh yazın