Dell PowerEdge R720 üzərində RAID 5 və Windows Server 2012 qurmaq
Salam Dostlar, bundan əvvəlki məqaləmizdə Dell PowerEdge R720 üzərində iDRAC sazlamalarını həyata keçirtmişdik. Bu sazlamaları etdikdən sonra isə artıq kənardan serverə bağlanıb işləyə bilərik. Bu məqaləmizdə isə Dell PowerEdge R720 üzərində RAID 5 quracağıq daha sonra isə Windows Server 2012 yazılımını həyata keçirdəcəyik. Bu əməliyyatları etmək üçün Lifecycle Controller istifadə edəcəm.
Gördüyümüz ekranda F10 düyməzinə sıxaraq Lifecycle Controller-ə daxil oluruq.
Aşağıdakı pəncərə bizi qarşılayır. Buradan isə Hardware Configuration bölməsinə daxil oluruq. Gördüyümüz kimi burada bir neçə seçim var. Bizə lazım olan isə Configuration Wizards bölməsidir.
Burada isə bizə lazım olan bölmə Break Mirror-dur. Bu bölməni seçməkdə məqsədimiz nədir, onu izah edim. Bizim Dell PowerEdge R720 serveri üzərində hazır RAID sazlaması var və mən bu serverə başqa serverdən çıxarılmış disk(disklər) də əlavə etmişəm. İlk öncə mövcud olan RAID-mizi silirik. Buna görə də Bream Mirror bölməsinə daxil oluruq.
Gördüyümüz kimi mövcud RAID-i görə bilirik. Aşağıdakı xəbərdarlığa diqqət etsək, serverin RAID silindikdən sonra sönəcəyi haqqında məlumat verir. Amma narahat olmağa ehtiyac yoxdur. Çünki iDRAC-mız var və bununla uzaqdan server yenidən işə sala bilərik. FİNİSH düyməsinə sıxaraq əməliyyata başlayıram.
Yuxarıda sözünü etdiyim xəbərdarlıq bird aha bildirilir. Narahat olmadığıma görə YES düyməsinə sıxaraq davam edirəm.
Əməliyyatın uğurla bitdiyi bildirilir.
Gördüyümüz kimi server söndürülür. Daha sonra serveri işə salıb aşağıdakı bölməyə daxil oluruq.
Bu dəfə isə RAID Configuration bölməsinə daxil oluruq.
İndi isə bizi maraqlı pəncərə qarşıladı. Bunun maraqlı olması bundan ibarətdir ki, biz bir neçə addım bundan öncə mövcud RAID-mizi silmişdik. Amma bizi burada RAID qarşılayır. Narahat olmağa ehtiyac yoxdur. Əgər, məqalənin yuxarı hissələri qayıtsanız və diqqətlə oxusanız, görərsiniz ki, orada qeyd etmişəm ki, bu serverə başqa serverdən çıxartdığım disk(disklər) əlavə etmişəm. Məhz buna görə də bizi bu pəncərədə RAID qarşıladı.Bəs bu nədir? Təklif edirəm ki, növbəti pəncərəyə keçid alaq.
Bu pəncərə isə bizə bundan əvvəlki addımda qarşılaşdığımız sualları cavablandırır. Bir addım əvvəl gördüyümüz RAID Foreign Configuration adlanır. Başqa server üzərində RAID-də olan disk(diskləri) fərqli serverə üzərinə əlavə edərkən. Bu server bunların sazlamarını Foreign Configuration olaraq adlandırır. Biz əlavə olunan disk(diskləri)-in sazlamalarını silirik.
Burada isə hansı RAID qurulumu həyata keçirdəcəyimiz haqqında sual olunuruq. Mən RAID 5 quracam.Bəs RAID 5 nədir?
Əgər, həm sürət, həm də təhlükəsizlik istəyiriksə, bu zaman RAID 5 istifadə edirik. RAID 5 qurulumu üçün ən azı 3 diskə ehtiyac var. Bu qurulumda disklərdən biri xarab olarsa, sistemimiz dayanmadan davam edəcək. Yeni disk alaraq sistemi söndürmədən serverə əlavə edə bilərik. RAID 5-i hesablamaq üçün sadə düsturdan istifadə edə bilərik:
N-1
N- disklərin sayıdır
Yəni 4 ədəd 300 GB-lıq disk götürsək, bu zaman düsturumuz bu cür olar:
N-1=4-1=3
3*300GB= 900 GB
Burada məlumatlara tanış ola bilərik və bizə lazım olan dəyişiklikləri edirik. Mən hər şeyi olduğu kimi saxlayıram və bütün disklərimi seçirəm. Aşağı hissədə görə bilərik.
Son məlumatlarla tanış olduqdan sonra FİNİSH düyməsinə sıxaraq əməliyyatı bitiririk.
YES deyərək, davam etmək istədiyimi bildirirəm.
RAID əməliyyatının uğurla bitdiyi haqqında məlumat alırıq.
Birinci hissəni bitirdik, yəni RAID 5-mizi uğurla qurduq. İndi isə buna Windows Server 2012 ƏS-ni yazaq.
Bunun üçün yenidən Lifecycle Controller-ə daxil oluruq.
Buradan isə OS Deployment bölməsini seçirik. Burada isə bir seçimimiz var.
Deploy OS
Bu seçimi edərək, davam edirik.
Bu bölmədə isə ikinci seçimi seçərək davam edirik. Çünki biz artıq RAID-mizi qurmuşuq.
Burada isə hansı ƏS-ni yazmaq istədiyimizi seçib, irəliləyirik.
Bu ƏS-i üçün drive-ları yerləşdirir.
Burada ƏS-ni necə yazmaq istədiyimizi soruşur, mən BIOS seçib, davam edirəm.
ƏS-nin DVD-ni istəyir. Təmin etdikdən sonra NEXT düyməsinə sıxırıq.
Burada isə FİNİSH düyməsinə sıxaraq, Windows Server 2012 ƏS-ni yazmağa başlayırıq.
Bundan sonra olan addımları qeyd etmirəm, çünki normal Windows Server 2012 ƏS-i yazmaq üçün olan addımlardır.
Dostlar, bu məqalədə çalışdım ki, sizlərə Dell PowerEdge R720 üzərində RAID qurulumu və Windows Server 2012 yazılımı izah edim. Ümid edirəm ki, bacardım.
Dostlar, bu məqaləmizin də sonuna gəldik.
Ümid edirəm ki, yararlı məqalə oldu.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT, MVP