Java Runtime Environment (JRE) quraşdırılması

 Java Runtime Environment (JRE)  nədir?
Java proqramlaşdırma dilində yazılmış proqramların, oyunların, tətbiqlərin browser-də işləməsi üçün əməliyyat sisteminə yazımalı olan proqra təminatıdır. Əgər JRE quraşdırılmazsa, bir çox saytlar sizin browser-də işləməyəcək. Java proqramlaşdırma dilində hazırlanan proqramlara laptoplardan tutmuş böyük data mərkəzlərə, oyun konsollarından tutmuş elmi superkompüterlərə qədər hər yerdə rast gəlinir.

Bəzi dərsliklərimdə göstərdiklərimi təkrarlaya bilməniz üçün əməliyyat sistemində Java Platformasının qurulmuş olması gərəkəcək.

Xüsusi qeyd: Mütləq mütəməadi olaraq Javanın update olunduğunu yoxlayın. 

Şəkil 1. www.java.com saytına daxil oluruq. Free Java Download  düyməsini basırıq.
Java-jre-installation1

Şəkil 2. Açılan səhifədə Agree and Start Free Download düyməsini basırıq. Proqramın yükləndikdən sonra, proqramı işə salırıq.

Java-jre-installation2

Şəkil 3. Proqramın quraşdırılmasının ilk səhifəsində, Java bizi salamlayır. İnstall düyməsini klikləyib davam edirik.

Java-jre-installation3

 

Şəkil 4. Proqram internet üzərindən yüklənir.

Java-jre-installation4

Java-jre-installation5

 

Müvəffəqiyyətlə proqram quraşdırıldı. Java

Java-jre-installation6

 

 

Proqram yazıldıqdan sonra, bizi VERİFY Java Version səhifəsinə yönləndirir ki, quraşdırdığımız Java Runtime Environment in hansı versiyasının yazıldığını öyrənək.

Java-jre-installation7

 

Do you want to run this application? browserdə ilk dəfə java proqram işə düşmək istəyəndə, təhlükəsizlik məqsədi ilə “proqramın işləməsinə istəyirikmi?” deyə bizdən soruşulur. Əgər mənbə etibarlıdırsa, təhlükə hiss olunmursa, Run əmri veririk.

 

Java-jre-installation8

 

Verified Java Version. Ən son Java versiyası quraşdırılıb.

Java-jre-installation9

Javanı Update etmək və yeni versiyanın çıxıb çıxmadığını manual olaraq yoxlamaq üçün Start düyməsini klikləyib, axtarış hissəsinə update yazırıq, yuxarıda Java ikonlu Check for Updates proqramı çıxır. Onu açırıq.

Java-jre-installation-update-java10

 

Update Now düyməsini basırıq.

Java-jre-installation-update-java11

 

Əgər proqram təminatı yenidirsə, You already have the latest Java Platform on this system. mesajını alacaqsınız. Köhnə olsa, yükləmək üçün imkan yaradılacaq.

Java-jre-installation-update-java12

 

 

Ümidvaram faydalı oldu. Uğurlar. Mütləq paylaşın, bunları bilməyən, bacarmayan çox insan var.

 

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərh yazın