Hardware ID ilə driverin istehsalçısını və modelini öyrənmək – PCIDatabase.com

Salam. Bu dərsimdə Hardware ID ilə driverin istehsalçısının adını və modelini öyrənməyin yolunu göstərəcəm. Bəzən elə olur ki, bizə lazım olan driveri yükləmək üçün sayta daxil oluruq və görürük ki, saytda fərqli istehsalçıların təqdim etdiyi 3 cür driver var. Məs: Broadcom, İntel, Atheros. Bəs yaxşı bu halda nə edək? Hansını yükləyək? Nə bilək ki, bizə hansı lazımdır? Bunun üçün Hardware ID-ə görə İstehsalçı və cihaz adını təyin etməliyik.

  1. Start düyməsi üzərində sağ düyməni klikləyin, Manage-i seçin. Computer Management pəncərəsi açılacaq. Sol tərəfdəki menyudan System Tools içində yerləşən Device Manageri seçin üzərinə klikləyərk. Qarşısında Sarı üçbucaq içində nida olan işarə gördüyünüz cihazların driverində problem var.
    device manager
  2. Ethernet Controller üzərində sağ düyməni klikləyib, Properties-ə daxil oluruq. Details tabına keçirik. Details tabına klikləyib, Property siyahısından Hardware İDs seçirik. Value diqqət edin. PCİ\VEN_10EC&DEV_8168&CC_0200
    • VEN_10EC – Bu kod Vendor/Istehsalçını təyin edir.
    • DEV_8168 – Bu kod Device/cihazı təyin edir.
      Bu kodlardan istifadə edib, cihazın istehsalçısını və cihazı təyin edəcəyik.
      Capture
  3. Daxil oluruq http://www.pcidatabase.com/ saytına. Müvafiq olaraq Vendor Search hissəsinə VEN_ qarşısındakı kodu, Device Search hissəsinə isə DEV_ qarşısındakı kodu daxil edib, Search düyməsini basırıq.
    pcidatabase1
  4. Çıxan nəticəyə diqqət edin, axtardığınız cihaz/avadanlığın adı PCİe GBE, istehsalçı Realtek Semiconductor Corp.
    pcidatabase3Beləliklə də driver axtarıb tapanda, bir neçə driver seçimi qarşısında qalsaq, artıq işimiz rahat olacaq çünki biz hansı cihaz/avadanlıq və kimin istehsal etdiyini dəqiq bilmiş oluruq. Eyni cihaz üçün Atheros, broadcom driveri də olsa, realteki yükləyəcəyik. 

 

Səs: +100. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərhlər ( 4 )

  1. Belə dəyərli məlumata görə çox sağ olun.Təşəkkürlər

  2. faydalı məlumatdır təşəkkür edirəm

  3. Dəyər verdiyiniz üçün təşəkkür edirəm. İşinizə yaradısa, nə mutlu mənə 🙂

  4. Mohtewem.. tewekkurler Araz

Şərh yazın