Update nədir? Windows Update necə işləyir?

Salam əziz TechNet.Az izləyicisi. Bu dəfəki məqaləmdə “Update nədir?” sualının cavabını verməyə çalışacağam. El arasında “abnavleniya”, “abdeyt” və s. kimi tanınan, bir çoxlarının çox təhlükəli əməliyyat olduğunu zənn etdiyi bir proqramdan bəhs edəcəm. Update əməliyyatı VACİB əməliyyatdır. Hər kəsin vaxt aşırı UPDATE etməsi vacibdir! Bu məqalədə ƏMƏLİYYAT SİSTEMİNİN Update olunmasından danışacağam. Növbəti dərslərdə, proqramların update olunmasına aid praktiki dərslər təqdim edəcəm.

İnsan odu kəşf edib, alətlər düzəltməyə başladıqdan bu yana inkişafdadır və bu inkişafın indiki dövrdə bizi haralara gətirib çıxardığını hamımız görürük. İnsanın daim mükəmməlliyə can atması hər dəfə əvvəlkindən daha yaxşı ixtiraların, kəşflərin, alətlərin ortaya çıxmasına, əvvəlki versiyalarda olan qüsurların, çatışmazlıqların aradan qalxmasına səbəb olur. İnsan hər hazırladıqdan sonra hər nə qədər mükəmməl zənn etsə də, düzəltdikdən bir müddət sonra həmən şeydə mütləq nəsə bir “əyrilik” tapılır.

Bizim mövzumuz Əməliyyat sisteminin Update edilməsi/yenilənməsidir. İş burasındadır ki, kompüteri “canlandıran” məhz əməliyyat sistemidir. Onu da təbii ki, insan hazırlayıb, proqramlaşdıraraq. Proqram təminatı istifadəyə verildikdən sonra, onu istifadə edib, “qurdalayan” insanlar çoxlu qüsur, əyər-əksik, çatışmazlıq, təhlükəsizlik boşluqları tapırlar.  Bu zaman bu məhsulu istehsal edib satan və lap elə pulsuz açıq qaynaq şəklində istifadəyə verənlər, məhsulda olan bu problemləri ən qısa vaxtda aradan qaldırırlar.

  • Ola bilir ki, proqramlardan hansısa, hər hansı səbəbdən düzgün işləmir. Məs: Proqramla işlədiyiniz zaman proqrama Save əmri verilir proqram əmri icra etmir, donur, öz-özünə bağlanır və s.
  • Əməliyyat Sistemlərində ən böyük təhlükə səbəbi təhlükəsizlik boşluqlarıdır. Hansı ki, istifadəçinin məlumatlarının itməsinə, oğurlanmasına, özünün xəbəri olmadan başqa istifadəçilərin də yoluxdurulmasına və başqalarına ziyan vurmasına səbəb ola bilər. Məhz buna görə də sistem daim yenilənməlidir. İnsanlara məxsus şəxsi informasiyanın başqa şəxslər tərəfindən ələ keçirilməsi böyük problemlərə səbəb ola bilir.

Update əməliyyatının ziyanı ola bilərmi?
Rahatlıqla deyə bilərəm ki, bəzi istisna/fors major hallar çıxmaq şərti ilə bu əməliyyatdan ancaq Pirat proqram təminatı istifadəçiləri “ziyan çəkirlər“. Çünki əgər sistem orijinal deyilsə, lisenziyasızdırsa, update zamanı bu üzə çıxa bilir və istifadəçinin oğurluq proqram təminatı istifadəsində müəyyən çətinliklər, diskomfort yaranır. (məs: müəyyən funksiyalar çalışmır, desktop qara rəngə boyanır). Bu piratçılıq mövzusunu ayrı məqalədə ələ almağa çalışacağam. Çünki Azərbaycanlı istifadəçilər piratçılığa görə dünyada ilk 10luqda yer tuturlar və bunun səbəbi istifadəçilərin sadəcə olaraq bəzi mövzularda məlumatsız olmalarıdır. Məhz buna görə də bu məsələni başqa bir məqalədə ələ alıb ətraflı izah etməyə çalışacağam 🙂

Pirat olmayan, normal proqram təminatından istifadə edən istifadəçilərin də çoxu Update-in vacib əməliyyat olmasına baxmayaraq, müxtəlif səbəblərə görə proseslə ümumiyyətlə tanış deyillər ya da bunu yerinə yetirmək üçün imkanları olmur. Hələlik isə, Update-in yalnız piratlara ziyanlı olma ehtimalını yadımızda saxlayaq 🙂

Yuxarıda sadalanan bütün problemləri zaman-zaman istehsalçılar məhsul üzərində işləyərək aradan qaldırır. Bəs yaxşı, dünyada milyonlarla istifadəçisi olan bu şirkətlər bütün istifadəçilərin bilgisayarında olan bu problemləri aradan necə qaldırır? Məsələn: Microsoft Windows üçün müəyyən müddətdən bir xüsusi Patch adlanan proqram yazır. Bu proqram yüklənib işə salındığı zaman həmən bilgisayardakı əməliyyat sistemində olan problemi “tapır” və aradan qaldırır. Bu proses Windows OS-da Windows Update adlanır. Yeniləmək kimi tərcümə edilir.

Windows Updatedə 3 cür update paket var.

  1. İmportant – Yüklənib, quraşdırılması vacib olan paketlərdir. Təhlükəsizlik və sistemin işləyişi ilə bağlı olan problemləri aradan qaldırmaq üçün hazırlanır. Bu cür update-lər çıxdığı zaman yüklənib, quraşdırılmasını qəti şəkildə tövsiyyə edirəm.
  2. Recommended – Yüklənib quraşdırılması tövsiyyə olunan paketlərdir.
  3. Optional – bu updatelərin yüklənməsi isə bir o qədərə əhəmiyyət daşımayan paketlərdir. İstifadəçi bu paketi haqqında oxuyub lazım bildiyi zaman quraşdıra bilər.

Microsoft müəyyən müddətdən bir updateləri bir Service Pack-da birləşdirib təqdim edir.

Windows Update necə işləyir?
Gəlin hər şeydən əvvəl bayaqdan haqqında bəhs etdiyimiz Windows Update proqramını işə salaq. Bunun üçün:

  1. Start düyməsini klikləyib, Control Panel-ə daxil olub, Windows Update ikonun üzərinə klikləyə bilərik.
  2. Start düyməsini klikləyib, klaviaturada Windows Update yazırıq. Axtarış nəticəsində Windows Update çıxacaq üzərinə klikləyərək proqramı açırıq.

 

Şəkil 1. Windows Update proqramı açıldı.

windows-update

Gəlin indi bu proqramın necə işlədiyini başa düşmək üçün sazlamalarına diqqət edək. Sol tərəfdəki menyuda:

  1.  Check for Updates üzərinə klikləsək, sistem microsofta sorğu göndərib yeniləmə paketinin olub-olmadığını yoxlayacaq.
    • Check for Update əmrini verdikdən sonra, bir azca gözləyirik və bir müddət sonra sistem bizə yeni update paketlərinin serverdə olub-olmadığını deyir. Yuxarıdakı şəkildə cəmi 3 optional update vardı, başqa örnək şəkilə diqqət edin, 20 important, 4 optional update var. Üzərinə klikləyirik.
      install-updates
    • Açılan səhifədən hər şey aydın olur zatən. Updatelər sıralanıb, seçirik. Update paket üzərinə kliklədiyimiz zaman, sağ tərəfdə paketlə bağlı informasiya verilir. Ok düyməsini kliklədikdən sonra isə, update yüklənir bilgisayara, daha sonra isə quraşdırılır. Əgər quraşdırma bitdikdən sonra və ya quraşdırmanın ortasında ehtiyac yaranarsa, sistem restart tələb edir. (Bəzi hallarda müəyyən dəyişikliklər məhz restart zamanı davam edir. Belə olanda, bilgisayarı qətiyyən cərəyandan ayırmayın, söndürməyin. Sisteminiz zədələnə bilər.)select-the-update20-4
  2. Change Settings – Yeniləmələrlə bağlı sazlamara baxmaq ya da dəyişmək üçün klikləyirik.change-update-settings
          • İnstall updates automatically (recommended) – seçilmiş olması məsləhətdir. Bu zaman sistem özü updatelər çıxan kimi internet üzərindən yükləyib daha sonra əməliyyat sisteminə quraşdıracaq. Bir də recommended seçəndə gərək vaxta da fikir verəsən. Yoxsa gecə saat 3 seçir özü. Bu gecə kompüter sönülü olanda işləməyəcək. Ona görə updateni 5-ci günlər saat 5-də qurmaq məsləhətdir. Yəni updatenin nəticəsində problemin yaransa şənbə və bazar günü aradan qaldırmağa vaxtımız olsun.
          • download updates but let me choose whether to install them – bu seçim zamanı ƏS-ə əmr edirik ki, yeni update paketlər çıxdığı zaman, həmən updateləri avtomatik olaraq internet üzərindən bilgisayara yükləsin və bizdən quraşdırmaq üçün icazə istəsin.
          • check for updates but let me choose when to download and install them – bu seçim zamanı ƏS-ə əmr edirik ki, update olub-olmadığını yoxlasın, əgər varsa, sadəcə bizə xəbər etsin. İnternetdən yüklənməsinə eləcə də quraşdırılmasına sonrakı addımda biz qərar verəcəyik.
          • Never check for updates (not recommended) – bu seçimdə isə ƏS ümumiyyətlə updateləri yoxlamır. Qətiyyən tövsiyyə etmirəm bu halı. Bu zaman siz özünüzü risk altına atmış olacaqsınız.
          • Recommended updates – qarşısında quş işarəsi varsa, İmportant(vacib) update-lərlə birlikdə Microsoft bizə Recommended update-lər də gələcək bizə.
          • Who can install updates – Update-ləri kimlərin quraşdıra bilməsini seçə bilirik burdan. Əgər quş işarəsi olarsa, bilgisayarda hesabı olan istənilən istifadəçi Update əmrini verə bilər.
          • Microsoft update – Microsoftun digər məhsulları üçün update-lər olarsa, (məs: Microsoft Office) bizə göndərilsin.İmportant updates – bu bölmədə Vacib olan Update-lərin qurulması ilə bağlı ayarları seçə bilirik. Tarix ayarlarından update-lərin hansı gün(lər) və hansı saatda yüklənməsini seçə bilərik.
          • Software notification – Yeni məhsullar çıxan zaman, bizə bu barədə təfsilatlı məlumat verilsin.

  3. Update History – Burada Əməliyyat Sistemimizə nə zaman və hansı yenilmələrin yazıldığını görə bilərik.view-update-history
    • Installed Updates – linkinin üzərinə kliklədiyimiz zaman, Əməliyyat Sisteminə artıq quraşdırılmış olan Updateləri görə bilərik. Silmək istədiyimiz Update-in üzərində sağ düyməni basırıq. Uninstall düyməsi əmələ gəlir, üzərinə basdığımız zaman Update silinir. Qeyd: Ancaq xüsusi hallarda (bəzən bu cür istisna hallarda updatelər problem yarada bilir linkin üzərinə klikləyin) update silmək lazım olur. Əmin olduqdan sonra, update düzgün seçməklə silə bilərsiniz.installed-updates
    • View Details – Əgər Yenilmələr haqqında daha ətraflı məlumat gərəksə, biz sadəcə sağ düymə ilə yeniləmə üzərində klikləyib, View Details seçirik və açılan pəncərədə həmən yeniləmə haqqında lazım olan bütün məlumatları əldə edirik.update-history-details

Microsoftun update-lərlə bağlı tövsiyyələrindən biri:

İşgüzar mühitdə, işlək serverlərdə, kritik yerlərdə, update-nı sınaq maşınında quraşdırıb test edib sonra işgüzar mühitə tətbiq etmək məsləhətdir.

Bu məqalədə Update nədir? sualının cavabını və Microsoft istehsalı olan əməliyyat sistemlərində bu əməliyyatın necə işlədiyini izah etməyə çalışdım.
Ümid edirəm ki, faydalı olacaq!

Paylaşmağı unutmayın. Bu təhlükəsizliyimizin təmin olunması üçün ən önəmli, ən bəsit və ilk qaydalarındandır. Özünüz öyrəndikdən sonra paxıllıq etmədən dostlarınızla bölüşün bu keçidi.

🙂

Səs: +90. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərhlər ( 2 )

  1. Update-in pis fikir olmasını əslində, “Proqramçı”lar irəli sürür. Çünki onlar original adı ilə Windows quraşdıranda, digər problemlərin çıxmasını istəmirlər. Və bu problemin həlli isə çox zaman reallaşmır. Araz bəy, axı kim 15-20, hətta 30 manata original soft (ƏS) quraşdırar? Avropa və Amerika elektron məhsul mədəniyyəti ayrıdır axı.

    Mövzunu araşdırdığınıza görə Təşəkkürlər!

  2. Araz bəy, çox faydalı məlumatlardır. Bu tip məqalələrin olması həqiqətəndə çox vacibdir. Çünki, insanlar Update-in nə olduğunu bilmirlər və qorxurlar ki, görən nədir bu? Bu nə qədər gülünc səslənsə də, həqiqət budur.
    Əlavə olaraq 2 məqamə əlavə etmək istəyirəm.

    1) Yeniləmələrdən sonra bilgisayarınızı yenidən başladarkən quraşdırılma gedir və % və ya hansı mərhələdə olduğu göstərilir. Bu zaman böyük hərflərlə yazılmış qeydi (SÖNDÜRMƏYİN VƏ YA ELEKTRİKDƏN AYIRMAYIN) nəzərə almasanız, çox cidddi problemlərlə qarşılaşa bilərsiniz. Sonra demeyin ki, UPDATE  eledim, xarab oldu 😉

    2) Yeniləmədən sonra registrdə dəyişikliklər rəqəmlərlə qara ekranda görünür ki, bu da bilməyənləri qorxuya salır. Hər şey qaydasındadır, gözləyin %-lər bitsin, əla olacaq..

    Qeyd: Bu əlavələr bilənlər üçün deyil, bilməyənlər üçündür.. 🙂

Şərh yazın