Bloklanmış Excel səhifəsində istifadəçiyə verilən 13 icazə

Ötən yazılarımdan birində Exceldə istifadəçilərə ancaq müəyyən xanalara məlumat əlavə etmə və ya dəyişmə haqqında yazı yazmışdım. Bu yazımda isə Excel səhifəsində istifadəçilərə bloklanmış səhifədə müəyyən icazələrin verilməsindən danışacam.

1. Excel xanasına blok qoyaq.

blok-excel-sehifesi

Beləliklə, Biz istifadəçilərə hansısa icazə vermədən xananı bütövlükdə bloklamış olduq.

İndi isə bloklanmış işçi səhifəsində istifadəçiyə hansı icazələrin verilə bilinməsinə baxaq. Əvvəlcə onu qeyd edim ki, istifadəyə veriləcək icazələr Review – Protect Sheet menyusunda mövcuddur.

f

1.  Select locked cells – Bloklanmış xanaların seçilməsi icazəsinin verilməsi. Bu icazə verilərsə excel səhifəsində blok olsa da xanalar seçilə bilinir.

2. Select unlocked cells – Bloklan-ma-mış xanaların seçilməsi icazəsinin verilməsi. Bu icazə verilərsə excel səhifəsində blok olmasa da xanalar seçilə bilinir.

3. Format cells – Xanaların formatlanmasına icazə verir. Formatlama dedikdə xana üzərində aparılan dəyişiklik nəzərdə tutulur (rənglənməsi, fontun altından xətt çəkilməsi və s)

4. Format columns – Sütunların formatlanmasına icazə verir. Bu zaman sütunların üzərində hansısa dəyişiklik edilə bilinir.

5. Format rows – Eyni qayda ilə sətrlərə də dəyişiklik edilməsinə icazə verir.

6. Insert hyperlinks – Excel səhifəsində hiperəlaqə əlavə edilməsi üçün icazə verir. Hiperəlaqə həm eyni excel sənədinin başqa səhifələrinə, digər excel sənədinə və ya digər sənədə verilə bilinər.

7. Delete columns – Sütunların silinməsi üçün icazə verir.

8. Delete rows – Sətrlərin silinməsi üçün icazə verir.

9. Sort – Xanaların qruplaşdırılmasına icazə verir.

10. User Autofilter – Xanada filterləmə əməliyyatının aparılmasına icazə verir.

11. Use Pivot Table & Pivot Chart – Pivot cədvəl və qrafiklərdən istidadəy icazə verir.

12. Edit objects – İşçi səhifəsinin üzərində olan obyektlərin dəyişilməsinə icazə verir. Obyektlər həm şəkil, fiqur və s. ola bilər.

13. Edit scenarios – Excel xanasına yazılan ssenarilərin dəyişilməsinə icazə verir. Növbəti yazımda scenarios haqqında yazacağımdan bu barədə çox danışmaq istəmirəm.

Ümid edirəm oxuduqlarınız iş həyatınızda Sizə çox faydalı olacaq.

#BilikPaylashdiqcaArtar

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Nahid Nesirov

Şərh yazın