Exceldə Subtotal funksiyasından istifadə etmək üçün 5 əsas səbəb
Exceldə subtotal funksiyasını yəqin ki, bir çoxlarınız hələ də istifadə etməmisiniz. İnanıram ki, bu məqaləni oxuduqdan sonra növbəti dəfələrdə mütləq istifadə edəcəksiniz. Bunun üçün kifayət qədər səbəb vardır. Bu səbəbləri qeyd etməmişdən öncə istəyirəm ki, ilkin olaraq bu funkisyanın nə kimi işə yaradığına baxaq.
Subtotal funksiyası aralıq cəmləri göstərən bir funksiyadır. Belə ki, əgər Siz Sum funksiyasından istifadə edib filter verərsəniz, xanalardan hansısa birini gizlətsəniz yeni əvvəlki dəyəri göstərəcəkdir. Məsələni daha da sadələşdirmək üçün misallara baxaq.
Fərz edək ki, 3 adda (a,b,c) məhsul və saylarından ibarət bir cədvəl verilmişdir. Bu cədvəlin yekununda Sum və Subtotal funksiyasından istifadə etməklə onların cəmlərini tapaq.
Yuxarıdakı şəkildə B14 xanasına =SUBTOTAL(9;B2:B10) düsturunu yazılmışdır. Sual verə bilərsiniz ki, düsturun birinci hissəsində olan 9 rəqəmi nəyi ifadə edir. Şəkildən göründüyü kimi funksiyanın sintaksisini yazarkən açılan pəncərədə çıxan təkliflərdə bir neçə düstur verilmişdir. (Bu rəqəmləri özündə əks etdirən cədvəl aşağıda qeyd hissəsində verilmişdir) Seçilən xanaların ədədi ortasını tapmaq üçün Average düsturundan istifadə edilərsə 1 seçilməlidir. Yuxarıdakı misalda biz cəmi tapdığımızdan 9 rəqəmindən istifadə etmişik. Düsturda “;” işarəsindən sonra qeyd edilən B2:B10 isə hansı xanaları cəmlədiyimizi ifadə edir.
Yuxarıda biz Subtotal düsturundan necə istifadə edə bilməyimiz barədə məlumat verdik. İndi isə keçək bu düsturdan istifadə etməyimiz üçün 5 əsas səbəbə.
1. Xanaların filter edildiyi zaman göstərilən xanaların dəyərlərinin Subtotal düstutu vasitəsi ilə cəmlənməsinin mümkün olması. Bizim misalda əgər biz “a” məhsulunu seçəriksə Sum düsturu ilə hesabladığımız xananın dəyəri dəyişməyəcək, Subtotal düsturu ilə yazdığımız xananın dəyəri dəyişəcəkdir.
2. Gizlədilən xananın dəyərini nəzərə almamaq üçün. Bizim misalda biz bir sətri gizlədəriksə bu xananın dəyəri düsturda nəzərə alınmayacaqdır. Aşağıda şəkildə 6 cı sətir gizlədilmişdir. Bu xananın dəyəri (4) diqqətə alınmamışdır. Gizlədiləm xananın dəyərinin diqqətə alınmaması üçün düsturda 9 rəqəmi əvəzində 109 yazmaq lazımdır. Bundan əlavə digər düsturlarda da analoji qayda tətbiq edilir. (Məsələn, gizlədilən xanalardan başqa digər xanaların ədədi ortasını tapmaq üçün 1 rəqəmi əvəzinə 101 yazılır) =SUBTOTAL(109;B2:B10)
3. Dinamik olaraq məlumatları cəmləmək üçün. Yuxarıda göstərildiyi kimi məlumatları dəyişməklə məlumatların avtomatik cəmlənməsi baş verəcəkdir.
4. Subtotal düsturu daha əvvəl subtotal düsturunun özü ilə cəmlənmiş alt cəmləri diqqətə almır.
Bizim misalda hər məhsulun cəmi və yekun cəm yazılmışdır. Əgər diqqət etsəniz görərsiniz ki, sum funksiyası subtotalla cəmlənmiş xanaların dəyərini diqqətə almış, subtotal menyusu isə nəzərə almamışdır
5. Subtotal menyusundan istifadə edərək bu işləri daha asan yerinə yetirmək üçün DATA menyusunda yerləşən Subtotal alt menyusundan istifadə etməklə işlərinizi daha da asanlaşdıra bilərsiniz.
Qeyd. Aşağıda subtotal funksiyası zamanı istifadə edilən düsturların rəqəm qarşılığını özündə əks etdirən cədvəl göstərilmişdir
Ümid edirəm Sizə faydalı olacaq
#BilikPaylaşdıqcaArtar
Şərhlər ( 3 )
Biliklərinizi bizimlə paylaşdığınız üçün təşəkkürlər
Nahid bəy,
Gözəl məqalədir. Zehninizə qüvvət. Təşəkkürlər.
Hər birinizə təşəkkür edirəm. Bilik paylaşımı bir sədəqədir.