Kompüteri jestlərlə necə idarə etməli? — Gələcəyin layihəsi
Daniel Rapp adlı İT mütəxəssis kompüteri jestlər vasitəsilə idarə etmək üçün xüsusi bir prototip hazırlayıb. Hələlik bu sadəcə brauzerdə skrollinqdir.
Çox güman ki, əgər siz Dopler effekti haqqında eşitmişinizsə, onda bu “Böyük partlayış teoriyası“nda olmuşdu, Şeldonun Hellouin bayramına bu effekti əks etdirən paltar geyindiyində.
“Doplerin Effekti — bu əsas mənbənin və ya qəbuledicinin hərəkəti ilə bağlı olan dalğaların uzunluğunun dəyişilməsidir, bizim halımızda səslərin”.
Dopler effektinin ən asan izahı üçün sizə yaxınlaşan maşın sirenasının dəyişkən səsini yada salın. Sizə doğru hərəkət edərkən, siz tədricən daha yüksək səs eşitməyə başlayırsınız, ammao sizin yanınızdan keçərək uzaqlaşdırda səsin səviyyəsi yavaş-yavaş enir, siz artıq onu görməyəndə isə səs birazda aşağı düşür.
Sirenanın bir dalğa boyunca verdiyi səsə rəğmən, nəyə görə biz səsi müxtəlif səviyyələrdə eşidirik? Bu ona görə belə baş verir ki, səs hərəkət edir, səs dalğaları sizə yaxınlaşdıqca azalır, əksinə uzaqlaşdıqca isə bir qədər uzanır. Nəqədər ki, səs dalğaları qısadırsa, o qədər də səs yüksəkdir. — bu da Dopler effekti adlanır.
Daniel Rapp Dopler effektini praktikada yoxlamaöı bacardı. O, səsi insan qulağının eşitmədiyi 20 kHZ tezlikdə buraxaraq təyin etdi ki, səs divarlardan əks olunaraq və ya başqa maneələrlə qarşılaşaraq öz sinusoid tezliyini dəyişir. Bu da Rappın proqramının özəyi oldu.
Öz kompüterinizdə bu proqramı yoxlamaq üçün sizə Chrome brauzeri lazım olacaqdır. Bu ünvana keçərək bir qədər aşağı enin və “Press to see the effect of a 20 kHz tone, after it has bounced around the room” düyməsinə klikləyin. Bununla, mikrofonunuzun istifadəsinə icazə vermiş olursunuz. Daha sonra praktikaya başlamaq üçün bir qədər də aşağı enərək “Start hands-free scrolling” düyməsinə basın. Beləliklə, siz noutbukunuzun ekranın yanından əllərinizlə keçərək və ya əllərinizlə “alqışlayaraq” görə bilərsiniz ki, səhifə necə də yuxarı-aşağı hərəkət edir. — burada sübut olunur ki, sizin jestləriniz kompüter vasitəsilə qəbul olunur.
Bu sizin əlinizin səs dalğalarının dəyişməsi ilə baş verir, proqram kodunun alqoritmi isə bunu skrollinqə çevirir. Rappın səhifəsinin aşağısında həmçinin eyni ilə bu cür işləyən termenvoksda oynamaq olar,
Hazırda bu sadəcə prototipdir, amma gələcəkdə düzgün aparılacaq eksperimentlər nəticəsində, hər bir səhhəfəyə, müxtəlif brauzerlərdə bu proqramı tətbiq etmək olacaq. Şübhəsiz ki, Rapp bu layihənin istifadəsinə görə heç bir pul götürmək marağı yoxdur, o, hətta proqram kodunun daha yaxşı istifadəsi və modernləşdirilməsi üçün pulsuz, onu açıq istifadəyə buraxıb.
Şərhlər ( 2 )
Salam Mirzə bəy. Bilgi üçün təşəkkür edirəm )
Xoşdur, başqa məqalələrimi burada və saytımda oxuya bilərsiniz.