Oracle 11g R2 qurulması və bazanın yaradılması
Bu məqaləmizdə Sizlərə Windows 7 əməliyyat sistemi üzərində Oracle 11g R2 qurulması və bazanın yaradılması barədə məlumat verəcəyik. Oracle 11g R2 qurulması üçün lazım olan faylları http://www.oracle.com/technetwork/database/enterprise-edition/downloads/index-092322.html ünvanından yükləyə bilərsiniz. Faylı yüklədikdən sonra arxivi genişləndirib Setup faylını işə salırıq. Bu zaman quruluma başlayırıq. Prosesə başlamazdan əvvəl Windows Firewall-u bağlamaq və ya prosesin gedişində rastlaşılan sualları təsdiqləmək lazımdır.
Configure Security Updates pəncərəsində təhlükəsizliklə bağlı yenilənmələr barədə məlumat almaq üçün elektron poçtun daxil edilməsi tələb edilir. Bu sahəni boş qoyaraq davam edirik.
Məlumatları daxil etmədiyimiz üçün aşağıdakı xəbərdarlıq ekranda əks olunur. Yes edərək davam edirik.
İnstallation Option pəncərəsində qurulum növlərindən biri seçilməlidir. Create and configure a database – Oracle verilənlər bazası proqram təminatının qurulması, bazanın yaradılması və sazlanması, İnstall database software only – yalnız Oracle verilənlər bazası idarəetmə sistemi üçün proqram təminatının qurulması, Upgrade an existing database – İstifadə olunan verilənlər bazasının daha yuxarı versiyaya yüksəldilməsi üçündür.
System class bölməsində Desktop Class fərdi kompüterlər üçün nəzərdə tutulur. Server Class serverlər üzərində Oracle qurulması və daha geniş tənzimləmərlərin aparılması məqsədləri üçün istifadə edilir.
Grid İnstallation Options bölməsində Single instance database installation tək serverdən ibarət bazanın istifadəsi zamanı seçilir, klaster istifadə etmək üçün Real Application Clusters database installation seçim edilir. Lakin klaster üçün əlavə tənzimlənmələrə ehtiyac var.
İnstall type bölməsində minimal təmzimləmələrlə oracle qurmaq üçün Typical install, qurulum zamanı daha geniş sazlanmaların aparılması üçün Advanced install seçmək lazımdır.
Product language bölməsində English seçimi ilə davam edirik.
Database Edition bölməsində bizə lazım olan seçimi təsdiqləyirik. Bütün funskionallıqlar Enterprise editionda olduğu üçün biz onu seçib davam edəcəyik. Lakin real istifadə zamanı nəzərə almalısınız ki, müəyyən funksionallıqların istifadəsi lisenziya şərtlərində müəyyən edilir və bəzi hallarda lisenziya qiymətinə təsir edir.
İnstallation Location bölməsində proqram fayllarının yerləşəcəyi ünvan müəyyənləşdirilir.
Configuration Type bölməsində General Purpose / Transaction Processing seçərək davam edirik.
Database indentifiers bölməsində istədiyimiz adı verə bilərik. Lakin indiki halda biz olduğu kimi saxlayıb davam edirik.
Configuration Options bölməsində Memory pəncərəsi Oracle istifadə edə biləcəyi əməli yaddaşla bağlı sazlanmalar üçündür. Enable Automatic Memory Management seçimi təsdiq edildikdə Oracle üçün ayrılmış əməli yaddaşın SGA və PGA arasında bölüşdürülməsi avtomatik müəyyən edilir. Aşağıdakı şəkildən göründüyü kimi kompüterdə olan əməli yaddaşın 40%-i Oracle üçün ayrılır. Bu parametr üzərində sonradan da dəyişiklik aparmaq mümkündür.
Character sets pəncərəsində Use Unicode seçib davam edirik. Security və Sample Schemas pəncərələrindəki sazlanmaları olduğu kimi saxlayaraq davam edirik.
Management Options bölməsində Use Database Control for database management seçərək davam edirik.
Database Storage bölməsində File System seçirik və istifadə olunacaq fiziki faylların (data fayl, redo fayl) saxlanacağı yeri müəyyən edirik. Automatic Storage Management (ASM) istifadə etmək bizə bir sıra üstünlüklər və əlavə imkanlar yaradır. (disk etibarlılığının Oracle üzərində aparılması imkanı, Disklər arasında balanslaşdırma, faylların adlandırılmasının sistem tərəfindən aparılması və s.) ASM haqqında daha sonrakı məqalələrimizdə daha ətraflı məlumat verəcəyik.
Backup and Recovery bölməsində Do not enable automated backups seçərək davam edirik.(Növbəti məqalələrdə backup və recovery metodları və növləri barədə məlumat verəcəyik)
Schema Passwords bölməsində bütün schemalar üçün eyni şifrə təyin edirik. Şifrə böyük-kiçik hərf və rəqəmlərdən istifadə edilməlidir.
Prerequisite Checks bölməsində lazımı tələblər yoxlanılır. Summary bölməsində prosesin əvvəlindən etibarən müəyyən edilmiş sazlanmalar ekranda əks olunur. Finish düyməsini tıklayaraq qurulumu başlada bilərik.
Proses bazanın yaradılması ilə davam edir. Bu bölmədə heç bir müdaxilə etmirik.
Prosesin tam yekunlaşdığına dair ekranda məlumat əks olunduqdan sonra məlumatla tanış olub pəncərələri bağlaya bilərik.
Bununla da Oracle 11g R2 qurulumu və bazanın yaradılması tamamlanır. Növbəti məqalələrimizdə müxtəlif əməliyyatlar barədə məlumat verəcəyik.
Şərhlər ( 4 )
Maraqlı və gözəl mövzuya görə Təşəkkür edirəm sizə Kənan bəy.Ardı gəlsin İNŞALLAH!
Çox sağ olun. İnşAllah davamı gələcək.
Oracle database 11g R2 qurulumu üçün tələb olunan faylların tamlığı pozulub. Zəhmət olmasa rəsmi saytdan endirib yenidən yoxlayın.