Macroyla xanalara textboxdakı məlumatları əlavə etmə
Ötən yazımda Sizə Exceldə macrolarla işləməyə başlamaq üçün tələb olunan 3 addım barədə yazmışdım. Bu və növbəti yazılarımda çalışacam macroyla hazırlanacaq praktik həllər Sizə göstərim.
Bu yazımda Exceldə müəyyən xanalarına textboxdakı məlumatları Excel sənədinə necə əlavə edə biləcəyimiz barədə olacaq. Bunun üçün bir Excel sənədi açın və Developer menyusunda yerləşən Controls adlı qrupun tərkibində olan INSERT düyməsinə tıklayın. Açılan pəncərədən ActiveX Controlsdan Textbox komponentini seçin və Excel sənədində istədiyiniz yerə əlavə edin.
Eyni qayda ilə ikinci textboxu əlavə edin qarşılarına Adı və Soyadı Sözlərini əlavə edin
Bundan sonra INSERT menyusunundan bir button sənədə əlavə edin.
Əlavə etdiyiniz buttonun üzərində gələrək Sağ düyməni tıklayaraq Properties seçimini edin (Və ya Developer menyusunda mövcud olan Properties düyməsinə tıklayın). Caption hissəsinə gələrək Buttonun adını dəyişb Elave et qoyun.
Beləliklə biz Excel sənədinə iki textbox və bir button əlavə etdik.
İndi isə keçək əlavə et düyməsinə kod yazmaqla textboxa yazılan adları A sütutuna, Soyadları isə B sütunua əlavə etməyə. Bunun üçün Elave et düyməsinin üzərinə iki dəfə tıklayın.
Qarşınıza aşağıdakı şəkildəki kimi bir ekran çıxacaq.
Başlayaq öz qaydalarımıza uyğun kodları açılan pəncərəyə əlavə etməyə . Bunun üçün alqortimimiz aşağıdakı kimi olacaq.
1. Hansı sütununa textboxdakı sözləri yazacağımız müəyyən edilir. Bizim misalda bu A və B sütunlarıdır
2. Həmin sütunda növbəti boş olan sətirin nömrəsi tapılır.
3. Boş olan sətrlərin A və B sütunları ilə kəsişən xanalarına müvafiq sözlər əlavə edilir.
İndi isə yuxarıdakı alqoritmi kodlarla ifadə edirəm.
1. A sütununda boş olan növbəti boş sətri tapırıq.
Dim boshSetr boshSetr = WorksheetFunction.CountA(Range("A:A")) + 1
2. Boş sətrdə mövcud olan birinci xanaya TextBox1dəki mətni əlavə edirik.
Cells(boshSetr, 1).Value = TextBox1.Text
3. Boş sətrdə mövcud olan ikinci xanaya TextBox2dəki mətni əlavə edirik.
Cells(boshSetr, 2).Value = TextBox2.Text
4. Ekrana “Elave edildi” mesajını çıxardırıq.
MsgBox "Elave edildi"
Yuxarıda ayrı ayrı qeyd etdiklərimi aşağıda birlikdə yazıram ki, rahat şəkildə copy/paste edib öz sənədinizə əlavə edə biləsiniz.
Dim boshSetr boshSetr = WorksheetFunction.CountA(Range("A:A")) + 1 Cells(boshSetr, 1).Value = TextBox1.Text Cells(boshSetr, 2).Value = TextBox2.Text MsgBox "Elave edildi"
Beləliklə biz açıq olan ekranı yadda saxlayaraq Excel sənədinə keçək yazdığımız kodları test edək. TextBox1e Nahid, TextBox2ye Nesirov sozlerini yazaraq Elave et duymesine tiklayaq. Əgər, kodlarda bir yalnışlığa yol verməmisinizsə yazdığınız ilk macro müvəfəqqiyətlə işləyəcək.
Sənədi yadda saxlayarkən Save As Macro Enabled Workbook etmək yadınızdan çıxmasın. Əks halda yazdığınız kodlar itəcəkdir.
Faydalı olması diləyi ilə,
Nahid Nəsirov
#BilikPaylaşdıqcaArtar
Şərhlər ( 3 )
Məqaləyə görə təşəkkürlər, Nahid bəy.
Təşəkkür edirəm, buyurun
Təşəkkürlər Nahid bəy, davamını gözləyirik