Domain adın dəyişdirilməsi (Active Directory)

Salam Dostlar, bir çox insanlar domain adın dəyişdirilməsi haqqında maraqlanırdılar. İstər dərs dediyim tələbələr olsun, istər facebook üzərindən olsun buna aid bir çox suallar verirdilər. Buna görə də qərara aldım ki, domain adın dəyişdirilməsinə aid məqalə yazım. Domain adın dəyişdirilməsi nədir? Bizim nümunədə forest2.local adlı domainimiz var, daha sonra bəzi səbəblərdən bu adı dəyişib Technet.Az etmək istəyirik. Amma nəzərə alın ki, domain adın dəyişdirilməsinin bir çox fəsadları ola bilər. Ona görə də zəruriyyət olmadıqca, domain adı dəyişdirməyin. Maksimum dərəcədə bundan qaçın. Nümunə üçün aşağıdakı kimi fəsadları ola bilər:

Domain adın dəyişdirilməsi Exchange Server 2003 SP1 tərəfindən dəstəklənməyinə baxmayaraq, amma Exchange Server 2007/2010 tərəfindən dəstəklənmir. Hətta bəzi mənbələrdə Exchange Server 2013 tərəfindən də dəstəklənmədiyi haqqında məlumat verilir.

Bəzi digər biznes tipli proqramlar ola bilər ki, onlar da domain adın dəyişdirilməsini dəstəkləməsinlər. Bunu mütləq proqramı yazan şirkətlə dəqiqləşdirmək lazımdır.

Bundan başqa bəzi yerlərdə deyilir ki, domainə qoşulu olan kompüterləri bir neçə dəfə yenidən başlatdıqdan sonra özü avtomatik yeni domain adı tapacaq. Amma çox vaxt bu həll yolu olmur, siz köhnə domaindən kompüterləri çıxardıb, yeni domainə yenidən üzv etməli olursunuz.

Mən əsas bir neçə əks təsirlərə toxundum. Daha ətraflı məlumat almaq üçün Microsoftun rəsmi səhifəsinə müraciət edə bilərsiniz:

https://technet.microsoft.com/en-us/library/cc738208(v=ws.10).aspx

 

Yuxarıda da dediyim kimi bizim mövcud domainimiz forest2.local –dır.

1

2

 

İlk öncə DNS üzərində nəzərdə tutduğumuz domain ad üçün yeni zona düzəldirik. Zonanın quraşdırılması addımlarını yazmayacam. Bunu aşağıdakı məqalədən oxuya bilərsiniz:

DNS Qurulumu

3

DNS üzərində zonamısı qurduqdan sonra CMD açıb, orada aşağıdakı əmri icra edirik.

rendom /list

Bu əmrdən sonra Administrator istifadəçisinin qovluqları arasında Domainlist.xml faylı əmələ gəlir. Bu faylda forestin tənzimləmələri haqqında məlumat yerləşir.

4

5

Daha sonra bu faylı Notepad ilə açırıq.

6

Fayl açıldıqdan sonra yuxarıdakı şəkildə mövcud domain adımızı görürük.

İşarələdiyimiz yeri yeni domain adımızla dəyişirik. Dəyişiklikdən sonra Domainlist.xml faylı aşağıdakı kimi olur.

7

Dəyişikliklərdən sonra bu faylı yaddaşa verib, yenidən CMD-ni açırıq və CMD üzərində aşağıdakı əmri icra edirik.

rendom /showforest

Bu əmr ilə etdiyimiz dəyişiklikləri görə bilərik, amma nəzərə alın ki, hələ etdiyimiz dəyişikliklər tətbiq olunmayıb.

8

İndi isə bu dəyişiklikləri Active Directory-ya yükləyək. Buna görə

rendom /upload

əmrini icra edirik.

9

İndi isə forestimizdə olan DC`ləri domain ad dəyişikliyi üçün hazırlamalıyıq.

Bu əmri yazaraq davam edirik:

rendom /prepare

10

DC`lər uğurla hazırlandıqdan sonra artıq domain ad dəyişikliyini həyata keçirdə bilərik.

rendom /execute

11

Bu əməliyyatdan sonra hər bir şey uğurla bitibsə, DC avtomatik yenidən başlayacaq.

12

DC açıldıqdan sonra artıq DC`yə yeni domain adla daxil oluruq.

13

Domain ad dəyişikliyinin Group Policy keçidlərinə də tətbiq olunması üçün aşağıdakı əmrləri icra edirik:

gpfixup /olddns:köhnə domain ad /newdns:yeni domain ad

gpfixup /oldnb:köhnə DC ad /newnb:yeni domain ad

14

15

Köhnə domain ada aid məlumatların silinib və yeni domain ad dəyişikliyinin tamamlanması üçün aşağıdakı əmrləri icra etmək lazımdır:

rendom /clean

rendom /end

16

17

Bu addımlar bitdikdən sonra əgər, DC-nin FQDN hissəsinə nəzər salsaq, görərik ki, orada hələ də köhnə domain addır. Bunları dəyişdirmək üçün aşağıdakıları icra edirik:

netdom computername:köhnə DC FQDN /add: yeni DC FQDN

netdom computername:köhnə DC FQDN /makeprimary: yeni DC FQDN

Axrıncı əmrdən sonra DC bir daha yenidən başlayacaq.

18

19

DC açıldıqdan sonra isə bu əmr ilə köhnə DNS suffix`a aid məlumatları tamamilə silirik:

netdom computername:yeni DC FQDN /remove: köhnə DC FQDN

20

Bütün bu dəyişikləri etdikdən sonra bird aha DC`nin FQDN`nə, DNS-ə və Active Directory`ya nəzər salırıq. Nəticədə görürük ki, domain adı dəyşikliyi baş tutmuşdur.

21

22

23

Dostlar, məqalənin əvvəlində də dediyim kimi bu əməliyyatları zəruriyyət olmadıqca, həyata keçirməyin. Əgər, həyata keçirməyi qərara aldınızsa, mütləq yuxarıda sadaladıqlarıma diqqət edin və yerləşdirdiyim keçiddən daha ətraflı məlumat əldə etməyə çalışın.

Dostlar, bu məqaləmizin də sonuna gəldik.

Ümid edirəm ki, yararlı məqalə oldu.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT, MVP

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 2 )

  1. Fərhad bəy, təşəkkürlər. Zehninə qüvvət.

  2. Əhsən qardaş. Gözəl və yararlı bir  məqalə

Şərh yazın