Active Directory Trust və Migration (2-ci hissə)
Salam Dostlar, məqalənin 1-ci hissəsində iki fərqli domain arasında forest trust qurmuşduq. İndi isə domainlərimizi miqrasiya üçün hazırlamalıyıq. Bunun üçün ilk öncə mənbə domain üzərində ADMT adlı istifadəçi açırıq. Sonra bu istifadəçini course.local domain üzərində Domain Admins qrupuna üzv edirik. Daha sonra isə bu istifadəçini training.local üzərində Administrators qrupuna üzv edirik.
Birinci məqalədə ADMT adlı server hazırlamışdıq. İndi isə bu server üzərində ADMT üçün bəzi hazırlıqları etməliyik. ADMT adlı serverə ADMT istifadəçisi ilə daxil oluruq.
İlk öncə SQL Express yükləyirik.
Aşağıdakı keçiddən SQL Express yükləyə bilərsiniz:
Yuxarıdakı şəkildə işarəli hissəni seçib, davam edirik.
Bütün bunları “NEXT” deyib, keçirik.
Növbəti pəncərədə isə “Database Engine Services” seçirik.
Növbəti pəncərədə isə aşağıdakı seçimləri edirik.
Digər pəncərədə isə açdığımız ADMT adlı istifadəçini göstəririk.
“NEXT” düyməsinə sıxıb, davam edirik.
Aşağıdakı pəncərədə isə “Add Current User” düyməsinə sıxıb.
Növbəti pəncərədə isə “Install” düyməsinə sıxırıq və nəticənin müsbət olub, olmadığını izləyə bilirik.
Bu sazlamaları bitirdikdən sonra isə aşağıdakə keçidə daxil olub, Active Directory Migration Tool 3.2 yükləyə bilərsiniz:
ADMT 3.2 yüklədikdən sonra qururuq.
Növbəti pəncərədə şərtləri qəbul etdiyimizi bildirib, davam edirik.
Sonra isə CEIP proqramına qoşulmaq istəyib, istəməməyimizi bildiririk.
Sonra SQL Express qurduğumuz serverin adını və SQLEXPRESS yazırıq. Aşağıdakı nümunəyə baxa bilərsiniz.
Əgər, import etmək istədiyimiz məlumat varsa, ikinci seçimi edirik. Mən Default olan seçimi seçirəm.
Bunları bitirdikdən sonra “FINISH” düyməsinə sıxırıq.
Daha sonra isə ADMT istifadəçisini ADMT serverinin Local Administrators qrupuna əlavə edirik.
Daha sonra Active Directory Migration Tool`u açırıq. Qurulmanın problemsiz bitdiyini təsdiq edirik.
Artıq mühitimizi də miqrasiya üçün hazırladıq. Növbəti məqalədə isə miqrasiyanın necə olacağı haqqında danışacağıq.
Dostlar, bu məqaləmizin də sonuna gəldik.
Ümid edirəm ki, yararlı məqalə oldu.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT, MVP
Şərhlər ( 2 )
Fərhad müəllim salam, məqələyə görə çox sağolun, bir iki sualım olacaq, burda ADMT server kimi server 2012 istifadə eləsək onda migration tool yukləməyə ehtiyac varmı?
Salam Ramil bəy,
Bu keçiddə ADMT haqqında daha ətraflı yazılıb:
https://technet.microsoft.com/en-us/library/active-directory-migration-tool-versions-and-supported-environments(v=ws.10).aspx
Mənim istifadə etdiyim versiyanı Server 2012 ilə istifadə etmək mümkün olmadı.