VMware ESXi 6.0 – yüklənməsi və ilkin sazlamalar

Salam dostlar bu məqalə VMware-in yeni məhsulu olan ESXi 6.0-ın yüklənməsi, yeni imkanları haqqında olacaq. ESXi 6.0 2 fevral 2015 tarixində beta versiyasını çıxartdı, 12 martda 2015 tarixində isə release oldu. ESXi 6.0-da hansı dəyişikliklərin olduğuna baxaq.

vSphere-6.0-Configuration-Maximums

ESXi 6.0 yükləmək üçün vmware.com saytdından qeydiyyatdan keçib ESXi və vSphere-ni endirəbilərsiniz. vSphere-ni sonrakı məqaləmizdə istifadə edəcəyik.

vmware_download

Endirdiyimiz iso faylını diskə yazıb yükləməyə başlayırıq.

esxi_6-0_1

esxi_6-0_2 esxi_6-0_3

Enter seçib davam edirik.

esxi_6-0_4

F11 basaraq lisenziya razılaşmasını qəbul edirik.

esxi_6-0_5

Yüklənəcək olan diski seçirik. Mən vmware workstation üzərinə qurduğuma görə Vmware Virtual görünür. Əgər bir neçə diskiniz varsa burada bütün diskləriniz görünəcəkdir. Enter seçib davam edirik.

esxi_6-0_6

Klaviaturanın dilini seçib davam edirik. US default seçməyiniz məsləhətdir.

esxi_6-0_7

Default olaraq ESXi-ın istifadəçi adı root-dur. Parolu yazıb enter seçib davam edirik. Kompleks parol qoyulmalıdır.

esxi_6-0_8

Yükləmənin başlaması üçün F11 seçirik və yükləmə başlanır.  10 dəqiqəyə yaxın bir zamanda yükləmə tamamlanır.

esxi_6-0_9

Diski çıxardıb Enter seçərək yükləməni tamamlayırıq və sistem reboot olur

esxi_6-0_10

Sistem yenidən başladıqdan sonra yüklədiyimiz ESXi-ın versiyası, serverimizin parametrləri və ip adresləri görünəcək. F2 ilə sistemə aid dəyişiklikləri edəbilərsiniz. F12 ilə Shutdown və Restart edəbilərsiniz.

esxi_6-0_11

F2 seçib parolumuzu daxil edirik və Ipv4, Ipv6, DNS, hostname, DNS suffix və vlan ayarlamalarına başlayaq.

İlk öncə şəbəkə ayarları üçün Configure Management Network seçirik.

esxi_6-0_12

esxi_6-0_13

Burada şəbəkə kartlarını connect/disconnect edəbilərik.

esxi_6-0_13_1

Vlan dəyişikliklərini buradan dəyişəbilərsiniz.

 esxi_6-0_14

İp dəyişiklikləri üçün Ipv4 Configuration seçirik. Defaultda DHCP dən ip alır. Sabit ip vermək üçün bura ip-ni, mask adresini və default gateway-i yazırıq.

esxi_6-0_15

Ipv6-nı istifadə edilməyəcəksə Disable Ipv6 seçmək lazımdır.

esxi_6-0_16 

Hostname və DNS-ləri DNS Configuration seçib daxil edəbilərsiniz.

esxi_6-0_17

System Customization-dan çıxarkən aşağıdakı kimi bizə dəyişikliləri yadda saxlaması üçün Y (Yes) seçirik.

esxi_6-0_18_1

Bu məqlənin sonuna gəldik növbəti məqalədə vSphere-nin yüklənməsinə və sazlanması haqqında olacaq.

Səs: +70. Bəyənilsin Zəifdir

Müəllif: Sərxan Şərifov

Şərhlər ( 4 )

  1. Əməyiniz və dəyərli məqalələriniz üçün təşəkkürlər

  2. Əla. Təşəkkürlər Sərxan bəy. Davamını gözləyirik…

  3. Chox lazimli melumatlardir.Davamini gozleyirik vCenter ile elaqedar bele bir yazi olsa, cox gozel olar

  4. Tesekkur edirem devami olsa yaxsi olar

Şərh yazın