10-Strike Network Inventory Software nədir?
Salam əziz dostlar bu məqalədə mən sizə 10-Strike: Network Inventory Software haqqında danışacağam.
Bəzən elə hallarla rastlaşırıq ki, şəbəkəyə qoşulu olan, idarə etdiyimiz kompyüterlər haqqında ətraflı məlumat (texniki göstəriciləri, qoşulu olan periferiya qurğuları, yüklənmiş olan əməliyyat sistemi, proqram və lisenziyaları) bizə gərəkli olur. Əgər şəbəkədə çox az kompyüter olduqda bu çox asan iş olduğuna baxmayaraq kompyüterlərin sayı artdıqca bu məsələ getdikcə çətinləşən bir hala dönür. Bu zaman bizim köməyimizə 10-Strike: Network Inventory Software çata bilər. Bu proqramla məlumatların yığa bilər, hesabat çıxarda və lazım gəldikdə kənar məlumat bazalarına yükləyə bilərik. Bu proqramın ən üstün cəhətlərindən biri odurki işləməsi üçün istifadəçiyə heç bir proqram təminatının yüklənməsinə ehtiyac duyulmur. Məlumatın yığılması üçün WMI istifadə edilir.
Bu proqramın aşağıdakı funksiyaları vardır:
1. Texniki göstəricilərin inventarlaşdırılması və mühasibatı
prosessor
ana plata
disklər
optik qurğular
əməli yaddaş
videokart
şəbəkə qurğuları, tənzimləmələri və protokolları
printer
bios
USB Flash disklər
IDE- kontrollerler və s.
2. Proqram təminatının inventarlaşdırılması və mühasibatı
əməliyyat sisteminin versiyası
yenilənmələr və patch-lar(yamaqlar)
avtomatik icra etmə proqramları (Startup)
yüklənmiş proqramlar
istifadəçi adları və qrupları
Hal-hazırkı qoşulu olan istifadəçi
drayverlər və servislər və s
3. Çöx incəliklərinə qədər idarə edə biləcəyimiz filtr köməkliyi ilə hesabatın çıxarılması:
4. Məlumatların kənar məlumat bazasına yüklənməsi. Aşağıdakı məlumat bazalarını dəstəkləyir.
MS Access
MS SQL
PostgreSQL
MySQL
Linter 6.1
5. Şəbəkədə olan hər hansı bir kompyüterdə baş verən dəyişiklər barəsində administratoru e-mail, ekranda çıxan məlumat və səsli xəbərdarlıq edə bilir.
Daha ətraflı informasiya almaq üçün proqramın rəsmi saytından məlumat ala bilərsiniz:
http://10-strike.com/networkinventoryexplorer/
Ümid edirəmki proqram xoşunuza gələr. Suallarınızı və təkliflərinizi gözləyirəm.
Şərhlər ( 7 )
Təşəkkürlər əladı
Fiziki inventar proqramları haqda bir məqalə ya informasiya verən olsaydı gözəl olardı
Ağa Hüseynov fiziki invertar dedikde əgər kompyüterin fiziki qurğuları haqqında məlumatı nəzərdə tutursunuzsa bu proqram bunu edə bilir yada sizin nəzərdə tutduğunuz fiziki invertar cümləsini başa düşə bilməmişəm istəyinizi daha ətraflı izah etsəniz kömək etməyə çalışaram.
Çox lazımlı proqram haqqında yazmısınız. Çox adamın işinə yarayacaq. Heç istifadə etməmişəm bu proqramdan, test edəcəm.
Proqramı endirmək üçün rəsmi sayta keçid yoxdur. Əlavə etsəniz əla olar.
Təşəkkür Elvin məllim rəsmi sayta keçid əlavə etməyi unutmuşam üzürlü hesab edin. Rəsmi keçid aşağıdakı kimidir.
http://www.10-strike.com/networkinventoryexplorer/
Yaxşı məhsuldur. Sadə və keyfiyyətli.
Təşəkkürlər.
İstifadə etmişəm həmişə. Amma siz bir bunuda yoxlayın. 10 Strike net inv çox üstündür funksiya cəhəddən.
Network Inventory Advisor
Tural bəy bu proqram haqqında xəbərim yoxdur. Bu proqram haqqında bir məqalə yazsanız çox şad olardım. Bəlkə həqiqətən çox üstündür və keçərdim o proqramı işlətməyə.