Active Directory Administrative Center (ADAC)
Salam dostlar. Bu məqaləmizdə, Windows Server 2012 R2`də Active Directory Administrative Center – ADAC haqqında danışacağıq.
Active Directory içərisində, istifadəçi, kompüter, qrup və organizational unit kimi obyektləri bu günə kimi Active Directory Users and Computers konsolundan idarə edirdik. Windows Server 2008 R2`də Active Directory Users and Computers konsolu ilə bir yerdə Active Directory Administrative Center (ADAC) idarəetmə konsolu da gəlir. ADAC konsolu həmçinin domain controllerlərimizin hamısını tək bir mərkəzdən idarə edə bildiyimiz bir komponentdir.
ADAC əslində Powershell scriptləri ilə mümkün olan bir çox əməlliyatın, qrafik interfeysli versiyasıdır. Yəni bizim GUI ilə apardığımız əməliyyatlar, arxa planda powershell scriptləri ilə icra olunur.
Active Directory Administrative Center (ADAC) konsolumuzu açaq və tanış olaq.
ADAC`ı açmaq üçün Server Manager->Tools-> Active Directory Administrative Center seçirik.
ADAC ilə edə biləcəklərimiz…
- Yeni istifadəçi hesabları yaratmaq yaxud mövcud hesablar üzərində dəyişiklik etmək
- Yeni qrup hesabları yaratmaq yaxud mövcud hesablar üzərində dəyişiklik etmək
- Yeni komputer hesabı açmaq ya da mövcud hesablar üzərində dəyişiklik etmək.
- Yeni OU (Organizational Unit) açmaq yaxud mövcud OU`lar üzərində dəyişiklik etmək.
- Digər domain`lərə və yaxud Domain Controllerlərə (DC) qoşularaq onları idarə etmək.
- Sorğu yaratma alətindən istifadə edərək, Active Directory içərisində axtarış etmək.
- GUI üzərindən active directory recyle-bin aktivləşdirilməsi və istifadəsi.
- GUI üzərindən Fine Grained Password policies istifadəsi.
- Forest və Domain modların idarəsi
- Dynamic Access Control idarəsi
- Authentication Policies yaradılması.
Active Directory Administrative Center (ADAC) əsas səhifəsi.
Aşağıdakı şəkildə Active Directory Administrative Center (ADAC) konsolunu açdığınızda gələn intterfeysi və bu interfeysdə yerləşən komponentləri görürsünüz.
- Breadcrumb Bar– Üzərində əməliyyat (dəyişmək, yaratmaq və s.) edəcəyimiz obyektin (User,Group,OU,dc) ünvanını göstərir. Bir növü hamımızn tanıdığı address bar`dır.
- Naviqasiya paneli – Domain`lərdə və ya domain içərisindəki alt obyektərə keçə bilərsiniz.
- Dashboard – Bu paneldə tez-tez istifadə olunan əməliyyatlara aid linkləri görəcəksiniz.
- Axtarış – Adından məlum olduğu kimi, axtarışları burada edəcəyik.
- Şifrə dəyişdirilməsi – İstifadəçilərin şifrələrini dəyişmək üçün bu paneldən istifadə edəcəyik.
- Powershell tarix paneli – GUI`dən etdiyimiz əməliyyatların, əslində arxa planda Powershell`dən istifadə etdiyini demişdik. Bax həmin o arxa planda icra olunan powershell kodlarını buradan görə bilərik.
Növbəti şəkil isə, Naviqasiya panelindən hər hansı bir obyekti seçdiyimiz zaman qarşımıza çıxan pəncərədir.
- Önbaxış – Naviqasiya panelimizdən seçdiyimiz hər hansı bir obyektin qısa xülasəsini görə bilərik.
- Tapşırıqlar paneli- Seçdiyimiz obyektlər üzərində edə biləcəyimiz əməliyyatları (Reset Password, Delete, Move və s.) bizə göstərir.
Aşağıdalı şəkildə gördüyünüz kimi Manage menusu içərisindəki “Management List Options” ilə Administrative Center konsolunda siyahılaşdıra biləcək maksimum obyekt sayını dəyişdirə bilərsiniz.
Default olaraq siyahılaşdıra bilinəcək obyekt sayı 20000‘dir.Misal üçün düşünək ki, sizin OU`nuzda 50 000 obyekt var. Bu halda siz onlardan yalnız 20 000`nini görəcəksiniz. O zaman siz “Maximum number of displayed items” dəyərini 50 000 etməlisiniz ki, OU daxilində olan bütün obyektləri görə bilərsiniz. Lakin bu halda ADAC`ın istifadə etidiyi əməli yaddaşın həcmi də proporsional şəkildə artacaqdır.
Əziz dostlar, ADAC haqqında olan birinci məqaləmizi bununla yekunlaşdırırıq.
Şərhlər ( 2 )
Məqaləyə görə təşəkkürlər.Davamını gözləyirik.
Ətraflı İzah üçün təşəkkürlər.