LepideAuditor Suite nədir və necə istifadə edək?
Salam Dostlar, bu məqaləmizdə LepideAuditor proqramı haqqında danışacağıq. Bizə bəzən Active Directory`nin, Group Policy`nin, Exchange Server`in reportunu çıxartmalı oluruq və yaxud daim bunlarda olan prosesləri izləmək üçün bizə vahid bir proqram lazım. LepideAuditor Suite məhz bu işi görür. Bu proqram vasitəsilə biz yuxarıda qeyd etdiklərimizin reportunu çox asanlıqla çıxarda bilərik. İndi isə LepideAuditor`u qurub, sonra istifadə etməyi öyrənək.
Bu proqram üçün minimum tələblər aşağıdakı kimidir:
· Dual Core Processor or higher Processor
· Minimum 4 GB RAM
· 500 MB free space for the software installation
· Enough disk space to generate and save reports
Tələb olunan əməliyyat sistemləri bunlardır:
· Windows XP
· Windows 7
· Windows 8
· Windows Server 2003
· Windows Server 2003 R2
· Windows Server 2008
· Windows Server 2008 R2
· Windows Server 2012
· Windows Server 2012 R2
Dəstəklənən Windows Server`lər aşağıdakılardır:
· Windows Server 2003
· Windows Server 2003 R2
· Windows Server 2008
· Windows Server 2008 R2
· Windows Server 2012
· Windows Server 2012 R2
Dəstəklənən Exchange Server`lər bunlardır:
· Exchange Server 2003
· Exchange Server 2007
· Exchange Server 2010
· Exchange Server 2013
Dəstəklənən Sharepoint Serverlər aşağıdakılardır:
· SharePoint Server 2010
· SharePoint Foundation 2010
· SharePoint Server 2013
· SharePoint Foundation 2013
Audit üçün dəstəklənən SQL Serverlər`in siyahısı:
· SQL Server 2005
· SQL Server 2008
· SQL Server 2008 R2
· SQL Server 2012
· SQL Server 2014
Qurulum öncəsi edilməli olan əməliyyatlar aşağıdakılardır:
· NET Framework 4.0 or later
· Windows PowerShell 2.0
· Any of the following SQL Servers for storing logs:
SQL Server 2005
SQL Server 2008
SQL Server 2008 R2
SQL Server 2012
SQL Server 2014
SQL Server 2005 Express Edition
SQL Server 2008 Express
SQL Server 2008 R2 Express
SQL Server 2012 Express
SQL Server 2014 Express
· For Auditing Windows Server 2003 and Windows Server 2003 (both 32-bit and 64-bit) :
.NET Framework 2.0
Windows PowerShell 2.0
GPMC.MSC
Hotfix of http://support2.microsoft.com/hotfix/KBHotfix.aspx?kbnum=941084&kbln=en-us
· For Auditing SharePoint Server (any version) and SQL Server (any version)
· Microsoft System CLR Types for SQL Server 2012
· Microsoft SQL Server 2012 Management Objects Setup
· For Health Monitoring :
Windows Server 2003 or later
Exchange Server 2003 or later
Windows PowerShell 2.0
İlk öncə proqramı aşağıdakı keçiddən yükləyib, qurmağa başlayırıq:
http://www.lepide.com/lepideauditor/download.html
Növbəti pəncərəyə keçirik.
Burada qaydaları qəbul etdiyimiz bildirib, davam edirik.
Özü default olaraq, proqramı hara yazacağını seçir.
Bu pəncərəni də “NEXT” deyib, davam edirik.
Masaüstündə proqramın ikonun düzəldilməsini seçirik.
Son məlumatlarla tanış olub, quruluma başlayırıq.
Qurulumun bitdiyi haqqında bizə məlumat verilir.
Qurulum bitdikdən sonra proqram açılan kimi bizdən report çıxartmaq üçün hansı komponenti seçməyimizi istəyir. Mən burada birinci seçimi seçib, davam edirəm. Bu məqalədə əsas üstünlük Group Policy reportuna verəcəm.
Domain Settings pəncərəsində isə lazımı xanaları yuxarıdakı şəkilə uyğun doldururuq.
Bu pəncərədə isə dəyişiklikləri hansı domain controllerdən götürəcəyini təyin edirik.
Mən burada bütün Organizational Units`ləri audit etməyi seçib, davam edirəm.
Eyni zamanda burada da bütün object class`ların seçimini edirəm.
Burada isə audit reportları harada saxlanacağını təyin edirik. Bunun üçün bizə SQL Server lazımdır. Mən burada SQL Server 2012 Express istifadə etmişən. Bunun qurulumu göstərmirəm, hər bir şeyi default saxlayıb, qurulumu bitiririk.
Bu hissə isə məcburi deyil, istəyə görə sazlana bilər. Burada audit məlumatları necə arxiv edə bilərik, onu təyin edirik.
Bütün bunları bitirdikdən sonra proqramı aktivləşdirmək lazımdır. Siz istəsəniz trial versiyanı da sinaqdan keçirdə bilərsiniz. Proqram bu imkanları da sizə təqdim edir. Bunun üçün “Request License” düyməsinə sıxırıq, bundan sonra əldə etdiyimizi faylı sales@lepide.com ünvanına göndəririk. Onlar bizə proqramı aktivləşdirmək üçün lisenziya göndərəcəklər. “Activate License” düyməsinə sıxıb, əldə etdiyimiz lisenziyanı bura göstəririk.
Bu bölmədə proqram üzərində müəyyən sazlamalar edə bilərik. Eyni zamanda bu proqram müəyyən vaxtdan bir AD və GPO nüsxəsi də alır.
Burada bir hesab təyin edirik ki, LepideAuditor Suite bu hesabı istifadə edərək, müəyyən hallar üçün məktub göndərə bilsin.
Proqramın bir çox xüsusiyyəti var, onlardan biri də Report Schedule edə bilərik. Yəni istədiyimiz hər hansı bir reportun müəyyən vaxtdan bir avtomatik hazırlanmasını təmin edə bilərik. Bu da bizə işimizdə çox köməklik edir.
Avtomatik düzəldilən bu reportların istədiyimiz email`ə göndərilməsini də təmin edə bilərik.
Yuxarıdakı pəncərədə alert`lər düzəldə bilərik. Ola bilər ki, daim reportları izləyə bilməyək.Amma bizim üçün konkret maraqlı olan hallar varsa, onlar üçün alert`lər düzəldirik ki, onlar üzərində dəyişiklik olan kimi bizə məlumat verilsin.
Bu bölmədə isə bütün reportlarla tanış olub, istədiyimiz report çıxarda bilərik. Məqalənin əvvəlində dediyim kimi mən əsas üstünlük Group Policy reportuna verəcəm.
Burada müxtəlif Group Policy reportları ala bilərik. Bunun vasitəsilə biz Group Policy üzərində olan dəyişikləri çox asanlıqla təyin edə bilirik. Hər bir report haqqında ətraflı danışmayacam. Nümunə üçün sizə birini göstərəcəm, digərlərini də özünüz sınaqdan keçirdə bilərsiniz.
Gördüyümüz kimi report almaq çox asandır. Sadəcə olaraq bizə lazım olan aralıqları təyin edirik. Bundan sonra ətraflı reportumuz bizi qarşılayır. Report çıxarılmasına çox az zaman sərf olunur. Bu proqram haqqında bir neçə cümlə də yazmaq istərdim. Mən sınaqdan keçirtdim, çox yararlı və işimizi asanlaşdıran proqramdır. Ən yaxşısı siz özünüz bunun trial versiyasını yükləyib, sınaqdan keçirdin.
Lepide Auditor Suite ilə daha yaxından tanış olmaq üçün aşağıdakı keçidləri incələyə bilərsiniz:
http://www.lepide.com/lepideauditor/documentation/
http://www.lepide.com/installationguide/LepideAuditorSuite.pdf
Dostlar, bu məqaləmizin də sonuna gəldik.
Ümid edirəm ki, yararlı məqalə oldu.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT, MVP


Şərhlər ( 2 )
Fərhad bəy,
Gözəl məqalə üçün təşəkkürlər. Bu məhsulu mütləq test edəcəyəm.
Allah zehninə qüvvət versin.
Elvin bəy,
Əgər yararlı oldusa nə gözəl.