Frame-Relay-de Inverse-ARP (Tərsinə ARP)
2-ci Layerdə işləyən Frame Relay protokolu İnverse-Arp (Tərsinə ARP) sayəsində tanıdığı Layer 2 Adresi (DLCI) tanımadığı Layer 3 adresə (Məsələn, İP) yönləndirir (map edir).
Gəlin, Ethernet ARP Request-i Frame-Relay İnverse ARP ilə müqayisə edək:
Sxemdə göründüyü kimi bunların hər ikisi bir-birinə çox bənzəyir. Lakin, Ethernet ARP Request Layer 3 adresi (İP) bilir və Layer 2 Adresi (MAC) tələb edir, Frame Relay isə, Layer 2 Adresi bilir (DLCI) və Layer 3 adresi tələb edir (Next Hop IP Address).
Routerdə interface yandırılan kimi, router həmin interfeysdən Inverse-ARP requesti gondərəcək. Bu sorğu interfeysdə konfiqurasiya olunmuş bütün protokollara görə LMI (local Management Interface) vasitəsilə öyrənilən bütün DLCI nömrələri üçün göndərilir.
Siz DLCI nömrələrini IP Adreslərə yönləndirmək (map) üçün Inverse-ARPa etibar edə bilərsiniz. Amma əgər istəsəniz, situasiyadan asılı olaraq statik yönləndirmə (static map) edə bilərsiniz.
Gəlin, aşağıdakı nümunəni yoxlayaq.
Router R1 öz Frame Relay Maplari üçün İnverse-ARP-dan istifadə edəcək.
R2 və R3 isə İnverse-ARPı söndürərək Static Mapping edəcək. Bu halda konfiqurasiya aşağıdakı kimi olacaq.
R1: interface Serial1/0 R2: interface Serial1/0 R3: interface Serial1/0 |
Point-to-point qoşulan interfeysdə Frame-Relay Inverse ARP-a ehtiyac yoxdur. Əgər istəsəniz, lazım olan interfeysdə inverse-ARPı söndürmək üçün aşağıdakı komandanı yaza bilərsiniz.
“no frame-relay inverse arp”
Bununla belə, İnverse ARP Reply söndürülə bilmədiyinə görə, siz İnverse ARPı söndürsəniz də həmin interfeys İnverse ARP request qəbul etsə ona cavab göndərəcək.
Biz hansı tip mapping olduğunu yoxlamaq üçün aşağıdakı komandadan istifadə edə bilərik.
“show frame-relay map“:
– dynamic bu o deməkdir ki mapping İnverse-ARP sayəsində olunub;
– static bu isə o deməkdir ki mapping əl ilə yazılıb (command-line-interface-dən).
Bunu yoxlamaq üçün, öz R1, R2 və R3 Routerlərimizdə komandanı yazıb yoxlaya bilərik.
R1#sh frame-relay map R2#sh frame-relay map R3#sh frame-relay map |
Qeyd: Əgər siz show frame-relay map komandası yazarkən 0.0.0.0-a mapping görsəniz bunu öz konfiqurasiyanıza uyğun dəyişdirmək üçün “clear frame-relay inarp” komandasından istifadə edin. Əgər yenə işləməsə configi save edib reload edin.
Daha çox məlumat üçün aşağıdakı linkə müraciət edə bilərsiniz.
http://www.cisco.com/en/US/tech/tk713/tk237/technologies_tech_note09186a008014f8a7.shtml
Şərhlər ( 1 )
Zehninizə qüvvət. Dəyərli məqalədir..