OSI modelin Layerləri

    OSİ modelin 7 layeri var. Onların hər biri şəbəkə əlaqəsinin spesifik aspektlərini müəyyən edir:

1

İlk növbədə layerləri və onların sırasını yadda saxlamaq lazımdır. Bunları yadda saxladıqdan sonra onların hansının nə funksiyası yerinə yetirdiyini bilmək lazımdır.

Application Layer: Bu layer programlara şəbəkə resurslarına qoşulmaq üçün access verir və şəbəkə ilə birbaşa əlaqələndirir. Bu layer olmasa istifadəçi proqramları şəbəkəyə access ala bilməzlər.

Presentation Layer: Göndərilən və ya qəbul edilən dataları hər iki tərəfdəki cihazın başa düşməsi üçün ümumi formada kodlaşdırır. Məsələn web brauzer ümumi və anlaşılan standartlara uyğun HTML və ya JPG formatında dataları qəbul edir.

Session Layer: Cihazlar arasında sessiyaları başladır, bitirir və idarə edir.

Transport Layer:  Əlaqənin etibarlılığını və applicationların məntiqi ayrılmasını həyata keçirir. Məsələn, bir kompüter eyni vaxtda həm internet-radio dinləyir həm də web browserlə internetdə qurdalanırsa bu layer düzgün datanın düzgün applicationa çatmasını təmin edir.

Bundan əlavə bu layerdə flow-control həyata keçirilir (bir tərəfin digər tərəfə qəbul edə biləcəyindən daha sürətli informasiya göndərməsinin qarşısını alır)  data integrity (datanın zədələnməsinin qarşısını alır).  Ən sıx istifadə olunan transport layer protokolu TCP-dir.

Network Layer: Məntiqi adress vermə servisi həyata keçirir, cihazlara bir biri ilə əlaqə saxlaması üçün source və destination adressinin verilməsini təmin edir. Bu layer paketlərin bir yerdən başqa yerə route olumasına da cavabdehdir. Ən sıx istifadə olunan Network layer protokolu İP protokoludur.

Data Link layer: Lokal şəbəkədə istifadə olunan fiziki adreslərin – source və destination adreslərin servisini həyata keçirir. Bu layer eyni şəbəkədə olan cihazların əlaqəsinə icazə verir. Bundan əlavə bu layer error detection (not error correction) həyata keçirir.

Physical Layer: Şəbəkə əlaqəsi qurmaq üçün fiziki standartları müəyyən edir.

İndi isə bu faktları real şəbəkədə test edək. Məsələn, müştəri öz çek hesabından qənaət hesabına 100$ köçürür. Bank serveri ilə müştəri arasında gedən şəbəkə əlaqəsini OSİ layerlərinə uyğun olaraq addımbaaddım izləyək.

2

Addım 1: Application Layer (Layer 7)

İstifadəçi əməliyyatı web browserdə həyata keçirir. Məsələn, deyək ki, İnternet Explorerdə (İE).

İstifadəçi İE proqramını açarkən OSİ Application Layerin heç bir funksiyasından istifadə etmir. Application Layer İE şəbəkəyə qoşulmaq istəyəndə fəaliyyətə başlayır. Əməliyyat sistemi (bu halda Windows) requesti görür və onu programdan qəbul edir. Sonra o 100$ requestini götürür və onu aşağı – Presentation Layerə ötürür.

Addım 2: Presentation Layer (Layer 6)

Presentation layerin işi, istifadəçi datasını (100$ transfer request) qəbul edərək onu sənaye standartlarına uyğun programların başa düşəcəyi ümumi dilə çevirməkdir. Bunun mənası aşağıdakı kimidir:

Mən yuxarıda göstərdim ki, istifadəçi transfer requesti həyata keçirmək üçün İE istifadə edir. Ancaq, İE  tək brauzer deyildir. İstifadəçi Mozilla, Opera, Apple Safari, Netscape Navigator və xeyli başqa brauzerlərdən birini istifadə edə bilər. Eyni şəkildə, online banking web serveri Microsoftun İnternet İnformation Serveri (İİS), İBM-in Webspher və ya Apachisi ola bilər. Sən necə əmin ola  bilərsən ki, online bank istifadəçinin 100$ requestini başa düşür? Əgər istifadəçi Mozilla Firefox istifadə etsə və Web server İİS olsa necə olacaq? Bu Presentation Layerin işidir. O requesti ümumi formata çevirəcək (HTML kimi). O həmçinin əlaqəni standartlara uyğun olan bütün  web browserlərin dəstəklədiyi qaydada şifrələyir. Əgər data düzgün şəkildə formatlanıbsa o aşağı – Session Layerə ötürülür.

Addım 3: Session Layer (Layer 5)

Session Layerin sadə funksiyası var.

Cihazlar arasında sessiyaları başladır, bitirir və idarə edir. Sənin kompüterində eyni vaxtda xeyli sayda daxil olan və çıxan şəbəkə əlaqələri olur. Eyni şəkildə, Şəbəkədə olan serverlər eyni vaxtda yüzlərlə, hətta, minlərlə şəbəkə əlaqəsi qurur. Session Layer cihaz normal işlədiyi müddətdə bütün bu aktiv sessiyaları idarə etməyə cavabdehdir. Bizim 100$ transfer etmək misalımızda – Session Layer istifadəçinin online banking saytına daxil olduğu vaxtdan başlayaraq aktiv sessiya kimi işləyir. Əgər istifadəçi brauzeri bağlayarsa və ya, başqa sayta keçərsə Session Layer sessiyanı bağlayacaq.

Addım 4: Transport Layer (Layer 4)

OSİ modelində ən vacib Layerlər mükafatı verilsə birinci yerdə bu layer dayanar (ən azından Cisco-da). Bu layer iki kritik funksiya yerinə yetirir: sessiyanın etibarlılığı (reliability) və proqramların məntiqi olaraq bölünməsi (bu funksiya Session Layerin funksiyasına çox yaxındır) 100$ requesti Transport Layerə çatanda program (İE) requesti reliable (qarşı tərəfin məlumatı almağına əmin olmaq üçün) və ya unreliable (qarşı tərəfin məlumatı almasını təxmin etmək) olmasını seçməlidir. Yadda saxla ki, bu əlaqə tipini istifadəçi yox programın özü seçir. Bu halda, İE web serverlə əlaqə yaratmaq üçün HTTP və ya HTTPS protokollarından birini seçir. Bu protokollar reliable (etibarlı) protokollardır çünki, onlar web serverin hər bir məlumatı almağına dair təsdiq (acknowledgement ACK) cavabı istəyirlər. Kompüter 100$ requesti göndərəndə web server məlumatı alır və PC-yə “ACK”  cavabı göndərir. Hansı ki, bu kompüterə məlumatın çatdığını xəbər verir.

Reliable əlaqənin necə işlədiyini gördükdən sonra sən düşünə bilərsən ki, niyə hansısa program unreliable (etibarsız) əlaqəni seçsin? Unreliable əlaqə “real-time” yəni hazırda baş verən əməliyyatı göndərən proqramlar üçün yararlıdır. Məsələn VOİP (Voice over İP) əlaqəsi üçün danışılan vaxt reliable əlaqə xeyirli deyil. Əgər hansısa paketlər yolda itərsə onu düzəltməyə ehiyac yoxdur.

Unreliable əlaqə quran proqramlar VoİP, Video over İP və online oyunlardır.

Transport Layerin ikinci işi, applicationları məntiqi olaraq ayırmaqdır. TCP/İP protokolunda bu port nömrələrindən istifadə edərək həyata keçirilir. İstifadəçinin İE proqramı 100$ transfer requesti göndərdikdən sonra onun web serverə çatdığına əmin olmaq istəyir. Məsələn online banking server  həm email həm də database server kimi işləyə bilər.

Buna görə də İE web serverin tanınmış port nömrəsini göstərir. Əgər biz transfer requestini HTTP ilə göndərsək onda 80-ci port istifadə olunacaq. HTTPS ilə göndərilsə 443-cü port ilə göndəriləcək.

3

Bu əlaqə yaratmaq üçün destination port nömrəsi hesab olunur. Bu destinatin port nömrəsi şəbəkə requestini düzgün serverə yönləndirir.

Düzgün serverə yönlənmə üçün fərqləndirmə vacib olduğu kimi, istifadəçinin İE proqramı da özünü PC-də olan digər şəbəkə proqramlarından da ayırmalıdır. Məsələn bizim istifadəçi, transfer edərkən internet-radioya da qulaq asa bilər, online oyunlar oynaya bilər, Rusiyadan bir istifadəçi ilə şahmat oynaya bilər və s. Bu halda İE proqramı əlaqə yaradarkən gələn cavabın online şahmat oyununun yox, İE pəncərəsində açılması lazımdır. Bu source port nömrəsinin işidir.

İE web serverle əlaqə üçün şəbəkəyə müraciət edəndə Windows  unikal source port nömrəsi generate edir və web server həmin port nömrəsi ilə İE-yə cavab qaytarır.

Biz port nömrələri haqqında bir azdan danışacağıq; Port nömrələrini öyrənməyin ən yaxşı yolu öz kompüterindən command linedan netstat komandasını yazmaqdır.

4

Addım 5: Network Layer (Layer 3)

IE proqramı reliable və ya unreliable əlaqəni seçdikdən və port nömrəsini əlavə etdikdən sonra source (datanın çixdığı yer) və destination (datanın gedəcəyi yer) məntiqi adresini təyin edir. Məntiqi adres məlumatları (İP adress kimi tanınan adreslər) iki cihaz arasında məntiqi əlaqəni təmsil edir. Bizim misalda, source İP adresi istifadəçinin komputeri (172.30.2.50) və destination İP adresi web server (151.151.13.144) olacaq. Buna maşın sürmək məntiqi ilə yanaşsaq Şimali Amerikadan Kanadaya sürmək kimi ola bilər. Amma biz yolda xeyli dayanacaqlarda dayanmalı olardıq. Bu Layer 2-nin işidir.

Addım 6: Data Link Layer (Layer 2)

100$ transfer etmək əməliyyatına source və destination İP adres məlumatları əlavə olunduqdan sonra, o, aşağı Data Link Layerə düşür, hansı ki orda ona fiziki adres məlumatları tag edilir. Fiziki adres (MAC adress) eyni şəbəkəyə qoşulu olan avadanlıqlar arasında əlaqə qurmaq üçün istifadə olunur. Bizim misalda uzaqda olan web serverə qoşulmaq istəyən istifadəçi həmin ünvana çatmaq üçün routerdən istifadə etməlidir. Kompüter destination İP addressi routerin İP adresini göstərə bilməz, çünki, bu zaman router datanın internetə çıxmasını və bank serverinə qoşulmaq istəməsini bilməyəcək. Belə olan halda istifadəçi destination İP adress kimi web serverin İP addresini, destination MAC Address kimi Routerin MAC addresini göstərəcək. Router paketi qəbul edəndə başa düşəcək ki, paket routerə gəlib amma paketin son nöqtəsi router yox, web serverdir.

Router paketi qəbul etdikdən sonra destination İP addresinə baxır və öz routing table-na uyğun olaraq paketin növbəti hədəfini müəyyən edir. Bu zaman router müəyyən edir ki, web serverə çatmaq üçün paketi növbəti routerə göndərməlidir (R2) və paketin üstündən destination MAC address ilə source MAC addresi silir yeniləri ilə əvəz edir. Source MAC address (0099:bbc9:392a) və destination MAC addres (0057:bb89:21cc). Bu da ona növbəti routerə çatmağa imkan yaradır.

5

R2 paketi qəbul etdikdən sonra müəyyən edir ki, paket web serverə getməlidir və bunun üçün paketi R3-ə göndərmək lazımdır. Bu zaman o da öz növbəsində source və destination MAC adresləri aşağıdakı adreslərlə əvəzləyir source MAC address 0073:3828:192d) və destination MAC address (0038:bbc4:9ffc). Bu proses data web serverə çatana qədər davam edir.

Addım7: Physical Layer (Layer 1)

Physical Layerin vəzifəsi bütün bu datanı qəbul edib onu kabel tərəfindən başa düşülmək üçün elektrik və ya optik siqnallara çevirməkdir. İstifadəçi $100 transferini edərkən  Ethernetə qoşulu olduğu üçün, elektrik siqnalları ethernet standartlarına uyğun olmalıdır.

Səs: +130. Bəyənilsin Zəifdir

Müəllif: Elmir Məmmədov

Şərhlər ( 5 )

  1. Elmir bəy,

    Gözəl və faydalı məqalə üçün təşəkkürlər.

    Uğurlar.

  2. Bu qədər anlaşılan dildə məqalə yazdığınıza görə təşəkkürlər.Çox sağ olun.

  3. Elmir bəy,
    Faydalı məqalə üçün təşəkkürlər. Ümid edirəm davamı olacaq.

    Uğurlar

Şərh yazın