Kaspersky Security Center 10 – Yüklənməsi

Salam əziz dostlar bu məqalədə Kaspersky Security Center 10.2.434 versiyasının yüklənməsi haqqında danışacaqıq. Kaspersky Security Center-in nə olduğunu Elxan Əliyevin əvvəlki məqaləsində tanış ola bilərsiz.

1.      Birinci növbədə Kaspersky Security Center axırıncı versiyasını internetdən endirmək lazımdır. Endirmək istədikdə Kaspersky bizə iki variant təklif edir FULL və LİTE versiyasını. Bunlar arasında aşağıdakı fərqlər vardır. Bizim variantda FULL versiyasını seçirik çünki bizə lazım olan bütün komponentlər paketin içində vardır.

ksc0 ksc1

2.      İnternetdən endirdikdən sonra faylı açıb İnstall Kaspersky Security Center Administration Server düyməsini sıxırıq.

ksc2

3.      Bundan sonra qarşımıza yükləmə pəncərəsi açılır və bizi salamlayır Next düyməsini sıxaraq yükləməni davam edirik.

ksc101

4.      Müəllif hüquqları ilə razılaşıb Next düyməsini sıxırıq.

ksc4

5.      Növbəti pəncərədə bizə yükləmə variantlarını təklif edir.Typical seçimində çox komponenti özü bizdən soruşmadan susmaya görə (default) yükləyəcəkdir.  Custom seçib Next düyməsini sıxırıq.

ksc5

6.      Növbəti pəncərədə heç bir dəyişiklik etmədən next düyməsini sıxırıq.

ksc8

7.      Strukturda olan  kompyüterlərin sayına uyğun (yəni Kaspersky yüklənəcək kompyüterlərin sayı) bölmələrdən birini seçib next düyməsini sıxırıq.

ksc6

8.      Açılan pəncərədə Administration Server servislərinin icra olunması üçün lazım olan istifadəçi hesabını ya özü yaratmaqı yada var olan hesabın (hesab Administrator hüquqlarına malik olmalıdır) məlumatlarını sizə təklif edir. Özü təklif etdiyi hesabı seçərək Next düyməsini sıxırıq.

ksc9

9.      Növbəti pəncərədə Kaspersky Security Server servislərin icra olunması üçün bizdən istifadəçi hesabını soruşur. Default seçerek Next düyməsini sıxırıq.

ksc10

10.  Açılan pəncərədə bizdən məlumatların hansı məlumat bazasında saxlanılmasını soruşur. Bu Microsoft SQL Server və ya MySQL ola bilər. Əgər strukturda 1000-dən çox kompyüter varsa özünüz Microsoft SQL Serverin məlumat bazasının (database) limiti daha çox olan  başqa bir versiyasını yükləyin. Çünki Kaspersky default olaraq Microsoft SQL Server 2008 R2 Express SP2 versiyasını yükləyəcəkdir və bu versiyanın məlumat bazasının limiti 4GB-dır. Yox əgər kompyuterlərin sayı daha azdısa olduğu kimi saxlayın. (MySQL məlumat bazası ilədə işləyir amma şəxsən mənim təcrübəmdə kompyüterlərin sayı 500-dən çox olduqda kecikmələr baş verir)

ksc12

11.  Növbəti pəncərədə Microsoft SQL Server 2008 R2 Express SP2 versiyasını özü yükləməyi və ya yüklənmiş olan Microsoft SQL Serverin məlumatlarını soruşur. Bizim halımızda birincini seçib Next düyməsini sıxırıq.

ksc13

12.  Növbəti pəncərədə bizdən Microsoft SQL Serverə qoşulma növünü soruşur. Bu default Windows Authentication Mode və ya özünüz təklif edəcəyiniz SQL Server Authentication Mode ola bilər. Birincini seçib Next düyməsini sıxırıq.

ksc14

13.  Açılan pəncərədə bizdən istifadəçilərə yüklənəcək proqramların və yenilənmələrin (update) olan paylaşım qovluq (share folder) yaratmaqı, harda yaratmağı və adının nə olmağını, ikinci seçimdə isə əvvəlcədən yaranmış paylaşılma qovluğun yerini soruşur.  Hec bir dəyişiklik etmədən Next düyməsini sıxırıq.

ksc15

14.  Növbəti pəncərədə Administration Serverə qoşulmaq üçün lazım olan portu soruşur. Hec bir dəyişiklik etmədən Next düyməsini sıxırıq.

ksc16

15.  Növbəti pəncərədə bizdən istifadəçilərdə olan Kaspersky proqramının Kaspersky Security Center Serveri ilə hansı vasitə ilə tanımağını (qoşulmağı) soruşur. Bu DNS ad, NETBİOS ad və ya ip ola bilər. İstənilən halda aşağıda Kaspersky Security Center serverinin İP ünvanını seçmək məsləhət görülür çünki təcrübə göstərirki İP ünvan seçildikdə gələcəkdə problemlər olmur. Next düyməsini sıxaraq növbəti pəncərəyə keçirik.

ksc17

16.  Açılan pəncərədə bizə strukturda olan kompyüterlərə yüklənəcək Kaspersky versiyalarına uyğun pluginlərin yüklənməsini təklif edir. Bu pluginlər Kaspersky Security Center-in istifadəçidə olan Kaspersky-ni idarə etmək üçün mütləq lazım olan komponentdir. Məsələn istifadəçilərə ancaq Kaspersky Endpoint Security SP1 yüklənəcəksə bu plugini seçirik (default olaraq seçili olur) və ya bizim şəbəkədə başqa köhnə Kaspersky Endpoint Security versiyası varsa (məsələn 8-ci versiya) bu pluginidə qeyd edirik və s. Bu pluginləri sonrada əlavə olaraq yükləmək olur. Bizim halımızda istifadəçilərdə heç bir Kaspersky  olmadığı üçün və Kaspersky Endpoint Security SP1-dən başqa versiya yükləməyəcəyimizə görə heç bir dəyişiklik etmədən Next düyməsini sıxırıq.

ksc18

17.  Nəhayət İnstall düyməsini sıxaraq yükləməyə başlayırıq.

ksc19

18.  Yükləmə bitdikdən sonra Start Administration Console xanasını qeyd edib Finish düyməsini sıxırıq və Kaspersky Security Center məhsulu açılır. Bu məhsulun sazlanması haqqında növbəti məqalədə danışacağıq.

ksc20

Səs: +60. Bəyənilsin Zəifdir

Şərhlər ( 2 )

  1. Elnur bəy,

    Təşəkkürlər. Davamını səbrsizliklə gözləyirik.

  2. ela. cox sag olun 😉 davami gelsin 😉

Şərh yazın