C# class nədir?
Salam Doslar. Bu məqaləmizdə class(sinif)-lardan bəhs edəcəyik. Class(sinif) nədir, xüsusiyyətləri və s. haqqında danışacağıq. Söhbəti çox uzatmadan Bismillah deyib keçək mövzumuza və ilk olaraq Class(sinif) nədir sualına cavab axtaraq.
Class(sinif) Nədir?
Class(sinif)-ı obyektlərin qəlibi, kökü olaraqda adlandıra bilərik. Class(sinif) daxilində Fields,Constructor, Methods, Properts, Events, Delegates-lər mövcuddur. Bunların birləşməsi ilə Class(sinif)-lar əmələ gəlir.
- Fields (Sahə): Tərkibində məlumatları saxlamaq üçün şəkilləndirilərək hazırlanıb. Dəyər və ya referans tipli məlumatları saxlayır.
- Constructor (Hazırlayıcı, qurucu): Sinifi ilkin açılışa hazırlayır.
- Methods (Metod): Metodlar hər hansı işi və ya dəyəri geri döndərmək üçün şəkilləndirilib. Paramaterilə və ya parametirsiz olaraq işləyə bilmə qabiliyyətinə malikdir.
- Properties (Xüsusiyyət): Sinifin xüsusiyyətlərini tərkibində tutur.
- Events (Hadisə): Baş vermiş hərəkətə uyğun proqramın verəcəyi qarşılıqdır. Hadisə olduqda ona uyğun metodu işə salır.
- Delegates (Nümayəndə): Baş verən hadisələ uyğun metodlarını işə salır.
Class (sinif)-in növləri: Class(sinif)-in 4 növü vardır. Bunlar aşağıdakı kimidir:
- Partial Class (bölünmüş): Eyni sinif içərisində fərqli paçalardan, bölümlərdən ibarət olur. Nəticə olaraq sinif tək olur ama tərkibi bölünmüş olur və adları eyni olaraq qalır
- Abstarct Class (mücərrəd): Xüsusiyyətlərini başqa bir sinifə verməz və sadəcə İnstance (nümunə) alarlar.
- Sealed Class (möhürlənmiş): İnstance(nümunə) almaz və sadəcə İnheritnace(miras, varislik) verə bilər.
- Static Class (Statik): İnstace almaq olmaz və sinif birbaşa istifadə olunur.
İnstance və İnheitance nədir?
Tanıdılmış bir sinifdən nümunə almaq İnstance-dir Yəni bir kodla yazılmış bir textBox-un xüsusiyyətlərini .Net Framework-dən almaq İnstance-dir.
Bir sinifin bütün xüsusiyyətlərini məimsəmək, miras almaq İnheritance adlanır. Nümüunə kimi Form1: Form ələ ala bilərik. Form1 Form-un xüsusiyyətlərini mənimsəyir, irs olaraq özünə keçirir başqa dillə miras alır.
Bağlanma, daxil olma (Access modifiers)?
Bunlar aşağıdakı kimidir:
- Private (xüsusi): Sadəcə olduğu sinif axilində istifadə etməyi mümkün edir.
- Public (İctimai): Proyektin hər tərəfindən və digər proyektlərdəndə çatma, bağlanma imkanını mümkün edir.
- İnternal (Daxili): Sadəcə olduğu proyektdən çatmaq, istifadə etmək mümkündür.
- Protecded (Qorunan): Sadəcə bir alt sinifə qədər çataq, istifadə etməyi mümkün edir.
Class(sinif)-lər haqqında qısa məlumat aldıq və bu sayədə artıq class-ın nə olduğunu anlamış olduq inşallah. Class(sinif)- tanıdırdan sonra son olaraq da #region və #endregion blokuna nəzər salaq və bu bir məqaləmizidə sonlandıraq.
#region və #endregion Kodları tərkibində saxlayan bir növ blokdur. +/- xüsusiyyətinə malikdir və #region yazdıqdan sonar başlıq yazma imkanını bizə verir. – İşarəsini kliklədiyimizdə blok daxilində olan kodları gizləyərək bizə sadəcə başlığı göstərir və + kliklədiyimizdə blok açılaraq gizlətmiş olduğu kodları bizə göstərir. Bu sayədə class-ımız daxilində səliqə əldə edə bilər kodlarımızın çoxluğundan yarana biləcək çaşqınlıqların önünüə azda olsa keçə bilərik.
Bir məqalənin daha sonuna gəldim. Hər məqalədə olduğu kimi bu məqalədə də ən böyük təmənnam sizlərə yararı bir şey etməkdir(yazmaq). Elə bu ümüdlədə Allahın izni ilə gələcək məqalələrdə görüşənədək deyərək ənənəvi son cümləmi yazıram J.
Yararlı olması ümüdü ilə…