OneDrive üçün sinxonlaşdırma qovluğunu necə dəyişməli? – Windows 8.1
Microsoft Windows 8.1 Əməliyyat Sisteminə əlavə etdiyi OneDrive, faylların Windows cihazlarında sinxonlaşdırmasını təmin edən bulud sistemidir. OneDrive Windows 8.1 ilə birlikdə quraşdırıldığına görə sinxronlaşdırılacaq qovluq ƏS-nin quraşdırıldığı sistem diskində yerləşir. Bu isə kiçik həcmli sistem bölməsinə (diskinə) sahib olan istifadəçilərə çətinlik yaradır.
Bu dərslikdə avtomatik təyin olunan qovluğu istifadəçi istəyinə əsasən dəyişməyi öyrənəcəksiniz.
Windows Bələdçisini və ya hər hansı qovluğu açın və quraşdırılmış OneDrive qısayolunun üzərinə mausun sağ düyməsini klikləyin. Açılmış kontekst menyuda “Xüsusiyyətlər” (“Properties”, “Свойства” (bundan sonra Rusca)) seçin.
Burada “Расположение” altbaşlığına keçin. Qarşınıza çıxan avtomatik quraşdırılmış qovluğun ünvanı olacaq. Buraya istədiyiniz ünvanı yaza bilərsiniz. Və ya “Переместить…” seçərək lazım olan ünvanı təyin edin.
Açılan “Qovluğun dəyişdirilməsi” pəncərəsində “Да” klikləyin.
Bu əməliyyatdan sonra quraşdırdığınız qovluq yeni fayllar olanda sinxronlaşdırılacaq. Hər şey əvvəlki alqoritm üzrə işləyəcək, sadəcə təyin etdiyiniz ünvana əsasən daha çox boş yeriniz olacaq.
Şərhlər ( 1 )
test serh