Kompüterinizin cinsini təyin edin
Salam Əziz Technet izləyiciləri, bu dərslikdə Windows 7 Əməliyyat Sisteminin bir özəlliyi olan mətn səsləndirilməsi funksiyasını tətbiq etməyi öyrənəcəksiniz. Bu funksiya vasitəsilə, həm də, cihazınızın “cinsi”ni öyrənə biləcəksiniz. Qeyd etmək lazımdır ki, funksiya İngilis dilini dəstəkləyir.
İlk öncə “Bloknot”u açın. Bunun üçün “Başlat” menyusundan “Bloknot” yazaraq axtarış edin.– Birinci nəticənin üstünə klikləyin:
Açılan proqramda növbəti mətni əlavə edin:
CreateObject(“SAPI.SpVoice”).Speak”I writer in the Technet“
Bu kod vasitəsilə kompüteriniz “I writer in the Technet” sözlərini səsləndirəcək.
Lazım olan kodu əlavə etdikdən sonra faylı müəyyən formatda yadda saxlamaq lazımdır. Bunun üçün “Fayl -> Fərqli saxlama…” addımları icra edilir:
Daha sonra “technet.vbs” (dırnaq işarələri yazılmamalıdır) faylı kimi yaddaşa yazılır:
Beləliklə, proqramımız hazırdır. İndi onu yadda saxladığınız qovluqda aça bilərsiniz. Bunun üçün onun üzərinə iki dəfə klikləyin. – və ya lazım olan faylı seçərək “Enter” düyməsinə klikləyin.
Bu funksiya bir çox ƏS-lərə (və ya kompüterlərə) görə daha çox qadın səsi olur.
Kodu İngilis dilində müxtəlif mətnləri səsləndirmək üçün də istifadə etmək olar. Burada olan I writer in the Technet sözlərini digər istədiyiniz sözlərlə əvəz edərək göstərilən kimi yadda saxlamaq lazımdır.
Beləliklə, kompüterinizin cinsi məlum oldu.
İndi isə bu funksiyanı yoxlayaraq şərhdə cihazınızın cinsini yazın.