Word 2013 proqramında Mündəricat

Bu mövzumuzda Sizə sadə üsulla mündəricat hazırlamağı izah edəcəyik. Bir çox hallarda ola bilsin ki, hər hansı bir sənəd hazırlayarkən mündəricat istifadə etməli oluruq. Bir çoxlarımız bunun üçün müxtəlif yollardan istifadə edə bilərik. Lakin qeyd olunan üsul həm sadə, həm sürətli, həm də daha rahat formada işimizi reallaşdırmağa bizə kömək edəcək.  İlk əvvəl References menyusuna keçirik və Table of Contents düyməsini tıklayırıq.

toc01

Bu zaman bizə hazır mündəricat formaları təklif ediləcək. Onlardan hər hansı birini seçərək və ya Custom Table of Contents əmrini seçərək özümüzə uyğun mündəricat formasını tənzimləyə bilərik.

toc02

Bu zaman yeni pəncərə ekranda əks olunur və bu pəncərədə tənzimlənmələr aparılır.

Show page numbers seçimi təsdiq edildikdə mündəricatda səhifə nömrəsi əks olunur, əks halda səhifə nömrəsiz yalnız başlıqlar əks olunur.

Right align page numbers seçiminin təsdiq edilməsi səhifə nömrələrinin sağ tərəfdən bir xətt üzrə sıralanmasını təmin edir.

Tab leader bölməsində başlıqla səhifə nömrəsi arasındakı xəttin formasını dəyişə bilərsiniz.

Use hyperlinks instead of page numbers seçiminin təsdiq edilməsi mündəricatdan seçilənlə başlığın yerləşdiyi səhifəyə keçidi təmin edir.

Formats bölməsində mündəricatın müxtəlif görünüş formalarından birini seçə bilərsiniz.

Show levels seçimi  mündəricatda neçə alt başlığa qədər məlumatların əks olunmasını təyin edir.

toc03

Yuxarıda qeyd olunan məlumatlarla tanış olduqdan sonra bir sənəd hazırlayaq və hər hansı bir mündəricat forması seçək. Aşağıdakı şəkildə Table of Contents bölməsində olan seçimlərdən birini təsdiq etdim. Hal-hazırda sənəddə heç bir başlıq və ya yarışbaşlıq təyin etmədiyim üçün aşağıdakı formada görünür.

toc04

İndi isə növbəti səhifədə bir başlıq təyin edək. Bunun üçün Home menyusundan Style bölməsində Heading 1 (1-ci səviyyəli başlıq, Heading 2 vasitəsilə yarımbaşlıq da daxil edə bilərik) seçimini edib lazım olan başlığı daxil edək. Mətn daxil edildikdən sonra digər başlıqlar və ya yarımbaşlıqlar bu formada daxil ediləcək.

toc05

Daha sonra yuxarıda əlavə etdiyimiz Mündəricat bölməsinə gəlirik və Update table düyməsini sıxırıq. Eyni əməliyyatı mündəricat sahəsində konteks menyunu (sağ düymə) açaraq da etmək olar. Əməliyyatın nəticəsində başlıq və yarımbaşlıqlar və onların yerləşdiyi səhifə nömrəsi avtomatik olaraq mündəricat formasında yerləşdirilir. Yeni başlıqlar əlavə etsək də Update table əmri vasitəsilə yeni başlıqları rahatlıqla əlavə edə bilərik.

toc06

toc07

Səs: +80. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərhlər ( 2 )

  1. Ela alinib davamini gozleyirik

    Ugurlar

  2. Əla işimə yarayacaq 😀

Şərh yazın