Photoshop-da HD şəkil necə hazırlamalı?
HD şəkil nə deməkdir?
High-Definition sözünün qısaldılmış adıdır. Hərfi tərcüməsi “Yüksək dəqiqlikli” olsada, mənası “Yüksək keyfiyyətli” kimi başa düşülür. Bu termin bir çox media fayllarda eyni məna daşıyır.
Bu dərslikdə siz Photoshop-da yüksək dəqiqlikdə, keyfiyyətdə olan şəkillərin hazırlanmasını öyrənəcəksiniz.
Öncə lazım olan şəkli Photoshop-da açın:
Daha sonra şəkildəki rəngləri bərabərləşdirmək (uyğunlaşdırmaq) üçün “Ctrl+Shift+L” kombinasiyalarını basın. Daha sonra nəticədə nə qədər dəqiqliyi əldə etdiyimizi bilmək üçün şəklin dublikatını çıxardırıq. Bunun üçün şəklin kök qatının üzərində mausun sağ düyməsinə klikləyərək kontekst menyunu açırıq:
Buradan “Duplicate Layer…” seçilir. Açılan kiçik pəncərədə sadəcə “OK” düyməsinə klikləyin:
Praktiki olaraq əsas addımı yerinə yetirmək üçün “Filter” > “Blur” > “Gaussian Blur” seçilir:
Sonra açılan kiçik pəncərədə – göstərilən yerdə – “40” rəqəmi yazılıq və “OK” düyməsinə klikləyirik:
Sonda “Qatlar” bölməsində “Normal” seçimlər menyusu seçilir:
Və “Soft Light” seçənəyi tətbiq edilir:
Gördüyünüz kimi bizim şəkil daha keyfiyyətli forma aldı: