PfSense – İlkin tənzimləmələr

Salam, Əziz Dostlar. Bu günki məqaləmizdə “PfSense” qurulmasından sonrakı ilkin tənzimləmələrə nəzər yetirəcəyik. Ötən məqaləmizdən xatırlayırsınızsa, web interfeys üzərindən idarə üçün “PfSense” qurduğumuz serverin IP ünvanını istifadə edəcəyik. Bələdçimiz üzərində “PfSense” IP ünvanını daxil edərək ilkin tənzimləmələrə başlayaq.

Əvvəlcə “DHCP Server” üzərində “Gateway” olaraq “PfSense” IP ünvanını əlavə edirik. Əgər “DHCP server” istifadə olunmursa, istifadəçi komputer üzərində şəbəkə tənzimləmələrinə daxil olaraq, şəbəkəmizə uyğun IP ünvanını, subnet mask-ı, Gateway-i (PfSense IP ünvanı) daxil etməliyik.

Pfsense-qurulmasi20

Ötən məqaləmizdə “PfSense” qurarkən “LAN” interfeys üzərində daxil etdiyimiz IP vasitəsilə web interfeysə qoşulaq: 192.168.1.2

Tələb olunan “Username” və “Password” standart olaraq “PfSense” tərəfindən təyin olunur:

Username: admin

Password: pfsense

İlkin tənzimləmələrin son addımında bu şifrəni də dəyişdirəcəyik.

PfSense-qurulmasi21

İlk qarşımıza çıxan pəncərə “PfSense” qarşılama ekranıdır. “Next” deyərək keçirik.

PfSense-qurulmasi22

General Information” (Ümumi məlumat) pəncərəsində, “Hostname“, əgər varsa “Domain” və “DNS”  server ünvanları daxil edilir.

Burada iki hal ola bilər. Əgər “WAN” interfeys “IP” ünvanını DHCP-dən götürəcəksə, DNS server daxil etməyimizə ehtiyac olmaz, çünki “dns” də avtomatik təyin olunacaq. Yox əgər provayderdən statik “ip” ünvanı alırıqsa, bu zaman “dns” ünvanını da daxil etməliyik.

PfSense-qurulmasi23

date and time zone” pəncərəsi bir çox yerlərdən bizə tanışdır və zaman dilimini tənzimləmək üçün istifadə olunur.

PfSense-qurulmasi24

Növbəti addım internetə çıxan şəbəkə kartı üzərində tənzimləmələrimizi etməyə imkan verir. Əgər ötən məqaləmizdə göstərdiyimiz qayda ilə tənzimləmə etməmişiksə, buradan tənzimləməmizi həyata keçirə və ya dəyişə bilərik. “Selected Type” bölümündən bizim seçimimiz olan “dhcp” ilə yanaşı bir neçə seçim imkanı da vardır. Bu məqaləmizdə “DHCP” seçərək davam edəcəyik, çünki serverimiz modem üzərindən “DHCP” vasitəsilə ip alacaq. Əgər provayderdən statik “ip” ünvanı alırsınızsa, “Selected type” bölümündən “Static” seçərək davam edə bilərsiniz. Bundan əlavə “PPP“, “PPPoE“, “PPTP“, “L2TP” seçimlərimiz də mövcuddur ki, bunlara gələcək məqalələrimizdən birində nəzər salarıq. Bu məqalədə əsas məqsəd “PfSense“-in ilk tənzimləmələrini edərək işlək vəziyyətə gətirməkdir.

PfSense-qurulmasi26

 

Bu pəncərədə isə daxili şəbəkə kartı ilə əlaqədar konfiqurasiya görünməkdədir. “Next” deyərək davam edirik, çünki “PfSense” qurarkən bu tənzimləməni etmişik.

PfSense-qurulmasi27

Son olaraq web interfeys üzərində və ya “ssh” ilə qoşulma zamanı istifadə edəcəyimiz  istifadəçi, yəni “Admin” şifrəsini dəyişə bilərik. Bildiyimiz kimi standart şifrə “pfsense” idi.

PfSense-qurulmasi28

Reload” dediyimiz zaman, “Pfsense” yenidən yüklənəcək və tənzimləmələrimizi tamamlamış olacağıq.

PfSense-qurulmasi29

Təbriklər. Artıq “Pfsense“-in qurulmadan sonrakı ilkin  konfiqurasiyalarını tamamlamış olduq. Şəkildə göstərilən hissəyə tıklayaraq “web interface” üzərindən digər tənzimləmələrə keçə bilərik.

Bu günlük də bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın